İstanbulun Zeytinburnu rayonunda çox iyrənc və dəhşətli
hadisə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata
görə, 50 yaşlı M.Y. 5 qızını zorlayıb. Bu barədə atasının təcavüzünə uğrayan
qızlardan biri, 37 yaşlı A.Y. məhkəmədə ifadə verərkən bildirib. O, məhkəmədə
ağlayaraq “Bu murdarın cəzası yoxdurmu? Niyə heç kim onu dayandırmadı?!”, - deyə
üsyan edib.
Onun sözlərinə
görə, atası həm onu, həm də, 11 və 12 yaşlı iki bacısını mütəmadi olaraq
zorlayıb. Onun bacıları dərin psixoloji şok keçirdikləri üçün psixoloq nəzarətindədir.
Qeyd edək ki, təcavüzkar
ata M.Y. isə hələ də həbs olunmayıb. O, qızlarının şikayətlərindən sonra
saxlanılsa da, onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Bakir köy
prokurorluğundan verilən məlumata görə, olay 11 yaşlı B.-nin atası tərəfindən
zorlanması faktı qızın başına gələnləri böyük bacısına, sonra da bibilərinə
danışmasından sonra aşkarlanıb. M.Y. 11 yaşlı B və 13 yaşıl Ö. ilə yanaşı, ilk
arvadından olan N.-nı da zorlayıb. Daha sonra məlum olub ki, M.Y. 37 yaşlı qızı
A.Y-ya da dəfələrlə təcavüz edibmiş.
A.Y.-nın dediyinə
görə, atası M.Y. iki ay sərasər onu döyüb, təcavüz edib: "Mənə deyirdi ki,
başıma gətirdikləri barədə kimsəyə nəsə desəm, anamın başını kəsəcək. Mən də
anama ünvanlanan təhdidlərdən qorxaraq susurdum. Sonra məni xalamın oğluna ərə
verdilər. Atamın mənə təcavüz etdiyi dönəmdə həyatdan bezmişdim. İntihar etmək
istəyirdim".
11 yaşlı Ö. və 13
yaşlı B. ilə bağlı psixoloq rəyində isə bildirilir: "Uşaqların təcavüzə məruz
qaldıqları təsdiqlənib. Onlar çox ağır psixoloji şokdadırlar. Iştahaları
pisdir, yata bilmirlər. Gecələr kabus görür, sürəkli ağlayırlar. Onlar təcavüzü
unuda bilmirlər".