“Yadigar Sadıqov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan iyulun 2-də apellyasiya şikayəti hazırlayaraq, Lənkəran Şəhər Məhkəməsinə göndərmişəm. Yəni proses mənim şikayətim əsasında keçirildiyi halda, amma məni zaldan uzaqlaşdırırlar" - deyən vəkil əlavə etdi ki, məhkəmə səbəb kimi ona Yadigar Sadıqov həbs olunan zaman istintaqda iştirak etmədiyini göstərib.
Yadigar Sadıqovu iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi tərəfindən saxlanılıb və silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Rəşid Kərimov iyunun 25-də Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia etsə də, Yadigar Sadıqov həmin şəxsi döymədiyini və bunun siyasi fəaliyyəti ilə əlaqədar hakimiyyətin sifarişi ilə quraşdırılmış oyun olduğunu vurğulayır.