Məlum olduğu kimi, Minsk qrupunun həmsədri olan Rusiya işğalçı Ermənistanı silahlandırmaqda davam edir.
Azərbaycan Rusiyanın
işğalçıya verdiyi dəstəyə cavab olaraq, onunla hərbi əməkdaşlıqdan imtina edə
bilərmi? Belə bir addım ölkəmizin maraqlarına nə dərəcədə cavab verir?
Moderator.az-a açıqlama
verən sabiq millət vəkili Fərəc Quliyev, Azərbaycanın bu yöndə ciddi addımlar
atmasının vacibliyinə toxundu:
“Vasitəçi kimi çıxış edən
Rusiya faktiki olaraq həm KTMT-də Ermənistanla bir yerdədir, həm də Gümrüdə 102
saylı diviziya yerləşdirib. Bu diviziyanın keçmiş komandiri etiraf edib ki,
Dağlıq Qarabağ və ətraf rayonların işğalında bu diviziyanın texnikasından da,
canlı qüvvəsindən istifadə olunub. 366-cı alaydan da istifadə edilib.
Rusiya Ermənistanla ortaq
ordu yaradıb. Bu ordu Naxçıvanla Qarabağın arasındadır. Bu ordunun
kontingentinin 90%-i ermənilərdən ibarətdir.
Biz anlamalıyıq ki,
Rusiya heç vaxt bizə Ermənistana verdiyindən güclü silah verməyəcək. Çünki onun
Ermənistanda özünün də ordusu var.
İkincisi, Rusiya Azərbaycana
ən müasir silahları versə belə, onun ethiyat hissələri və s. var ki, sabah bu təchizatdan
imtina edə bilər. Bundna başqa, istehsalçı dövlətlər tərəfindən müasir
silahların fəaliyyətini iflic edən sistemlər mövcuddur.İran-İraq müharibəsi
zamanı satılan təyyarələr var idi ki, müharibə zamanı bu təyyarələr iflic
edildi və onlar havaya qalxmadı. Bu, bizim üçün də müəyyən riskdir.
Rusiya açıq şəkildə Ermənistanın
təırəfində dayanır. Tovuz hadisələrindən sonra Rusiyanın Ermənistanı ciddi şəkildə
silahlandırması Moksvanın niyyətindən xəbər verir. Buna görə də biz həm
arsenalımıza, həm də müttəfiqlərimizə yenidən baxmalıyıq. Bizim müttəfiqlərimiz
Türkiyə və Pakistan kimi dövlətlər olmalıdır. Biz hərbi arsenalımızı NATO üzvü
olan dövlətlərin silahları ilə möhkəmləndirməliyik. Bu məsələdə Rusiyaya etibar
etmək olmaz”.
Seymur ƏLİYEV