Moderator.az xəbər verir ki, Moskvanın Krımı Rus torpağı elan etməsinin ardından ABŞ bölgədəki hərbi güclərini artırmaqda davam edir. Qara dənizə raketdən müdafiə sistemləri olan döyüş gəmisi USS Donald Cookun göndərən Amerika, Rusiyaya sərhəd olan Polşa və Estoniyada da hərbi manevrlərə başlayıb. Gələn həftə adıçəkilən ölkələrdə ABŞ əsgərinin də iştirakı ilə hərbi təlimlərə başlanacağı gözlənilir. ABŞ səlahiyyətlilərin açıqlamasına görə, iki həftə davam etməsi nəzərdə tutulan təlimlər yalnız iki ölkə ilə məhdudlaşmayacaq, Şərqi Avropadakı digər ölkələri də əhatə edəcək. Keçən həftənin sonu polşalı həmkarı ilə bir araya gələn ABŞ müdafiə naziri Chuck Hagel, bundan sonra əməkdaşlığın xüsusi hərəkat qüvvələri, hava qüvvələri, hərbi təlimlər və təhsil kimi sahələrində də olacağını müzakirə ediblər. ABŞ bölgədəki hərbi güclərini yalnız dəniz və qurudan deyil, havadan da artırır. Həftə sonu Amerikan ordusunun 12 ədəd F- 16 döyüş təyyarəsi və 200-dən çox dəstək heyəti Polşaya gətirilir. Döyüş təyyarələri 31 dekabr tarixinə qədər bölgədə qalacaq. Bundan başqa Vaşinqton Baltik ölkələrinə 10 ədəd F -15 göndərib.