Bu gün Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin idman zalının açılışı
olub. Moderator.az-a daxil olan məlumata görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, universitetin rekoru İbrahim Cəfərov, şəhər ictimaiyyətinin nümayəndələri, universitetin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbiri açıq elan edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirakçıları salamlayaraq, xoş arzularını bildirib və qarşıdan gələn Novruz Bayramı münasibəti ilə hər kəsi təbrik edib.
Daha sonra universitetin yeni istifadəyə verilən idman zalına baxış keçirilib. Zalda tələbələrin idmanla məşğul olmaqları üçün hər cür şərait yaradılıb. Burada bilyard və stolüstü tenis zalı, yeni trenajorlar, dama, şahmat otağı, həmçinin mini futbol, voleybol və basketbol meydanları tələbələrin istifadəsinə verilib.
Şəhər başçısı daha sonra tədris müəssəsinin şəraiti ilə yaxından tanış olub.
İcra başçısı eyni zamanda universitetin kitabxanasına da ziyarət edib. Gəncədə ilk elektron kitabxana sayılan ADAU-nun kitabxanasında 640.000 kitab fondu mövcuddur. Burada ixtisasa aid kitablarla yanaşı, bədii ədəbi kitablar, dünya ədədbiyyatına məxsus kitablar tələbələrin istifadəsindədir.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra universitetin öz fəaliyyət dərnəyi Novruz bayramının gəlişi münasibəti ilə qonaqlara müsiqilər səsləndirib, kiçik səhnəciklər nümaiş etdiriblər.