Azərbaycan prezidenti İlham Əliyev ABŞ
lideri Barak Obamanı ad günü münasibətilə təbrik edib. Moderator.az-ın
prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir ki,
Azərbaycanla Amerikanı möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir:
“Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, enerji təhlükəsizliyinin təmin
edilməsi sahəsində birgə səylərimiz strateji tərəfdaşlıq xarakteri alıb. Qlobal
təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma
missiyasında və bir sıra digər sahələrdə əməkdaşlığımız da bu qəbildəndir”.
“Eyni
zamanda biz xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri
kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir, bu
səylərin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tezliklə
töhfə verəcəyini gözləyirik”, - təbrik məktubunda deyilir.