“Hökumət bəyan edir ki, son beş ildə bir milyondan artıq yeni iş yerləri açılıb. Əgər yeni iş yerləri açılıbsa o zaman ünvanlı sosial yardımların sayında bu göstərici özünü çox ciddi şəklidə göstərməliydi. Ancaq çox təəssüf ki, ildən-ilə sosial yardım alanların sayı nəinki azalmır, artır." Bu sözləri Milli Məclisin dünəki iclasında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Millət vəkilinin açıqlamasına münasibət bildirən “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin sədri, iqtisadçı ekspert Zöhrab İsmayıl səsləndirilən ittihamlarla razı olduğunu bildirdi:
“Ümumiyyətlə
bu gün Azərbaycanda cəmi 1.5 milyon iş yeri
var. Son 5 ildə 1milyon iş yerinin açılması barədə deyilən rəqəmlərin heç bir əsası yoxdur. Ölkədə əsas iş yerləri
mövsümü və tikinti sahəsində olan işlərdir. Azərbaycanda daimi iş yeri problemi
var. Ünvanlı sosial yardımda da artım müşahidə olunmur. Sosial yardım almaq üçün vətəndaşlara süni
əngəllər yaradılır. Hesab edirəm ki, bu yardımı alanlar indikindən çox olmalı
idi. Sözsüz ki, 1mln iş yeri açılsaydı yardım alanların sayı məntiqlə azalmalı
idi. Dövlət Statistika Komitəsinin məlumatları bu informasiyanı təsdiqləmir.
Statistika Komitəsinin məlumatına görə, neft bumu başlayan dövrdən işsizlərin sayı 500 mindən 200
minə enib.” Bu isə onu göstərir
ki, neft bumu başlayandan sonra ölkədə 300 min iş yeri açılıb, o da
mövsümü xarakterli iş yerləridir.”
Xəyal Əzizov