Güney Azərbaycanın ekoloji
durumu getdikcə təhlükə altına düşür. Artıq 75 faizi quruyan Urmu gölünün
ardınca Cənubi Azərbaycanda daha bir göl qurumağa başlayıb. Təbrizin cənubunda
yerləşən Qurugöl də İran dövlətinin diqqətsizliyi nəticəsində qurumaqdadır. GünAz
TV-nin xəbərinə görə, quruyan gölün yerində çöllük əmələ gəlməkdədir. Qurugölün
quruma səbəbi baxımsızlıq və lazımi suyun gölə axıdılmamasıdır. Təbrizin
Başqa bir xəbərə görə, İran rejiminin çaylar
üstündə sədd tikmə layihələrinin ucbatından Təbrizdən keçən Acı çayı quruyub. 5
il öncə Təbrizdə Acı çayının suyu olduqca bol olurdu və çayın kənarına gedən
turist və əhali Səfəvi dövründən qalan tarixi körpüdən çayın suyunun axmasına
tamaşa edirdilər. Lakin çayın yuxarı hissəsində bəzi sədlərin tikilməsi
nəticəsində artıq çayın Təbrizdən keçən hissəsinə su çatmır. Qeyd edək ki,
İranın başqa yerlərində hər hansı çay bu şəkildə qurudulursa, hətta rejimin
rəsmiləri belə etiraz edirlər. Acı çayına qarşı diqqətsizlik isə həmin çayın
Azərbaycanda olması ilə bağlıdır.
Bu arada Güneydə 2 azərbaycanlı fəal
həbs cəzasına məhkum edilib. Mahabadın (Soyuqbulaq) inqilab məhkəməsi Əli
Hidayətini 5 və Yədullah Dəştini 6 ay həbs cəzasına məhkum edib. Milli-mədəni
fəallar 2013-cü il avqustun 3-də Ramin Rzayi ilə birlikdə Mahabadın inqilab
məhkəməsində Əhməd Cavadikiyanın sədrliyi ilə mühakimə olunub. Tikantəpənin
(Tekab) istintaq idarəsi, Yədullah Dəştini sistemin əleyhinə təbliğ etmək və
ölkə təhlükəsizliyini pozmağa çalışan qruplarda üzv olmaqda, Əli Hedayəti ilə
Ramin Rzayini isə sistemin əleyhinə təbliğdə ittiham edib. Hakim Cavadikiya,
sözdə bölücü Azərbaycan Milli Hərəkatı və pantürkizmin xeyirinə təbliğ,
millətçiliyə dəlalət edən SMS-lərin göndərilməsi və ETTELAAT-da (İran Kəşfiyyat
Nazirliyi) saxlanılan digər sənədləri əsas gətirərək hökm çıxarıb. Halbuki
“Azərbaycan Milli Hərəkatı” və ya “pantürkist” adlı heç bir qurum və ya partiya
yoxdur və məhkəmə sadəcə Azərbaycanın milli hüquqlarını müdafiə edən insanlar
hədəf götürülüb.
Güney Azərbaycanın Salmas şəhərində
isə bir neçə azərbaycanlı milli-mədəni fəal milli təhlükəsizlik polisinə
çağırılıb. Bundan sonra bəzi fəallar çağırılan orqana müraciət ediblər. Onlar
sorğu-suala tutub və təhdid ediliblər. Azərbaycanlı fəallar barəsində dosye
düzənləndiyi, mobil və ev telefonlarının bağlanıldığı da bildirilir. Həmçinin
son həftələrdə Salmasın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsi tərəfindən
də bir neçə milli-mədəni fəalla əlaqə saxlanılıb və onlar təhdid edilərək
idarəyə çağırılıblar.
Həsən Ruhaninin prezidentliyindən
sonra edam cəzalarının da sayı artıb. Təkcə Təbrizdə müxtəlif ittihamlarla həbs
olunan 40 nəfər edam cəzasının icra olunacağını gözləyir. Onların arasında
hərəkatçıların da olduğu deyilir.