Qəzet yazır ki, AXPO korrupsiyalaşmış Azərbaycanda qaz nəqli layihəsinə milyonlarla frank vəsait yatırır. Bu üzdən artıq İsveçrə parlamenti də şirkətin fəaliyyətinin xalqın maraqlarına nə dərəcədə uyğun olub-olmadığını araşdırmağa başlayıb. Araşdırmalar Azərbaycanla bağlı investisiyaların riskli olduğunu üzə çıxarıb. Məsələn, AXPO-nun İsveçrənin şimal kantonlarındakı (“kanton” İsveçrədə inzibati ərazi vahididir ”“ red.) şəbəkələri vasitəsilə Azərbaycandaki layihələrə milyardlarla frank pul ötürülə bilər: “Söhbət o ölkədən gedir ki, Transparency İnternational təşkilatının korrupsiya cədvəlində 176 ölkə arasında 139-cudur. AXPO Norveçin Statoil və Almaniyanın EON şirkətləri ilə birlikdə 870 km uzunluğunda Transadriatik boru xəttini inşa etmək istəyir. 2019-cu ildən başlayaraq bu kəmər Yunanıstan vasitəsilə hər il İtaliyanın cənubuna ildə 10 milyard kibmetr qaz ötürməlidir. Bununla da AXPO özünün İtaliyadakı qaz elektrik stansiyalarını daha ucuz xərclə istismar etmək istəyir. Amma solçu deputatlar bu biznesi riskli hesab edirlər. Onların fikrincə, boru kəmərinin inşası xərcləri nəzarətdən çıxa bilər” (Avropa.info).