Xəbər lenti
29/01/2020 [09:21]:
Düşmən Laçında daha iki SES-in  tikintisinə başladı...-FOTOLAR
29/01/2020 [09:15]:
ABŞ İranın hücum etdiyi bazadakı yaralıların sayı barədə yeni rəqəm açıqladı
29/01/2020 [08:42]:
Əli  ingilis qadını  intihardan xilas etdi-İbrətamiz...-FOTO
29/01/2020 [07:42]:
"Əsl müsəlman gördüyü işə görə təriflənməyi sevməz...”
29/01/2020 [01:13]:
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
29/01/2020 [00:37]:
Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
29/01/2020 [00:29]:
Kobi ilə xanımının gizli helikopter razılaşması - FOTOLAR
29/01/2020 [00:25]:
Bakıda keçirilən futbol matçında dava, hakim döyüldü - VİDEO
29/01/2020 [00:22]:
Fələstin rəhbəri: "Qüds satılmır!"
29/01/2020 [00:18]:
Türkiyə klubu zəlzələyə görə dağılır
29/01/2020 [00:07]:
Qənirə Paşayeva Tovuzun Abulbəyli kəndində yüzlərlə seçici ilə görüşüb - FOTOLAR
29/01/2020 [00:00]:
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
28/01/2020 [23:35]:
Azərbaycanın “Avroviziya”dakı rəqibləri bəlli oldu - FOTO
28/01/2020 [23:32]:
Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
28/01/2020 [23:10]:
“Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik”
28/01/2020 [23:07]:
Balakəndə maşın yeniyetməni vuraraq öldürüb
28/01/2020 [22:35]:
Zəlzələ Yunanıstanı da silkələdi
28/01/2020 [22:25]:
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
28/01/2020 [22:22]:
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO
28/01/2020 [22:18]:
ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq
28/01/2020 [22:17]:
Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”
28/01/2020 [22:13]:
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
28/01/2020 [21:59]:
Ordu ruhu...
28/01/2020 [21:38]:
Tramp: "İsrail fələstinlilərlə sülhə böyük addım atır”
28/01/2020 [21:37]:
“Ayətullah Amili kimdir ki, bizim Xarici İşlər Nazirliyi ona cavab versin..?”
28/01/2020 [21:26]:
Türkiyədə qadın qısqanc ərini çəkiclə öldürdü
28/01/2020 [21:25]:
"Hələlik bu virusun çarəsinin olmadığını demək düzgün olar..."
28/01/2020 [21:16]:
Pakistanda güclü partlayış - VİDEO
28/01/2020 [21:09]:
Türkiyədə 5.4 bal gücündə zəlzələ olub
28/01/2020 [21:03]:
Azay Quliyev İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrinin seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [20:33]:
İsrailin Baş naziri özünün toxunulmazlıq hüququnu ləğv etdi
28/01/2020 [20:32]:
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
28/01/2020 [20:19]:
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
28/01/2020 [20:13]:
Əsəd rejimi İdlibin ən böyük mahalı mühasirəyə aldı
28/01/2020 [20:10]:
Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim...” – VİDEO
28/01/2020 [20:04]:
Ölkə tarixində bir ilk: Yad kişi ilə yaxalanan qadın bu şəkildə cəzalandırıldı...+ VİDEO
28/01/2020 [19:53]:
Bakı şəhər BPİ ötən il baş vermiş bəzi dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO
28/01/2020 [19:51]:
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
28/01/2020 [19:37]:
Rusiyada deputat və həyat yoldaşı öldürülüb
28/01/2020 [19:24]:
Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu
28/01/2020 [19:14]:
Hafiz Haciyev Çaylı, Dozular, Pənahlılar kəndində kənd sakinləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:10]:
Əminə Ərdoğan Afrika ölkəsində  yeni məscid və məktəb açdırdı...-FOTO
28/01/2020 [19:06]:
Koronavirusun yayılmasının pik həddi nə vaxt olacaq?
28/01/2020 [19:03]:
"Xanımın işə gedibsə, gedək, parkda gəzək" - VİDEO
28/01/2020 [19:01]:
Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:00]:
Süleymanini vuran amerikalı öldürüldü - Şok
28/01/2020 [18:54]:
“Gürcüstan və Azərbaycanın gələcək potensialı Qafqaz üçün əhəmiyyətli olacaq”
28/01/2020 [18:51]:
Nərminin nənəsindən sensasion açıqlama: “Qızımla kürəkənim günahkardır, İlkin isə…”
28/01/2020 [18:29]:
Oqtay Gülalıyevin oğlu atasının vəziyyətindən danışdı
28/01/2020 [18:24]:
Yevlaxda qadın kanalda batıb - YENİLƏNİB
28/01/2020 [18:24]:
Əli Məsimli seçicilərlə növbəti görüşünü keçirib
28/01/2020 [18:22]:
Fərhad Abdullayev: “Ötən il Konstitusiya Məhkəməsinə 2850 şikayət daxil olub”
28/01/2020 [18:03]:
Rusiyada ərinin qətlini hazırlayan deputat tutuldu - VİDEO
28/01/2020 [17:58]:
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
28/01/2020 [17:46]:
Paşinyan gözlənilmədən Kəlbəcərə gəldi – FOTOLAR
28/01/2020 [17:42]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28/01/2020 [17:41]:
Paşinyan Azərbaycanda hərbçilər üçün yaşayış kompleksinin açılışında oldu...-FOTOLAR
28/01/2020 [17:35]:
İlham Əliyev: "Prezident Administrasiyasında yeni insanlar lazımdır"
28/01/2020 [17:25]:
Bülənt Ərsoya 100 minlik üzük bağışlayan azərbaycanlı xanımın kimliyi bilindi -FOTOLAR
28/01/2020 [17:14]:
Türkiyədə 4.8 bal gücündə zəlzələ oldu
28/01/2020 [17:14]:
Moderator.az yazdı, nazirlik oğurluq hadisəsini nəzarətə götürdü...
28/01/2020 [17:08]:
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi: Koronavirusla bağlı
28/01/2020 [17:07]:
Çindən bəzi malların Azərbaycana gətirilməsinə qadağa qoyuldu - RƏSMİ
28/01/2020 [16:43]:
Su sayğaclarını oğurlayanlar yaxalandılar
28/01/2020 [16:37]:
İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər
28/01/2020 [16:33]:
Türkiyə yenə silkələndi
28/01/2020 [16:21]:
Azərbaycanda koronavirus şübhəsi olan xəstə aşkarlanıb? - AÇIQLAMA
28/01/2020 [16:13]:
Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir açıqlama verdi
28/01/2020 [16:10]:
Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək
28/01/2020 [16:04]:
Prezident koronavirusla bağlı tapşırıq verdi
28/01/2020 [16:02]:
Xırdalan dairəsi necə olacaq?
28/01/2020 [15:57]:
“Küçəyə çıxmaq qadağandır” - Çindəki səfirimiz tələbələrdən danışdı
28/01/2020 [15:53]:
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir - FOTO
28/01/2020 [15:48]:
Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı
28/01/2020 [15:44]:
İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı -Koronavirusa görə
28/01/2020 [15:41]:
Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI
28/01/2020 [15:37]:
Koronavirusdan qorunmaq üçün 4 MƏSLƏHƏT
28/01/2020 [15:35]:
Yaşa görə pensiya hüququ qazana bilmək üçün lazım olan şərtlər - Rayonlar üzrə
28/01/2020 [15:25]:
Əlisahib Hüseynov Sumqayıt şəhərində məcburi köçkünlərlə görüşüb
28/01/2020 [15:11]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ)
Bütün arxiv bir sırada
05/06/2018 [14:28] - Ədəbiyyat - ( 2177 dəfə baxılıb)

Sevərək yaşayanların sonu



Unudulmaz şairimiz, böyük söz ustadı Vaqif Səmədoğlunun xatirəsinə ithaf

 

“Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada...”

 

“Dünyanın bir yazı, bir qışı vardır,

hər yolun bir sonu, bir başı vardır.

Hər aşkın sonunda göz yaşı vardır,

axıb damla-damla, sel olub gedir…”

 

Çox sevdiyim bu türk şərqisini dinləyəndə nədənsə xəyal məni 90-cı illərin əvvəllərinə aparır. O illər yəqin ki, mənim və mənim yaşıdlarım üçün yolların başlanğıcı sayıla bilər.

 

O illərdə jurnalist olmaq arzusu ilə Bakı Dövlət Universitetində təhsili alırdım. Qəzetlərə, jurnallara məqalələr, televiziyaya ssenarilər yazırdım. Ən əsası isə, Azərbaycan radiosunun gənclik redaksiyası tərəfindən təqdim olunan bir neçə verilişin ssenari müəllifi və aparıcısı idim. Yazıçı Mövlud Süleymanlı, publisist İntiqam Mehdizadə və tanınmış şair Oktay Şamil (məşhur “Sevgimiz elə bu qədərmiş...” mahnısının sözləri də ona məxsusdur) radio ilə əməkdaşlıq edən bütün gənclərə, o cümlədən də mənə qayğı ilə yanaşır, bilmədiklərimizi öyrədir, yazı üslubumuzun rəvan olmasına, bir sözlə, peşəkar jurnalist kimi püxtələşməyimizə yardımlarını əsirgəmirdilər. Verilişin redaktoru Oktay müəllim bir dəfə mənə Vaqif Səmədoğludan müsahibə götürməyi tapşırdı və suallarımın tərtib olunmasında da öz dəyərli məsləhətlərini verdi. Ardınca da Vaqif müəllimin ev nömrəsini verib, “özün danış, görüş yeri təyin eləyin”-dedi.

 

Yaradıcılığını sevdiyim bu böyük söz ustadı ilə görüşəcəyimə görə hədsiz sevinir, bir az da həyəcanlanırdım. Zəng vurdum, dəstəyi özü götürdü, mehriban səsi, aram-aram danışığı ilə mənə folklorumuzdan gələn müdrik ağsaqqaları xatırlatdı. Baxmayaraq ki, həmin vaxt hələ ömrünün orta çağlarını yaşayırdı.

 

Məni böyük məmnuniyyətlə Hökumət evi ilə üzbəüz yerləşən hündürmərtəbəli binadakı mənzilinə dəvət etdi. Yubanmadan nişan verdiyi ünvana getdim. Olduqca səmimi qarşıladı. Mənzilində tək-tənha idi, pəncərəni taybatay açıq qoyduğundan külək pərdələri fırtınalı dənizdə üzən qayığın yelkəni kimi bu yandan o yana, o yandan da bu yana əsidirirdi. Yazın sonuncu ayı idi, hava elə də istilənməmişdi hələ. Açıq pəncərəyə baxdığımı görüncə “pəncərə bağlı olanda nəsə ürəyim sıxılır, ona görə açmışam”-dedi və sifətinə saf uşaq təbəssümü qondu… Şairə ilk sualım indiki kimi yaddaşımdadı : "R.Rövşən sizə ithaf etdiyi bir şeirində "canavar da gözəl idi dünyanın gözəl vaxtında..." yazır. Sizcə, dünyanın gözəl vaxtı olubmu?" Vaqif məllim azacıq nəfəs dərib, "əlbəttə, dünyanın çox gözəl vaxtları olub"- deyə aram-aram öz arqumentlərini sadlamağa başladı. Beləcə, sual suala calandı və mən 2 saatlıq müsahibənin başa çatmasından yalnız reportyor aparatındakı kasetin dolub dayanması ilə xəbər tutdum. ..

 

Ayrılanda “növbəti müsahibəyədək” desəm də, tale elə gətirdi ki, bu mənim Vaqif Səmədoğlu ilə ilk və son müsahibəm oldu. Vaqif müəllim yaradıcılıq baxımdan zəngin və bənzərsiz olduğu kimi, şəxsiyyət baxımından da çox zəngin, bənzərsiz və böyük idi… Oktay müəllim mənə belə bir sual verməyi də məsləhət görmüşdü: "Vaqif müəllim, yazırsınız ki, Allah, məni yarı öldür, yarı saxla ağlamağa.... Ölüm mövzusu nədən bu qədər yaxındır sizə?" Təbii ki, o sualı da ünvanladım, özünəməxsus şəkildə də cavablandırdı, bu mövzunun ona dogma və çox yaxın olması səbəblərini anlatmağa çalışdı, “hər birimizi Allah yaradıb və şübhəsiz ki, hər birimiz sonda onun hüzüruna dönəcəyik” dedi. Və əlavə etdi: “Sadəcə, bir az geci-tezi var..”

 

Sanki Allah Vaqif Səmədoğlunun illər öncə ona etdiyi yalvarışı- “Allah, məni yarı öldür, yarı saxla ağlamağa” yalvarışını eşidibmiş...

 

Qədərdən kim qaça bilib ki... Təskinlik bircə budur ki, atası Səməd Vurğunun yazdığı kimi, sevərək yaşayanların hamısının sonu eyni olur. Onlar şirin bir xatirəyə dönərək, ölməzlik zirvəsində yaşayırlar. Özü də dünya durduqca…

 

Əmrah Fəqanoğlu

 

Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
Kriminal
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
Cəmiyyət
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
Cəmiyyət
Moderator.az yazdı, nazirlik oğurluq hadisəsini nəzarətə götürdü...
İqtisadiyyat
“Koronavirusun Azərbaycan üçün ciddi iqtsiadi problemə səbəb olacağına inanmıram”
Həftənin ən çox oxunanları
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim, bundan sonra bir daha..."
Putin İsrailə 5  uçaq və 200 nəfərlik heyətlə gəldi...-FOTOLAR+VİDEO
“Rusiyanın aprel döyüşlərində bizə heç bir köməyi dəymədi” – Bu dəfə Kremlin haqqı yeyildi...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247