“Bütün dünyada dəyişimlərin hərəkətverici qüvvəsi gənclik olub”.
Bunu Moderator.az-a açıqlamasında Aqil Səmədbəyli bildirib. Gəncliyin demokratik mübarizənin avanqard qüvvəsi olduğuna diqqət çəkən A.Səmədbəyli bu qüvvənin Azərbaycandakı proseslərdə də aparıcı güc olduğuna inandığını vurğulayıb:
“Biz milli azadlıq hərəkatı zamanı tələbəydik və bütün tələbələr aktiv iştirakçı idi. Əgər belə olmasaydı bizim xalqımız qısa vaxtda bu qədər irəliləyiş əldə edə bilməzdi. Gənclik idealistdir, gənclik cəsarətlidir, gənclik dinamikdir. Əgər Azərbaycanda tələbələr kütləvi şəkildə ayağa qalxıb hər hansı bir tələbin arxasında dursalar, mütləq istəklərinə nail olacaqlar.
Gənclik meydanda olanda cəmiyyətin digər təbəqələri də hərəkətə gəlir. Əna zından hər tələbənin atası-anası, qardaş-bacısı, qohum-əqrabası var, onlar da bu prosesə qoşulacaqlar. Ukraynada da tələbələr prosesə qoşuldu deyə qısa zamanda dəyişim oldu. Eləcə də müəllim heyəti də tələbələrlə bir yerdə hərəkət etdi”.
Seymur Əliyev