Xəbər lenti
22/10/2020 [07:28]:
Fransada iki müsəlman qadın bıçaqlandı... - FOTOLAR
22/10/2020 [07:23]:
"İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında azan..." -Ərəb saytları
22/10/2020 [07:15]:
"İslamı müharibə  dini kimi qiymətləndirmək əsassızdır..."
22/10/2020 [01:05]:
Nurməhəmmədov və Qetji arasında “baxışların döyüşü” - VİDEO
22/10/2020 [00:57]:
Türkiyədə son sutkada koronavirusdan 68 nəfər ölüb
22/10/2020 [00:39]:
Prezidentin köməkçisi: “PKK terrorçuları əsasən Ermənistan ordusunun ilk müdafiə xəttində yer alır”
21/10/2020 [23:41]:
TİKA-dan cəbhə bölgəsinə 2 min ailəyə çatdırılacaq 40 ton ərzaq dəstəyi...
21/10/2020 [23:26]:
Rəsmi Bakı istəsə, Türkiyə Azərbaycana qoşun göndərməyə hazırdır...
21/10/2020 [23:24]:
Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”
21/10/2020 [23:23]:
“Dərman var, sadəcə onu görmək lazımdır...”
21/10/2020 [23:20]:
Diabet, xərçəng, ürək, artritə qarşı ƏVƏZOLUNMAZ NEMƏT...
21/10/2020 [23:15]:
"Bunu sözlə izah edə bilmərəm, o qədər sevinmişdim ki, göz yaşlarımı saxlaya bilmədim"
21/10/2020 [23:07]:
Gürcüstanda hakim “Gürcü arzusu” Partiyasının ofisində atışma: yaralılar var
21/10/2020 [23:06]:
Gürcüstanda bankda girov götürülənlər xilas edildi: Cinayətkar saxlanıldı
21/10/2020 [21:58]:
Braziliyanın Səhiyyə naziri COVID-19-a yoluxdu
21/10/2020 [21:55]:
Yaşayan, yaşadan tarix...
21/10/2020 [21:51]:
"Qarabağ savaşının dayandırılması üçün başqa bir dövlət münaqişəyə müdaxilə etməməlidir”
21/10/2020 [21:46]:
Azərbaycanlı ekspertlərin İngiltərə mətbuatında Qarabağ həqiqətləri barədə məqaləsi dərc edilib
21/10/2020 [21:44]:
“Valideynlərim evi tərk edəndə yaddan çıxıb məni kənddə unudublar, daha sonra isə...”
21/10/2020 [21:38]:
"1 milyon 200 min facebook istifadəçsinə məlumat çadırdıq"
21/10/2020 [21:34]:
Cəhənnəmə xoş gəldin, Paşinyan!
21/10/2020 [21:31]:
Polad Bülbüloğlu: “Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün şərait hələ yetişməyib”
21/10/2020 [21:30]:
Azərbaycan əsgərinin türk dronları ilə erməni ordusuna çəkdiyi dağ: İrəvan NATO-ya yalvarır
21/10/2020 [21:19]:
Pakistan səfiri ordumuzun uğurları münasibətilə Azərbaycan xalqını təbrik edib
21/10/2020 [21:08]:
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
21/10/2020 [20:55]:
İbrahim Kalın Paşinyanın açıqlamasına münasibət bildirdi
21/10/2020 [20:48]:
Britaniya Azərbaycanlıları Assosiasiyası ordumuza yardım etdi
21/10/2020 [20:39]:
“Zəngilandan atamın "Kamaz"ı ilə çıxmışdıq, əlimizə keçəni götürdük” - ATV-nin aparıcısı
21/10/2020 [20:34]:
"Azərbaycan Ordusu 30 ildən artıqdır ki, kağız üzərində qalan BMT qətnamələrinin icrasını yerinə yetirir"
21/10/2020 [20:23]:
Daha 22 kəndimiz erməni tapdağından qurtuldu: İlham Əliyevdən yeni qələbə xəbəri...
21/10/2020 [19:51]:
Xəstəxana dəhlizləri cəsədlə doldu QORXUNC GÖRÜNTÜ...+ VİDEO
21/10/2020 [19:36]:
"Bizim Qarabağ üçün duetimiz həmişə hazırdır..."
21/10/2020 [19:14]:
2 min məhkum həbsxanadan qaçdı, komendant saatı elan edildi...
21/10/2020 [18:51]:
Baş nazir canlı yayımda qorxu dolu anlar yaşadı - VİDEO
21/10/2020 [18:47]:
Fikrət Məmmədov dünya prokurorlarına müraciət etdi
21/10/2020 [18:43]:
Birinci vitse-prezidentin köməkçisi: “Mədəni irsə əhəmiyyət verilmir” - FOTO
21/10/2020 [18:35]:
Sevgilisi ilə yaxalanan qadın oğlunu öldürdü - DƏHŞƏT...
21/10/2020 [18:31]:
Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib
21/10/2020 [18:03]:
BQXK Ermənistana 1500 hərbçinin meyitini təhvil verib
21/10/2020 [18:00]:
Aleksandr Lukaşenko ilə görüşən müxalifətçilərdən biri onun üstünə qışqırıb
21/10/2020 [17:59]:
İlham Əliyev Yaponiya qəzetinə müsahibə verdi
21/10/2020 [17:58]:
Baş İdarənin rəisi QHT Koalisiyası ilə görüşdü
21/10/2020 [17:44]:
“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir...”
21/10/2020 [17:32]:
Paşinyan Qarabağla bağlı yenidən SƏRSƏMLƏDİ
21/10/2020 [17:21]:
"Görsənir ki, quldur Nikolun başı tam əzilməyincə yerində sakit oturmayacaq..."
21/10/2020 [17:20]:
Erməni general Qarabağdan xəstəlik adı ilə qaçıb
21/10/2020 [17:17]:
Qarabağa görə başına yaylıq bağlayan şair...
21/10/2020 [17:14]:
Qarabağda məhv edilən erməni hərbçilərin rəsmi sayı 842-yə ÇATDI
21/10/2020 [17:12]:
Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular...
21/10/2020 [17:12]:
Şuşada QARABAĞ Universiteti - Dünyanın güclü ali təhsil ocağı yaradıla bilər
21/10/2020 [17:10]:
Erməni əslli rusiyalı kinorejissordan Qarabağla bağlı İrəvana od qoyan etiraflar - VİDEO
21/10/2020 [17:07]:
Baş Prokuror İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb
21/10/2020 [17:06]:
Azərbaycanda icbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
21/10/2020 [17:05]:
DİN vətəndaşlara xəbərdarlıq edib
21/10/2020 [17:04]:
Ombudsman: "Sentyabrın 27-dən ermənilərin atəşi nəticəsində 8 uşaq həlak olub, 32 uşaq isə yaralanıb"
21/10/2020 [17:03]:
Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb
21/10/2020 [17:01]:
Qarnına təpik vurulan Tovuz sakini xəstəxanada öldü
21/10/2020 [16:49]:
"Ümidləri Kardaşyan kimi əxlaqsızlara, xarici havadarlarına qalan Ermənistan çökmək üzrədir"
21/10/2020 [16:47]:
“Evimizin divarını öpdüm, qapısını açarladım, uşağlığımı orda dəfn edib gəldim”- FOTOLAR
21/10/2020 [16:42]:
“Döyüş meydanında şərtlər bizim lehimizədir və bu bizim diplomatik masada da əlimizi ciddi şəkildə gücləndirir...”
21/10/2020 [16:37]:
Deputatlar Dağlıq Qarabağ münaqişəsini beynəlxalq ictimaiyyətə çatdıran çarx hazırlayıblar - VİDEO
21/10/2020 [16:36]:
Ermənistana məxsus daha üç PUA məhv edildi - RƏSMİ
21/10/2020 [16:24]:
“Onlar bir ailənin deyil, bütün xalqın şəhididir” - MDTF-nin kampaniyasına dəstək...
21/10/2020 [16:04]:
"İşğaldan azad edilən kəndlərdən birinə "Bayraktar" adı verilsin..." - Maraqlı təklif
21/10/2020 [16:00]:
Fransada müsəlman qadınları bıçaqladılar
21/10/2020 [15:59]:
ABŞ iqtisadiyyatına son 20 il ərzində irqçilik səbəbindən dəyən zərər hesablandı
21/10/2020 [15:48]:
Elman Rüstəmov: “Şokların iqtisadiyyata təsir kanalları məhdudlaşdırılıb”
21/10/2020 [15:45]:
Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüb
21/10/2020 [15:44]:
TANAP “İlin Layihəsi” oldu - FOTO
21/10/2020 [15:29]:
Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - VİDEO
21/10/2020 [15:21]:
Mərkəzi Bankın 200 milyon manat həcmində hərracı keçirilib
21/10/2020 [15:19]:
Azərbaycanda sutka ərzində daha yeddi nəfər koronavirusdan öldü: Yeni yoluxma rekordu - FOTO
21/10/2020 [15:17]:
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində məcburi köçkünlərə yardım göstərilib
21/10/2020 [15:12]:
“Şəhidlərimizin xatirəsini işğaldan azad edilən torpaqlarımızda da yaşadacağıq...” -Şəhid atası...
21/10/2020 [15:06]:
Fəzail Ağamalıdan dünyanın bir çox siyasi partiyalarına və beynəlxalq təşkilatlara məktub
21/10/2020 [15:04]:
Azərbaycan ordusu 24 günə Ermənistana illik büdcəsi qədər ziyan vurub
21/10/2020 [15:02]:
Düşmənin atıb-qaçdığı, məhv edilən hərbi texnikalarının görüntülərini yayıldı - VİDEO
21/10/2020 [14:39]:
“Azərbaycan-İran sərhəddinin tam bərpa edilməsi düşmənə növbəti mesajdır”
21/10/2020 [14:18]:
“Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilməlidir” -Vahid Əhmədov
21/10/2020 [14:18]:
MDTF “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayır
Bütün arxiv bir sırada
21/01/2020 [11:16] - Cəmiyyət - ( 1502 dəfə baxılıb)

Seyid Əzim Şirvaninin nəticəsi Azərbaycana gəlmək istədi, Elxan Süleymanov aldatdı, Novruz Məmmədov mane oldu



2013-cü ildə Daşkəndi tərk edəndə son görüşdüyüm ailə Seyid Fatma Seyid  Əzim  Şirvaninin nəvə-nəticəsi oldu. Ona söz verdim ki, Azərbaycana gəlməsi, köçüb burda yaşaması üçün əlimdən gələni edəcəm, jurnalist imkanlarından istifadə edib məsələni gərəkli yerlərə çatdıracam. Düz 7 il döymədiyim qapı, ərk edib, ağız açmadığım dost qalmadı...

Hamısı “Hə” dedi, ancaq səsimizi yuxarılara çatdırmadılar. Mən Seyid Fatmadan ayrılmazdan əvvəl onun haqqında böyük çəkiliş aparmışdım. Ümid edirdim ki, onun haqqında çəkdiklərimi maraqlı bir sənədli film edib, Azərbaycanda təqdim edəcəm. Əfsuslar olsun ki, həmin dövrdə məni məcburi şəkildə, heç bir əmək intizamına və qanununa əməl edilmədən Azərbaycan Televiziyasının rəhbərliyi tutduğum vəzifədən geri çağırdı.
Sonradan da videoyazı əlimdə qaldı. Bəlkə də həmin videoyazı filmə çevrilib televiziya ekranlarından nümayiş olunsaydı, məsələ rəhbərliyə çatardı və Seyid Fatma Quliyeva da Vətən həsrəti çəkməzdi.

 Seyid Əzim Şirvaninin nəticəsi  Seyid  Fatmanın  çəkdiyi keşməkeşlər, başına gələn dözülməz olaylar haqqında geniş bir yazı hazırladım. Sonrada o yazını və məktublarımı çox yerə göndərdim.  Görünür mənasız bir məktub kimi fikir vermədilər, zibil qutusuna atdılar.

Lakin 2018-ci il yanvar ayının əvvəllərində Fatma xanımla danışdım, dedi ki, səfir Hüseyn Quliyevin xahişi ilə azərbaycanlı iş adamları Mirfalah Cabbarov və Cavid Səbzəliyev onlara Daşkənd şəhərindəki Sergeli rayonunda mənzil alıb hədiyyə ediblər.

Xəbər məni çox sevindirdi. Onunla bağlı narahatçılığım bir az səngidi. Seyid Fatma Quliyeva məndən Daşkəndə nə zaman gələcəyimi soruşdu. Sonra da Bakıya gəlmək məsələsinin bu qədər yubandığındanə nigaran olduğunu dedi. And-aman etdim ki, ey böyük kişinin xələfi,  Hüseyn müəllim də, mən də bu iş üçün çalışırıq.

Elə bu arada, Şamaxıdan deputat seçilmiş Elxan Süleymanovla axır ki, görüşə bildim.  Böyük şəxsiyyətin nəticəsinin arzusunu ona da çatdırdım. Deputat köməkçisinə bu işi başlayıb sona çatdırma, yəni ananın Bakıya gətirilməsi üçün tapşırıq verdi. Lakin... bu dəfə də köməkçi işini yarımçıq qoydu.

Və mən yarımçıq qalan bu işdən sonra bir daha Fatma xanıma telefon açmadım. Elxan Süleymanov da mənim son ümidim idi. Utanırdım. O gözəl simalı, mələk üzlü anaya verdiyim sözü tuta bilmədiyimə, özümün gücsüzlüyümə utanırdım.


Düz 7 il sonra,  9 yanvar 2020-ci il,  gündüz saatlarında  tanımadığım nömrədən zəng gəldi.  Dedilər Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyindəndir.  Onlara Seyid Fatma haqqında ötən ilin sonunda  yazdığım məktubu nəzarətə götürmək tapşırılıb.  Heydər Əliyev Fondu Seyyid Əzim Şirvaninin nəticəsi  Fatma Quliyevanı Azərbaycana gətirmək istəyirdi. Mənim və Fatma xanımım arzusu 7 ildən sonra həyata keçəcəkdi.
 

Mənə  zəng edən şəxslə söhbəti yekunlaşdıran kimi, Özbkistandakı səfirimiz Hüseyn Quliyevlə əlaqə yaratdım. Sevinə-sevinə xəbəri ona çatdırdım,dedim ki, Hüseyn müəllim, bizim birgə səylərimiz axır ki, öz nəticəsini verdi.

Hüseyn müəllimlədən ağır xəbər eşitdim. Dedi ki, Seyid Fatma xanım 2019-cu il iyun ayının 7-də bu dünyadan Vətən həstəti ilə köçdü. Bu sözləri deyəndə səsinin necə titrədiyini duydum.

Ölkəmizin  Özbəkistandakı fövəqladə və səlahiyyətli səfiri Hüseyn Quliyev 2013-cü ildə Seyid Əzim Şirvaninin Daşkənddə  nəticəsi olduğu xəbərini eşidən kimi xanımla görüşmək istəmişdi və iki saat sonra  Azərbaycan səfirliyində bu görüş baş tutmuşdu. Həmin gündən də cənab səfir öz səlahiyyətlərindən istifadə edərək, Azərbaycanın müxtəlif instansiyalarına məktublar yazaraq,  böyük mütəfəkkirin nəticəsinin heç bir sənədi olmadığını, ona Azərbaycan vətəndaşlığının verilməsi zərurətini və babasının Şamaxıdakı məzarını ziyarət etmək arzusunda olduğunu rəsmi yazışma və  sənədlərlə çatırdı. Səfir Hüseyn Quliyev bu ailəni sözün əsil mənasında himayəyə götürdü.

Ötən 7 il ərzində dəfələrlə cənab səfirə zəng edib, işin hansı mərhələdə olduğunu soruşurdum. Hər dəfə də deyirdi ki, inan ki, mən özüm də artıq o qadından utanıram, cavab gözləyirəm ki, onu Bakıya göndərim.

 
Cavab isə gecikir, gecikirdi. Sonra isə Bakıda  etibarlı mənbələrdən öyrəndim ki,  səfir Hüseyn Quliyevin məktubu o zaman Prezidentinin Xarici siyasət məsələlər üzrə köməkçisi olmuş Novruz Məmmədova həvalə edib.(söhbət 2013-2015-ci ildən gedir) Səfirliyin narahatçılığına baxmayaraq, məktubun taleyi ilə şöbədə heç kim maraqlanmayıb.


Beləcə, Novruz Məmmədov bu işə  etinasız yanaşaraq əhəmiyyət verməyib, Seyid Fatma Quliyevanın barəsindəki məktub bir daha üzə çıxmayıb. Sən demə, administrasiyanın qeyd olunan şöbəsindən səfirliyə bildirilib ki, Seyid Fatmanın  1992-ci ildə ailə həyatı quran qızı Nərgiz Mehtiyevanın həyat yoldaşının guya “erməni əsilli” olması səbəbindən onların Azərbaycana gəlməsi arzuolunmaz hesab edilib. Halbuki Səfirlik araşdırmalarının nəticəsi olaraq bu xəbərin yanlış olduğunu N.Məmmədovun köməkçisinə çatdırıb. Nərgiz xanımın əri elə 90-cı illərin sonunda Rusiyanın Moskva şəhərinə köçüb, Nərgiz öz anası Fatma Quliyevanı  Tacikistanda tək qoymayıb, ərindən  ayrılmağa üstünlük verib. Bir il ötdükdən sonra isə Nərgizin həyat yoldaşı dünyasını dəyişib. Bu, bir insan taleyidir. Yəni belə talelərin üzərində siyasi oyun qurmaq rəzalətdir.

 
Nərgiz birgə nigahdan olan oğlunu anasının köməyilə tək böyüdüb.  Fransızdilli Novruz Məmmədov Seyid Əzim Şirvaninin nəticəsi və xələflərini Azərbaycana düşmən hesab edib.  Həmin vaxtlarda isə Azərbaycanda nə qədər erməni əsilli vətəndaşımızın yaşamasından xəbərdar olsa da, Vətən həsrəti çəkən bir ananın arzusunu yerinə yetirmək üçün heç nə etməyib.  Bu məsələni araşdıranda mənə  həmin məktubların taleyini danışan adama dedim ki, gərək cənab səfir, Novruz Məmmədova məktubu fransızca yazıb, Seyid Əzim Şirvaninin necə böyük dəyər olduğunu xatırladaydı.

... Özbəkistandakı səfirliyimizdən  Fatma xanımın həyatda olmadığı xəbərini alandan elə bil ki, həyatım alt-üst oldu. Həmin axşam qızı Nərgiz xanıma telefon açdım. Səsimi eşidən Nərgiz xanım, telefonun o başında “Aidaaaaa”-  deyib haray çəkdi. “Anam səni arzulayırdı, anam son nəfəsinə qədər səni gözlədi... Deyirdi ki, o qız belə etməzdi, nə oldusa, ona mane oldular, o söz vermişdisə, gəlməliydi...”.


Nərgiz söhbətinə davam etdi:

- Anam həmişə deyirdi ki, Aida olmasaydı, mən səfirlik tanımazdım. Onun səbəbinə biz evli-eşikli olduq. İstəyirdi ki, səni görüb əllərindən öpsün. Ən böyük arzusu bu idi. Axı bizim 1992-ci ildən sonra heç vaxt evimiz olmamışdı. Özünüz görürdünüz ki, necə ağlr şəraitdə yaşamışıq. Sağ olsun, Hüseyn müəllim, anama qardaş oldu, bizə atalıq etdi. Hər bayram bazarlıq edib, bayram payımızı göndərdi. Maddi yardım etdi. Daşkənddəki  Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Səfirlik bizim himayəçimiz oldular. Bir gün də baxdıq ki, evə dörd nəfər kişi gəldi.  İçəri keçəndə, anam heyrətləndi. Onlardan birinin üzünə baxıb “Ay Allah, mən necə xoşbəxt adamam, evimə Alim Qasımov gəlib”- deyə kövrəldi.

Alim Qasımovla gələn kişilər də yataqxanadakı birotaqlı ev şəraitimizi gördülər. Çıxıb gedəndə anamın cibinə xərclik qoydular. Bizim sənədimiz qaydasında olmadığından normal bir yerdə hüquqi qeydiyyata düşə bilməmişdik və bu səbəbdən işləyə bilməmişik. Ona görə də daim ehtiyac içərisində yaşamışıq. Qonaqlar gedəndən sonra anamın cibindəki pulları görəndə heyrətləndim. Çox sevinirdik, bizim heç vaxt bu qədər pulumuz olmamışdı. Bunlar hamısı Hüseyn müəllimin bizə olan ehtiramının nəticəsi idi.

Alim Qasımov və qonaqlar gedəndən 2 ay sonra bizi Səfirliyə çağırdılar və dedilər ki, evimizə gələn həmin azərbaycanlılar bizim üçün ev hədiyyə edib. Əvvəlcə inanmadıq. Belə bir möcüzənin nə vaxtsa baş verəcəyinə inanmırdıq...

Sanki nağıla düşmüşdük. İnana bilmirdik ki, bizim də hamamız, mətbəximiz var. Anam elə hey otaqları gəzib sevinirdi. Yeni evimizdə təzəcə rahat yaşamağa başlamışdıq ki, anam xəstələndi. Maddi vəziyyətimiz ucbatından  anamı xəstəxanaya apara bilmədim. Yalvarırdım ki, ana, özüm sənə baxacam, kömək edəcəm, gecə -gündüz işləyəcəm. Maddi ehtiyac üzündən xəstəliyini gizlədirdi, xəstəxanaya getmək istəmirdi. Xəstəliyi dərinləşəndən sonra onu şəhər xəstəxanasına yerləşdirməyə məcbur oldum.


Və əlacsız qalıb yenə bu ağır anda Səfirliyi köməyə çağırdım. Səfirliyin işçisi gəlib, Hüseyn müəllimin yardımını bizə çatdırdı. Daşkənddəki azərbaycanlı iş adamı Nazim müəllim yanımızda gəldi, lakin anamı xilas edə bilmədik. 

2019-cu il iyun ayının 7-də anam “Vətən”- deyib həsrətlə bu dünyadan köçdü. Son sözü də bu oldu ki, mənim minnətdarlığımı Aidaya çatdırarsan. Anam dedi ki, dünyadan rahat köçürəm, indi sizin yaşamağa öz eviniz var. İndi isə mən rahatam ki, anamın sözünü sizə çatdırdım. Azərbaycan Səfirliyi və Daşkənddəki azərbaycanlılar anamı çox böyük hörmətlə dəfn etdilər”.

 
- Tanrı Fatma ananın yerini behişt etsin, Nərgiz xanım. İndi Daşkənddə böyük qardaşınız Fariz və siz öz ailənizlə yaşayırsınız. Fatma xanım Şamaxını istəyirdi, bəs siz necə?

 

- Anam bu həyatda çox arzularına çatmadı. Baba yurdunu görmək, bizə də o yerləri göstərmək istəyirdi. Səfirliyin  dəstəyi ilə bizim sənədlərimiz hazırlanır. Çünki indi evimiz olduğuna görə 1 ildən sonra  mənə vətəndaşlıq verəcəklər. Ömrümün böyük hissəsini burada yaşamışam. Anamın vəsiyyətinə uyğun olaraq gəlib ulu  babamızın məzarını ziyarət etmək istəyərik...”.

 

Seyid Fatma xanım bu dünyadan nigaran köçdü. Həsrətli köçdü. Düşünəndə ki, onun arzusunun həyata keçməsinə hansısa ambisiyas özündən yüksək olan bürokratlar mane olub, deməyə söz tapmırsan. Ancaq ki, bir insanı gözü yaşlı qoyan, vətən həsrətində dünyadan köçməsinə səbəb olanlar, siz bu dünyada necə yaşayırsınız? Bilirsinizmi ki, bu böyük günahınıza görə Tanrı qarşısında cavab verəcəksiniz.

 

Sonda məsələ ilə bağlı Azərbaycanın Özbəkistandakı səfirliyinin kiçik arayışını diqqətinizə çatdırırq.
 

Seyid Əzim Şirvaninin nəticəsi Özbəkistanda ev ilə təmin olundu. Bildiyimiz kimi görkəmli Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin nəticəsi Fatma Əminağa qızı Quliyeva uzun illərdir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayır. O, 1941-ci ilin fevral ayında Türkmənistanın Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Anasının anası Seyid Əzimin doğma qızı Seyid Fatma olub. Qeyd edək ki, 77 yaşlı Fatma Quliyeva vətəndaşlığı olmadan Daşkənd şəhərində yaşayış üçün acınacaqlı olan və şəraiti olmayan bir yataqxanada ehtiyac içində ömür sürür. Fatma Quliyeva Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə müraciət edərək, səfirlikdən dəstək xahiş etmiş, hətta Azərbaycana qayıdaraq, vətəndaşlıq alaraq öz ata yurdunda həyatını davam etmək istədiyini bildirib.

 

Lakin dəfələrlə Səfirlik Azərbaycanın aidiyyatı qurumlarına müraciət etsə də məsələ ilə əlaqədar müsbət cavab ala bilməyib. Fatma Quliyevanın həyat şəraitinin acınacaqlı olması, habelə onun yaşlanması və bu vəziyyətin davam etməsi Səfir Hüseyn Quliyevi azərbaycanlı iş adamlarına müraciət etmək məcburiyyətində qoyub...

 

Aida EYVAZLI

loading...
2 min məhkum həbsxanadan qaçdı, komendant saatı elan edildi...
Baş nazir canlı yayımda qorxu dolu anlar yaşadı - VİDEO
Sevgilisi ilə yaxalanan qadın oğlunu öldürdü - DƏHŞƏT...
"Görsənir ki, quldur Nikolun başı tam əzilməyincə yerində sakit oturmayacaq..."
Düşmənin atıb-qaçdığı, məhv edilən hərbi texnikalarının görüntülərini yayıldı - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
Azərbaycan əsgərinin türk dronları ilə erməni ordusuna çəkdiyi dağ: İrəvan NATO-ya yalvarır
Dünya
Xəstəxana dəhlizləri cəsədlə doldu QORXUNC GÖRÜNTÜ...+ VİDEO
Cəmiyyət
"Bizim Qarabağ üçün duetimiz həmişə hazırdır..."
Maraqlı
Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular...
Cəmiyyət
“Döyüş meydanında şərtlər bizim lehimizədir və bu bizim diplomatik masada da əlimizi ciddi şəkildə gücləndirir...”

Yazar
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
Prezident fransız aparıcının “Nə qədər türk dronunuz var?” sualına gülərək cavab verdi: “Kifayət qədərdi...”
“Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə ölümcül yaralanmışdım...” - Xalq artisti
“Bakı Ermənistana zərbə vursa belə, Rusiya İrəvanı müdafiə etməyəcək”- Perenciyev
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
30 illik işğala son qoymaq üçün savaşan Şanlı Ordumuza 30 tonluq tibbi yardım... - FOTOLAR
Atası azərbaycanlı olan xain separatçı generalın doğulduğu kənd də azad edildi...
Ermənilər hazırkı hərbi itkilərinə görə Xocalı qatilinin yaxasından yapışdı...
Azərbaycan Ordusu Gəncənin qisasını belə aldı - VİDEO
“Babam əsir düşməmək üçün özünü partlatdı, nənəmi vəhşicəsinə öldürdülər...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247