Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni il ərəfəsi Şaxta Baba biznesini nəzarətə götürüb. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bayramla əlaqədar ictimai yerlərdə Şaxta Baba kimi fəaliyyət göstərmək istəyən hər kəs bunun üçün qabaqcadan Sumqayıt Şəhər İcra Hakimiyyətinin yetkililərindən icazə almalı, buna görə, bəlli miqdarda haqq verməlidir. Başqa sözlə desək, icra yetkililəri ilə bu anlaşma Şaxta Babalar üçün qeyri-rəsmi lisenziya xarakteri daşıyacaq. Bundan başqa, şəhərin daha gediş-gəlişli, mərkəzi yerlərində fəaliyyət göstərmək üçün də əlavə haqq vermək lazımdır.
Bir sözlə, artıq Şaxta Baba olmaq əvvəlki kimi sərfəli olmaycaq. Habelə, məlim dəyişikliyin azyaşlılara göstəriləcək xidmətin qiymətində də artıma səbəb olacağı gözlənilir.