Bir sıra ölkələrin arxivlərində saxlanılan sənədlər bu iddiaları puça çıxarır.
Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də Amerika Birləşmiş Ştatlarının arxivlərində ermənilərin soyqırımı iddialarının uydurma olduğunu sübut edən xeyli sayda rəsmi sənədlər var.
Moderator.az-ın məlumatına görə bu barədə İctimai Televiziyaya açıqlamasında əslən Azərbaycandan olan Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attar məlumat verib. 25 ildir əsassız erməni soyqırımı ilə bağlı araşdırmalar aparan tarixçi alim deyir ki, bu cür sənədlərin əksəriyyəti bağlı arxivlərdə saxlanılır:
"ABŞ-ın Boston şəhəri qondarma ermeni soyqırımı ile bağlı ən dəqiq mərkəzdir. Amma daşnaküstüne aid olan Bostondakı arxiv qapalıdır. Bu arxiv heç vaxt açılmır. Eyni Ermənistanın matenedaran kitabxanasındakı kimidir. Əslinda bu gizlədilənlər qapalı arxivlərdə erməni məsələsi ilə bağlı reallıqlar var.
Araşdırmalar zamanı məlum olub ki, Luisfil universitetinin professoru Casten Makkarterin ABŞ konqresinin arxivindəki mənbələrə əsasən yazdığı «İtirlmiş Hesabatlar» əsəri ermənlərin soyqırımı iddialarının uydurma olduğunu rəsmən sübut edib.
«İtirilmiş Hesabatlar» əsərində xüsusi qeyd olunur ki, ABŞ-ın o zamankı prezidenti Vudro Vilson qondarma erməni soyqırımına ciddi önəm verirmiş. Bundan əlavə Sarıqamışdakı rus ordusunun Qafqaz cəbhəsinin qərargah rəisi general Mixail Bloxovitinov tərəfindən çar Rusiyasının Tiflisdə yerləşən rus ordusunun kəşfiyyat şöbəsinə göndərilən «məxfi qirifli» 50 səhifəlik hesabatda da soyqırımın uydurma olduğu tam sübuta yetirir.
Aygün Attar hesab edir ki, araşdırmalar təkcə 1915-ci ili əhatə etməməlidir:
"1905-1907 1911-1914-cü illerde yaşanaları araşdırmaq lazımdır. O zaman bu tarixin hər birinin altından bu gün ermənilərin iddia etdikleri soyqırıma uğradıqları tarixi tamamen təkzib eden tamamilə fərqli bir tarix çıxacaqdır."
Tarixçi alim bildirir ki, qondarma erməni soyqrımının 100 illiyi ərəfəsində bu cür arxiv sənədlərin araşdırılaraq ictimaiyyətə təqdim edilməsi olduqca vacibdir.