Moderator.az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov öz facebook sahəfəsində yeni müdafiə nazirinin növbəti “budama” əməliyyatı barədə yazıb: “
“MN-nin şəxsi iş idarəsinin rəisi, eyni zamanda Baş
Qərargah rəisinin müavini- Səfərbərlik idarəsinin rəisi general-leytenant Yaşar
Aydəmirov tutduğu vəzifədən azad edilib. Dünəndən etibarən üç idarənin işinə
MN-nin Tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədov rəhbərlik
edəcək.
MN-də adı rüşvət və
korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən
Prezidentə açıq müraciətdə adı hallanan nazirliyin Büdcəyə Nəzarət və Maliyyə
İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək cəbhə
bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. MN-nin mühəndis istehkam
xidmətinin rəisi polkovnik Mehman Qədiməliyev Bərdə Hərbi birləşməsinə aşağı vəzifəyə
təyin edilib. Başqa ciddi kadr dəyişiklikləri də var. Və sonda, MN-i
general-polkovnik Zakir Həsənovun dünənki qərarları MN-də şok effekti yaradıb.
Bəzi şəxslərin səhhətində ciddi problemlər yaranıb.”