“Mən boşanmaq istəmirdim, evdə ağlayırdım. Həmin vaxtlar qaynanam və ərim “niyə ağlayırsan, başqasına ərə gedəcəksən” deyirdilər. Hansı qeyrətli kişi öz arvadına deyər ki, “onsuzda başqasına gedib, xoşbəxt olacaqsan”". ANS PRESS-in məlumatına görə, bu sözləri anınmış teleaparıcı İlham Mirzəyevin dayısı qızı Aysel Əliyeva bildirib.
Ona
edilən təhqir və zülmlərdən psixi sarsıntı keçirən Aysel Əliyeva “Təmiz Dünya“
Qadınlara Yardım İctimai Birliyinə müraciət edib. Birliyin sədri Mehriban
Zeynalovanın sözlərinə görə, Aysel müraciət edərkən əsəbləri tamam korlanıbmış.
Hətta özünü öldürmək fikrinə belə düşüb.
“Qız o
vəziyyətdə idi ki, hətta intihar etmək istəyirdi. Onda özünə güvənmə hissi belə
qalmamışdı. Aysel milli Azərbaycan qızıdır. Rayon yerində böyümüş,
valideynlərinin sözünü dinləyən, zamanı gələndə isə, ailəsinin məsləhəti ilə
ərə gedən bir qız idi. Aysel xanımın uşaqlıqdan indiyə qədər səhhətində heç bir
problemi olmayıb. Onun psixoloji durumu yaxşı olub. Onun əsəblərinin
gərginləşməsinin səbəbi düşdüyü mühit olub”, - deyə M.Zeynalova bildirib.
Birliyin
eksperti Yaqut Məmmədyarovanın sözlərinə görə, Aysel Əlipənah qızı Əliyeva
2013-cü il yanvar ayında “Təmiz Dünya”ya müraciət edib. “Aysel ailəsində olan
zorakılıq, qaynana və yoldaşının ona təzyiq etməsi barədə bizə şikayət etdi. Aysel
xanımı sığınacaqla təmin etdik. O qədər ailədaxili zorakılığa məruz qalmışdı
ki, onun psixi durumunda problemlər yaşanırdı. Psixoloq müayinəsindən sonra onun
çox sakit xanım olduğu məlum oldu”.
Qeyd
edək ki, Aysel Əliyeva başına gələnlər barədə danışıb. Həmin danışıqlar
çəkilərək “YouTube” video paylaşım şəbəkəsində yerləşdirilib.
“Gəlin
gəldiyim gün, həmin gecə ərim mənə dedi ki, bir neçə qadınla gəzir. Buna hansı
qadın dözər? Toy gecəsi üzünə bu sözləri deyilən hansı qadın dözər? Toyumuz
olandan 10 gün sonra məni dindirməyib. Həmişə içki stolun üstündə olub. Ərim
Asif Əliyev və anası Ludmila Əliyeva məni elə təhqir ediblər ki, o sözləri
dilimə gətirə bilmərəm”. Aysel Əliyeva başına gələn digər məsələlər barədə
təqdim etdiyimiz videodan məlumat ala bilərsiniz.