Türkiyədə bu il keçirilməsi planlaşdırılan president seçkisinin vaxtı məlum oldu.
Moderator.az ANS PRESS-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Ali Seçki Şurası (YSK) məlumat yayıb.
YSK-dan verilən rəsmi açıqlamaya görə, Türkiyədə prezident seçkisinin ilk turu 2014-cü il avqustun 10-da keçiriləcək.
Seçkinin ikinci turu isə avqustun 24-də baş tutacaq.
Xarici ölkələrdə yaşayan türklər isə yaşadıqları ölkədəki Türkiyə səfirliklərində iyulun 31-I ilə avqustun 3-ü arasında səs verəcək.
Qeyd edək ki, 2007-ci ildə konstitusiyada aparılan dəyişiklikdən sonra ölkə prezidenti ilk dəfə xalqın səsverməsi ilə maksimum 2 dəfə 5 illik müddətə seçiləcək.
Bundan əvvəl isə prezidentləri 7 illik müddətə Türkiyə Böyük Millət Məclisi (TBMM) seçirdi.
Türkiyədə 10 prezident üçün TBMM-də 18 dəfə prezident seçkisi keçirilib.
Mustafa Kamal Atatürk ”“ 4 dəfə
İsmət İnönü ”“ 4 dəfə
Cəlal Bayar ”“ 3 dəfə
Camal Gürsəl ”“ 1 dəfə
Cövdət Sunay ”“ 1 dəfə
Fahri Korutürk ”“ 1 dəfə
Turqut Özal ”“ 1 dəfə
Süleyman Dəmirəl ”“ 1 dəfə
Əhməd Necdət Sezer ”“ 1 dəfə
Abdullah Gül ”“ 1 dəfə prezident olublar.
Hərbi dövlət çevrilişi ilə prezident olan general Kenan Evren isə bu vəzifəni seçkidə iştirak etmədən icra edib.