Milli Şuranın üzvü, ədliyyə generalı Vidadi Mirkamal Moderator.az-a bu dəfəki açıqlamasında sessiyadan sonrakı dönəmi, həmkarlarının səsləndirdikləri fikirləri şərh edib və görüləcək işlərin anonsunu verib. Onun fikirlərini təqdim edirik:
“Düşünürəm ki, Milli Şuranın (MŞ) hər hansı
partiyanın təsirinə düşmək ehtimalı yoxdur. Koordinasiya Şurasının (KŞ) tərkibinə
nəzər salmaq kifayətdir. KŞ-nın tərkibində vətəndaş cəmiyyətinin və ziyalıların
çəkisi daha çoxdur. Bu söhbətlərin yaranması ondan irəli gəlirdi ki, MŞ-nın
idarəçilik orqanı yox idi və istər mətbuatda, istərsə də sosial şəbəkələrdə gedən
müzakirələrdə partiya mənsubiyyəti olan şəxslər üstünlük təşkil edirdi, bu da təbii
qarşılanmalıdır, çünki partiya mənsubiyyəti olan şəxslər daha monolitdirlər və
öz fəaliyyətlərini daha yaxşı əlaqələndirə bilirlər. Etiraf edilməlidir ki, bu
keyfiyyətlər vətəndaş cəmiyyəti üzvlərində və ziyalılarda müşahidə olunmur. Amma
düşünürəm ki, KŞ tam fəaliyyətə başlayandan sonra məsələlərin müzakirəsi və qərarların
qəbul olunması mexanizmi daha mütəhərrik və çevik olmaqla bu fərqlər aradan
qalxacaq və bu da artıq söhbətlərin, yersiz iradların sonu demək olacaq.
MŞ-ya yeni qəbul ediləcək şəxslərə gəlincə isə
düşünürəm ki,bu halda da üstünlük vətəndaş cəmiyyəti üzvlərinə,ziyalılara və gənclərə
verilməlidir. Belə oldugu təqdirdə MŞ-da hər hansı partiyanın dominantlıgı da
aradan qalxar. Bir sözlə, təşkilatı işləri düzgün qurmaq və fəaliyyəti artırmaq
zəruridir. Görüləcək çoxlu işlər var. İş çox olan yerdə bəhanələrə və
dedi-qodulara da yer qalmaz.”
Elşad Allahverdiyev