Rusiyalı ekspert ermənilərə Azərbaycan hərbi gücünə və Silahlı Qüvvələrinə ciddi yanaşmağı məsləhət görüb. Bu barədə erməni jurnalistləri ilə söhbətində Rusiya Analitika Mərkəzinin rəhbəri Andrey Yepifansev bildirib:
“Generallar
həmişə keçən döyüşlərdə səhv və çatışmazlıqlar axtarırlar, amma ermənilər isə
həmişə bildirirlər ki, onlar Azərbaycan üzərində qələbə çalıblar və yenə də
müharibə başlasa, qalib gələcəklər.”
“Bu,
böyük səhvdir. Bu gün Bakıda ordu tamam başqadır və döyüşün nəticəsinin necə
olacağı məlum deyil". Onun sözlərinə görə, Ermənistan tərəfi mümkün qədər
tez Azərbaycana qarşı olan qalib əhval-ruhiyyəsini dəyişməlidir.
Qarabağ
münaqişəsinin həll edilməsində Rusiyanın mümkün dəstəyi ilə bağlı suala gəlincə
isə Andrey Yepifansev bildirib ki, Rusiya hərbi bazası Ermənistanı Azərbaycana
kömək məqsədilə Türkiyədən gələn zərbədən qoruyacaq.
Moderator.az