Moderator.az xəbər verir ki, hüquqşünas Aslan İsmayılov öz facebook səhfəsində Rasim Məmmədov və onun avtomobil kolleksiyası ilə bağlı maraqlı status paylaşıb. Statusda deyilir:
“Azərbaycan Respublikası Baş Prokuroru hər dəfə çıxışında korrupsiyaya
qarşı amansız mübarizə apardığını bəyan edir. Mənim kimi vətəndaşlar üçün çox maraqlıdır ki, sıradan biri olan Rasim Məmmədov
dəyəri milyonlarla ölçülən avtomobil kolleksiyasını hansı pullarla alıb? Necə olur ki, AA 784, AZ 784, AH 784, YY 784,
PP 784 və digər qoşa nömrələr DİN tərəfindən məhz ona verilir?! Necə olur ki,
bütün Azərbaycanın gözü qarşısında avtomatla silahlanmış cinayətkar dəstə tərəfindən
Zülfüqarlıların əmlaklarını əllərindən alır, özlərini vətəndən didərgin salır və heç kim
ona “qaşın üstə qara var” demir? Hansı səlahiyyətlərinə görə DİN-in Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsi onun əmrinə “baş üstə” deyir, onun tapşırığına
əsasən onlarla digər sahibkarların əmlaklarının əllərindən alınmasında “qoçu”
rolunu icra edir, məhz Rasim Məmmədovun göstərişinə əsasən məni, vəkil Aslan
İsmayılovu qanunsuz olaraq DİN-in idarəsinə aparıb fiziki, psixi təsirlərə məruz
qoyur, ölümlə təhdid edir?
Xarici dövlətlərdə yerləşdirdiyi milyardların
ünvanını yəqin ki, havadarları deyər.
Mən isə yuxarıda sadaladığım avtomobil
kolleksiyasının bir qisminin şəkllərini paylaşıram ki, bəlkə araşdıran oldu”.