Ana Vətən Partiyası mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, partiyanın Nizami Rayon Təşkilatının ofisinin açılışı olub. Açılışda AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı və Nizami rayon təşkilatının bir qrup fəalı iştirak edib.
Elçin Ağamalı çıxışında Bakı şəhərinin ən böyük rayonlarından biri olan Nizami rayon təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli dərəcədə müsbət rol oynayacağını bildirib. E.Ağamalı həmçinin, partiyanın qarşısında duran vəzifələrdən, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan, Ukraynada baş verən siyasi proseslərdən danışıb.
Eyni zamanda AVP Nizami rayon təşkilatının sədri Vüsalə Məmmədova, sədr müavinləri Fəridə Qafarova və İlham Kərimov çıxış edərək partiya fəallarını ofisin açılışı münasibətilə təbrik edib.