“Yeni Neft-Qaz və Neftkimya Kompleksi layihəsi Azərbaycanın daxili tələbatı üçün nəzərdə tutulmayıb.”
Bu haqda Moderator.az saytına açıqlamasında iqtisadçı-ekspert
İlham Şaban təmizlənmiş qaz və neft-emalı
məhsullarının əsasən daxili tələbatın ödənilməsinə yönəldilməsi nəzərdə tutulan
Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsinin icrasına münasibət bildirib. Onun sözlərinə görə, bu olduqca böyük bir layihədir: “Sözügedən layihə çox böyük bir investisiya tələb edən proqramdır. Təqribən kredit faizləri ilə birlikdə 17
milyard dollar cıvarında qiymətləndirilir”. Ekspertin sözlərinə görə Azərbaycan
bu layihənin reallaşdırılmasında çox gecikib: “Nazirlər Kabineti bununla bağlı
qərarını 2008-ci ilin mayında vermişdi. O zaman nəzərdə tutulurdu ki, layihəni
5-6 ilə tam şəkildə həyata keçirmək mümkün olacaq. Yəni artıq bu il uzağı
layihə tam bitməli idi. Ancaq göründüyü kimi, heç tikinti işlərinə də
başlanılmayıb. Əvəzində Xəzəryanı ölkələrin hamısında müasir tipli Kimya
Komleksləri artıq ya var, ya da yaxın 2-3 ildə istifadəyə veriləcək. Azərbaycanın
layihəsi isə ən tezi bu onilliyin sonunda ərsəyə gələcək. Bu da müvafiq kompleksinin istehsal edəcəyi
məhsulların xarici bazarda ciddi rəqabətlə üzləşəcəyindən xəbər verir. Çünki
regiondakı bazar məhduddur və bu
regiondan alınan neft-kimya məhsullarının qiymətləri artıq planlaşdırıldığından
ucuz olacaq”.
Eyni zamanda İ.Şaban 2013-cü ildə Türkiyədə başlanılması nəzərdə tutulan “STAR” neft emalı
zavodunun inşasının başlanılıb-başlanılmamsı haqqında da gəzən söz-söhbətlərə
də münasibətini bildirib:
“Düzdür,
“STAR” neft emalı zavodunun inşasına 2013-cü ilin noyabr ayında başlanılıb. Tikintiyə 5.3 milyard dollar
məbləğində vəsait ayrılıb. Tikinti işləri 4 ildən sonra bitməlidir. Ancaq baxaq
görək yubanma olmayacaq ki?”
1