Yasir Ərəfatın 2004-cü ildə ölüm səbəbini araşdıran
ekspertlərin rəyi onun poloniumla zəhərləndiyini ortaya çıxarıb. Moderator.az
“Reuters” agentliyinə istinadən bildirir ki, bu barədə Fələstin liderinin
ekspertizanı əldə etmiş dul qadını bildirib. "Əsil cinayətin üstü açılıb.
Bu siyasi qətl olub", - deyə Parisdə yaşayan Suha Ərafat bildirib.
Agentliyin məlumatına
görə, qadın ekspertiza nəticələrini İsveçrənin Lozanna şəhərində yaşayan
Radiofizika İnstitutundan alıb. Orada bir il ərzində Fələstin Milli
Administrasiyasının banisinin və birinci liderinin qalıqları araşdırılıb. Nəticələr
Fələstin rəhbərliyinə də təqdim edilib.
Nobel sülh
mükafatı laureatı Yasir Ərəfat 11 noyabr 2004-cü il tarixdə Paris
yaxınlığındakı hərbi hospitalda dünyasını dəyişib. Onun əşyalarında və bioloji
maddə nümunələrində polonium - 210 tapıldıqdan sonra bununla bağlı təhqiqat
başlanıb.