Təhsil Nazirliyi
tərəfindən bağlanmış Azərbaycan Beynəlxalq Universitetinin məzunları Təhsil
Nazirliyinin qarşısında aksiya keçirirlər. Bu barədə musavat.com-a "Yeni
Müsavat"ın reportyoru Hikmət Şirin məlumat verib.
Əməkdaşımızın dediyinə görə,
20 nəfərdən ibarət olan məzunlar təhsil naziri Mikayıl Cabbarovla görüşərək öz
problemlərini həll etmək istəyirlər. Onların problemi dörd il oxuduqları təhsil
müəssisəsindən diplom ala bilməmələridir.
2003-2004-ci illərdə ABU-nu
bitirmiş məzunlar reportyorumuza bildiriblər ki, onlar iki ay öncə Təhsil
Nazirliyində olub, problemlərinin avqustda həll ediləcəyinə dair vəd alıblar. Artıq
sentyabrdır və məzunlar istəyirlər ki, yeni nazir onların köhnə problemini həll
etsin.
"4 il vaxtımız və o qədər
pulumuz gedib, nəhayət, bizə də diplom verilməlidir ki, bir işin qulpundan
yapışa bilək", - şikayətçi məzunlardan biri əməkdaşımıza deyib.