Bütün dünya ABŞ prezidenti Barak Obamanın Suriyaya hərbi müdaxilə qərarından niyə son anda imtina etməsi ətrafında baş sındırdığı halda Amerika mətbuatında maraqlı iddia yayıb.Moderator.az-ın xəbərinə görə, bildirilir ki, 2001- ci il 11 sentyabrdan sonra ABŞ-ın beynəlxalq terrorizmlə mübarizəyə xərclədiyi vəsait Barak Obamanın Suriyanı hədələdiyi günlərdə düz bir trilyon dollara çatıb. Obamanın Suriyaya hərbi müdaxilə qərarına qarşı çıxan bir neçə konqressmen və senator gizlicə ona məktub yollayaraq bunu amerikalılara izah etməyin çətin olacağını bildirərək ABŞ prezidentinə öz qərarına yenidən baxmağı tövsiyyə ediblər. İddia olunur ki, Rusiya prezidenti Vladimir Putinin Dəməşqin Suriyadakı kimyəvi silahları təhvil verməyə hazır olduğunu bildirməsi Obama üçün göydəndüşmə olub...