İyunun 20-i saat 20:44 radələrində Bakı-Qazax avtomagistralının 320-ci kilometrliyində Yevlax rayonun Aran qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Belə ki, Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Qasımov Elvin İlqar oğlu idarə etdiyi “Mersedes” markalı avtomobillə sürət həddini aşaraq “Kamaz” markalı yük avtomobilini keçmək istəyərkən qəza törədib. İdarəetməni tənzimləyə bilməyən sürücü yolu keçmək istəyən iki piyadanı vurub.
Hal şahidi Ramiz Məmmədovun Moderator.az-ın əməkdaşına bildirib ki, onlardan biri zərbənin gücündən yolun əks istiqamətinə düşüb. Sonra özünü itirən sürücü maşını yolunun kənarına çəkmək istəyib və bu zaman oradakı mal-qara sürüsünün içərisinə girib. Nəticədə 10 başa yaxın iri buynuzlu mal-qara tələf olub. Həmçinin, olay zamanı insident də baş verib. Lakin Yol Patrul Xidmətinin əməkdaşlarının müdaxiləsi zamanı tərəfləri qismən sakitləşdirmək mümkün olub.
Bir neçə dəqiqədən sonra əraziyə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Yevlax rayon Regional məntəqəsinin briqadası gəlib. Piyadalardan biri Yevlax rayonunun Aran qəsəbəsində məskunlaşan Kəlbəcər rayonundan məcburi köçkün olan 1962-ci il təvəllüdlü Quliyev Famil Mirzə oğlu və sürücü Qasımov Elvin İlqar oğlu Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının Yevlax Rayon Regional məntəqəsinə yerləşdiriliblər. Digər piyadanın xəsarətləri isə yüngül olduğundan ona elə yerindəcə tibbin yardım göstərilib və evə buraxılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq qrupu tərəfindən araşdırma aparılır.
- TƏFƏRRÜAT+FOTO+VİDEO" src="//old.moderator.az/fotobaza/original/34.jpg">- TƏFƏRRÜAT+FOTO+VİDEO" src="//old.moderator.az/fotobaza/original/36.jpg">