Gəncədə “Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzi”ndə 20 Yanvar hadisəsinə həsr olunmuş tədbir keçirilib. Bununla bağlı Moderator.az-ı bilgiləndirən mənbənin məlumatına görə, tədbirdə şagirdlərin 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib: “Tədbirdə “Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzi”nin müdiri Sevinc Əsgərova, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərin müəllim-şagird kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri Mərkəzin müdiri Sevinc Əsgərova açıq elan edərək 20 yanvar hadisələrindən geniş söhbət açıb.
Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov çıxış edərək 20 Yanvar faciəsi zamanı xalqımızın başına gətirilən müsibətlərdən, faciənin xalqın azadlıq tarixindəki həlledici rolundan danışıb. Mərkəzin Tarix Diyarşünaslıq dərnəyinin rəhbəri Günel İsmayılova da 20 yanvar hadisələrindən, əli yalın vətəndaşlarımızın necə qəhrəmanlıqla düşmən üzərinə yeriməsindən bəhs edib. Daha sonra dərnəyin üzvləri faciəyə həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbirin sonunda isə 20 Yanvar faciəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib”.
Şamil