"Belə hallar xalqın qəzəbinə səbəb olur, nəticədə etiraz potensialı artır..."
Müsahibə
Oxunub: 2618
20 May 2020 | 11:48
Ölkədə koronavirus pandemiyası ilə paralel olaraq, korrupsiya və rüşvətə qarşı görülən tədbirlər, kadr islahatları da əsas gündəm mövzusu olaraq qalmaqdadır. 

Moderator.az xəbər verir ki, “AzPolitika.info” günün aktual mövzuları ilə bağlı eks-prezident Ayaz Mütəllibovun fikirlərini öyrənib.


- Ayaz müəllim, son aylar Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində icra başçıları, nazir müavini, hətta general və polkovniklər həbs edilib. Bu baş verənləri necə qiymətləndirirsiniz?

- Əgər həbslər aparılıbsa, deməli buna əsaslar var. Mən bu barədə daha konkret danışa bilmirəm, çünki prosesin içində deyiləm. Ancaq belə addımlar əsassız ola bilməz.

Onu qeyd edim ki, korrupsiya həmişə olub. Sözsüz ki, pis əməldir, amma bu, SSRİ dövründə də olub. İndi dövət başçısı açıq xəbərdarlıq edib ki, buna getmək olmaz, rüşvət alınmamalı, dövlət mənafeyi və xalqın istəyi əsas götürülməlidir. Amma baxırsan ki, bəzən gənc insanlar da rüşvətlə məşğuldurlar. Əslində, siz dövlət məmurusunuz, sevinməlisiniz ki, dövlət üçün xidmət göstərir, bunun müqabilində əmək haqqı alırsınız. Amma gedib korrupsiya ilə məşğul olanda, bu, xoşagəlməz hal yaradır. Bu mənada hesab edirəm ki, dövlət tərəfindən atılan addımlar təqdir edilməlidir.

- Siz təcrübəli insansınız, uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışmısınız, ölkə Prezidenti olmusunuz. Sizcə, Azərbaycan rüşvət və korrupsiyadan necə xilas ola bilər?

- Əvvəla qeyd edim ki, Azərbaycan Prezidenti, habelə Birinci vitse-prezident dəfələrlə çıxış ediblər. Bu mövzuda danışıblar, xəbərdarlıq ediblər. Mən bilmirəm ki, insanlar niyə belə yola düşüblər. Böyük vəzifələri var, amma zərərli vərdişdən sanki imtina edə bilmirlər.

Fikrimcə, inzibati amillərlə bunun qarşısını almaq olar. Sistem özü korrupsiyanın qarşısını almalıdır. Elə bir hal yaranmalıdır ki, biləsən bu haradan gəlir, kökü nədir. Və buna qarşı profilaktik tədbirlər aparılmalıdır. Yəni bu xarakterli hadisələri qabaqlayaraq onun inkişafına imkan verməmək lazımdır.

- Sizin prezidentliyiniz dövründə də belə hallar olurdu. Həmin dövrdə sizə məruzə edilirdimi ki, filan məmur korrupsiya ilə məşğuldur?...

- Sözsüz ki, olurdu. Biz də korrupsiyaya qarşı öz tədbirlərimizi görürdük. Xüsusi idarələr, Xalq Nəzarət Komitəsi kimi qurumlar bu sahədə işləyirdilər. Ümumiyyətlə, rüşvət və korrupsiyanın kökü orta əsrlərə gedir. Hesab edirəm ki, indi Azərbaycanda bununla bağlı ciddi tədbirlər aparılır və yəqin ki, bunun müsbət nəticəsi olacaq. Müəyyən adamlar bundan nəticə çıxaracaqlar. Mən buna ümidvaram.

- Amma təcrübə göstərdi ki, məsələn, icra başçıları bundan nəticə çıxarmır...

- Nə deyim? Əslində ağılsızlıqdan irəli gələn addımdır. Ola bilsin düşünürlər ki, mənə xəta gəlməz, mənlik bir şey olmaz. Belə sözlər və mövqe ilə özlərini çaşdırır və nəticədə pis vəziyyətə düşürlər. Bu insanlar ölkədə müxtəlif istiqamətdə aparılan islahatlara baxıb bundan nəticə çıxarmalıdırlar.

- Son zamanlar gənc insanlara etimad göstərilir, onlar yüksək postlara təyin edilir. Buna münasibətiniz necədir?

- Demokratik cəmiyyətdə belə addımlar atılmalıdır. Bunu müsbət qiymətləndirirəm. Əslində, bu addımlar həm də korrupsiyanın qarşısını almağa xidmət edir. Ancaq bir daha qeyd edirəm ki, rüşvətə, korrupsiyaya qol qoymaq olmaz. Söhbət məmurlardan gedir. Onlar dövləti təmsil edirlər. Düşmənlərimiz də az deyil. Buna baxıb nəticələr çıxarırlar.

Bu cür hallar xalqımızın da narazılığına səbəb olur. Cəmiyyət olaraq da müəyyən problemlərimiz var. Əlbəttə, son nəticədə kiminsə tutulması kimlərdəsə məmnunluq yaradır, düşünürlər ki, yaxşı edib tutdular. Amma belə hallar həm də insanlarda təəssüf hissi yaradır ki, niyə belə hallara yol verilir. Axı xəbərdarlıq edirlər, amma yenə də çarəsi yoxdur. Bu, göstərir ki, nə qədər cəmiyyət, dövlət varsa, korrupsiyaya qarşı mübarizə də olmalı, tədbirlər görülməlidir. Çünki belə hallar xalqın qəzəbinə səbəb olur, onu incidir, nəticədə etiraz potensialı artır. Bundan da istifadə edən adamlar, məmurlar var. Xaricdə də Azərbaycana qarşı olan insanlar, təşkilatlar var ki, belə amillərdən yararlanmağa çalışırlar.

Kadr məsələsinə qayıdaraq qeyd edim ki, cavan adamlara iqtidar həmişə hörmət bəsləməlidir. Çünki söhbət gələcəkdən gedir. Gənc kadrların irəli çəkilməsi gündəmdədir. Son illər bu istiqamətdə böyük addımlar atılıb.

- Baş prokuror Zakir Qaralovun işdən alınmasını necə qiymətləndirirsiniz?

- İstənilən vəzifəli şəxs əvvəl-axır tutduğu postdan getməlidir. Biz yuxarıda qeyd etdik ki, ölkənin kadr siyasətində dəyişikliklər baş verir. Bu da olmalıdır və bütün bunlar gözümüzün önündə yaşanır.

- Siz Zakir Qaralovu şəxsən tanıyırdınız?

- Xeyr, həmin şəxsi tanımıram, şəxsi münasibətim də olmayıb. O, bizim dövrümüzdə yəqin ki, cavan adam olub.

- Ayaz müəllim, hazırda dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı fikirləriniz də maraqlı olar. Bunun virus, yoxsa bioloji silah olduğuna dair müzakirələr gedir...

- Koronavirus xəstəlikdir, amma bununla bağlı müxtəlif rəylər var. Biri inanır ki, xəstəlikdir, digəri düşünür ki, süni şəkildə yaradılan silahdır. Ancaq buna ciddi yanaşılmalıdır. Biz görürük ki, bu, dəhşətli bir prosesdir və dünya virusun qarşısında aciz qalıb. Çox güman ki, bu istiqamətdə böyük işlər aparılacaq. Əslində bu, gələcək baxımından böyük bir dərsdir. Buna baxıb nəticə çıxarılmalıdır.

Bu, təbiətin yaratdığı xəstəlikdir, amma burada siyasət, siyasi amillər də var. Kim buna inanır-inanmır öz yerində, amma dünya, ölkələr bundan dərs çıxarmalıdır. Bu xəstəliyə şübhə etmək olmaz. İkincisi, bəzən deyirlər ki, pandemiyadan sonra dünyada qlobal dəyişikliklər baş verəcək. Hesab edirəm ki, bunu deyənlər əsasən iqtisadi məsələləri nəzərdə tuturlar. Yəni söhbət iqtisadiyyatdan gedir. Sözsüz ki, son bir neçə ay ərzində dünya iqtisadiyyatı ciddi ziyan görüb. Elə ölkələr var ki, belə problemlərin öhdəsindən gələ bilmirlər, zəifdirlər. Bundan da istifadə edərək, öz maraqlarını diktə edən böyük dövlətlərin olması reallıqdır.

Bununla yanaşı, Azərbaycanda pandemiya kəskin formada müşahidə edilmədi. Dövlət önləyici tədbirlər gördü, yaxşı təşkilatçılıq müşahidə olundu. Bu da müsbət amil kimi qeyd edilməlidir.
Oxşar xəbərlər
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:17, Bu gün
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:35, Bu gün
Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
GÜNLÜK
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
25 Apr 2024 | 10:58
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Apr 2024 | 10:56
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
25 Apr 2024 | 10:53
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
25 Apr 2024 | 10:59
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
25 Apr 2024 | 11:03
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
25 Apr 2024 | 10:58
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Apr 2024 | 10:56
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
25 Apr 2024 | 10:53
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
25 Apr 2024 | 10:59
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
25 Apr 2024 | 11:03
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO