Xəbər lenti
18/10/2019 [20:31]:
“Ronaldu məni əsgər salamı ilə qarşıladı”
18/10/2019 [20:29]:
Ata övladını xilas etmək üçün özünü avtobusun altına atdı - VİDEO
18/10/2019 [19:52]:
"Mənim könlümü bir çiçəklə də ovsunlamaq olar..."
18/10/2019 [19:50]:
Məleykə Əsədova: “Gənc qızları psixoloqa göndərin” - VİDEO
18/10/2019 [19:48]:
Rayon başçısı Kamilov pambıqçını döyür və iyrənc söyüşlər yağdırır...- "Prezident plana görə anamı ağladacaq..."
18/10/2019 [19:42]:
Ərdoğan bu böhrandan zəfərlə çıxdı - Rusiya mediası
18/10/2019 [19:41]:
ABŞ-dan Şuşadakı erməni tələbələrə təqaüd göndəriləcək...
18/10/2019 [19:41]:
Mübariz Mənsimov gitarada çalıb oxudu - VİDEO
18/10/2019 [19:37]:
Əliməmməd Nuriyev: “19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...”
18/10/2019 [19:36]:
Təxirə salınan “El-Klasiko”nun vaxtı müəyyənləşib
18/10/2019 [19:32]:
Əhaliyə şad xəbər: Maaş artımı üçün dörd milyard manat ayrılacaq
18/10/2019 [19:31]:
Azərbaycan hərbi xərclərini artırır
18/10/2019 [19:30]:
Xərçəng xəstəliyi ilə mübarizə üçün 46,4 milyon manat ayrılacaq
18/10/2019 [19:18]:
Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri DGKA-da olub
18/10/2019 [19:12]:
Arxangelskdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olundu
18/10/2019 [19:05]:
Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı
18/10/2019 [18:58]:
Ərdoğandan Əsədlə bağlı inanılmaz sözlər: “Ailəvi yaxın idik...”
18/10/2019 [18:56]:
Sinqapurda ilk dəfə Azərbaycanın turizm potensialı təbliğ edilib
18/10/2019 [18:54]:
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlandı
18/10/2019 [18:52]:
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb
18/10/2019 [18:51]:
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
18/10/2019 [18:51]:
Gələn il 39 rayon xərclərini özü təmin edəcək
18/10/2019 [18:18]:
VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilib - FOTOLAR
18/10/2019 [18:17]:
Rövşən Rzayev ilin sonunadək mənzillə təmin olunacaq məcburi köçkünlərin sayını açıqlayıb
18/10/2019 [18:12]:
"Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək"
18/10/2019 [18:10]:
Azərbaycanın xarici dövlət borcu - 8,9 milyard ABŞ dolları
18/10/2019 [18:09]:
"O, siyasətdən heç vaxt getməyib və ölkədəki proseslər həmişə onun diqqət mərkəzində olub"
18/10/2019 [18:08]:
Azərbaycan 2020-ci ildə Rusiyaya avtomobil ixrac edəcək
18/10/2019 [17:53]:
Xalq artisti: “Röyanı stolu təmizləyəndə tanıdım”
18/10/2019 [17:50]:
Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir
18/10/2019 [17:49]:
"Qaçqınkom"a Sumqayıtda 20 hektara yaxın yeni ərazi ayrılıb
18/10/2019 [17:46]:
Azərbaycanda dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırılıb
18/10/2019 [17:45]:
“Keçmiş sovet respublikaları içərisində ən çətin müstəqillik Azərbaycana nəsib olub”
18/10/2019 [17:43]:
Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
18/10/2019 [17:40]:
"Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir"
18/10/2019 [17:40]:
İlham Əliyev görüş keçirdi - FOTO
18/10/2019 [17:38]:
Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq
18/10/2019 [17:37]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
18/10/2019 [17:36]:
Səhiyyə sahəsinə ayrılan vəsait artırılır
18/10/2019 [17:34]:
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərinin sərgi-satış yarmarkası keçirildi
18/10/2019 [17:26]:
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
18/10/2019 [17:25]:
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
18/10/2019 [17:22]:
“İlham Əliyevlə Mehriban xanımın bu ölkə üçün çox böyük xidmətləri var”- Türkiyəli diplomat
18/10/2019 [17:19]:
Prezident “ASAN xidmət”ə 20 milyon manat ayırdı
18/10/2019 [17:18]:
Təyyarəyə gecikən sərnişin əsəbindən kompüterləri sındırdı - FOTO
18/10/2019 [17:15]:
“Mənim bir villamın və avtomobilimin olması nə böyük şeydi ki?...”
18/10/2019 [17:08]:
"Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur"
18/10/2019 [17:00]:
Prezident İlham Əliyev: "Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır"
18/10/2019 [16:54]:
Ledi Qaqa fanatının qucağından yerə yıxıldı - VİDEO
18/10/2019 [16:49]:
Əfqanıstanda məscidə raket atdılar - 31 ölü, 50-yə yaxın yaralı
18/10/2019 [16:46]:
Türkiyə ordusunun “Barış Pınarı” hərəkatında itkiləri açıqlanıb
18/10/2019 [16:42]:
İlham Əliyev onları təltif etdi - SİYAHI
18/10/2019 [16:40]:
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib
18/10/2019 [16:37]:
Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib
18/10/2019 [16:22]:
Mətbuat Şurası Prezidentin iradları ilə bağlı iclas çağırdı
18/10/2019 [16:17]:
Türkiyəyə qarşı vuruşan erməni ata və qızı – FOTO
18/10/2019 [16:16]:
Ərdoğan: "Terrorçular Suriyanın şimalını tərk etməyə başlayıb"
18/10/2019 [16:12]:
"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib
18/10/2019 [16:09]:
Məşhur aktrisa: "Yaşlı, əxlaqsız qadın obrazı canlandırmaq istərdim"
18/10/2019 [16:05]:
ABŞ-la Türkiyənin anlaşması - müttəfiqliyə davam - ŞƏRH
18/10/2019 [15:12]:
“Silahlı Qüvvələrin gücünə söykənməyən müstəqiliyin ömrü heç vaxt uzun ola bilməz”
18/10/2019 [14:52]:
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18/10/2019 [14:49]:
“Günü sabah, biri gün o yerlərimizə qayıtmaq istəyirəm...”
18/10/2019 [14:43]:
"Narkotikdən istifadə ilə bağlı qadağalar effekt vermir"
18/10/2019 [14:38]:
Prezident Rövşən Rzayevi qəbul edib - FOTO
18/10/2019 [14:37]:
Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər”
18/10/2019 [14:28]:
Siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edəcək üzv müəyyənləşəcək
18/10/2019 [14:25]:
Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə
18/10/2019 [14:24]:
Azərbaycanda beş nəfər dərmandan zəhərləndi
18/10/2019 [14:23]:
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
18/10/2019 [14:21]:
“Maşın” şounun iştirakçısının dəbdəbəli evi – VİDEO
18/10/2019 [14:19]:
“Müstəqil ölkəni yaltaqlar deyil,  müstəqil əqidəli vətəndaşlar qurmalıdır...”
18/10/2019 [14:18]:
Çavuşoğlu ilə NATO baş katibi arasında telefon danışığı oldu
18/10/2019 [14:16]:
"Mən heç kimin çörəyinə bais olan adam deyiləm, “tak çto” narahat olmasınlar..."
18/10/2019 [14:04]:
“Cinayətkar” pişik “həbsdən qaçdı”, narkomafiyanı xilas etdi... – Polis nə edəcəyini bilmir...
18/10/2019 [13:36]:
Tramp yenə dilini dinc qoymadı, Ankaraya sataşdı - "Bəzən uşaqların dalaşmasına icazə vermək lazımdır..."
18/10/2019 [13:32]:
Samiraldo cavanlıqdakı məsum fotosunu paylaşdı
18/10/2019 [13:30]:
“Qızımın vəsaiti var idi, ev almaq istəyirdi, amma o pulla sığınacağı tikirik...”
18/10/2019 [13:30]:
Şənbə günü yağış yağacaq
18/10/2019 [12:59]:
“Başı bağlı qadınlar Sibel Cana əl çalır...” - VİDEO
Bütün arxiv bir sırada
30/04/2018 [21:06] - Köşə - ( 5817 dəfə baxılıb)

"Yaltaqlıq saray əxlaqının bir elementi və “dadlı zəhər” kimi uzun əsrlər boyu içimizdə yaşayıb"

Qulu Məhərrəmli

Bir ölkədə yaltaqlığın qazancı dürüstlüyün qazancından artıq
olarsa, həmin ölkə batar...
Şarl Lui Monteskyö

Yurdu bürümüş qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq!!
Hüseyn Cavid

“Yaltaq” sözünü oxuyan kimi, təbii ki, dərhal xəyalınıza tanıdığınız, ekranlarda gördüyünüz yaltaq sifətlər gələcək. Gözünüzün önündən öz işinin xatiri üçün alçalaraq yalan danışan, kiminsə şəninə təmənnalı təriflər deyən, utanmadan həqiqəti təhrif edən, xüsusən vəzifəli şəxslərin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxan bir xeyli yaltaq adam gəlib keçəcək. Əlbəttə, bu məsələdə fantaziyaya xüsusi güc verməyə gərək yoxdur, bədbəxtlikdən indi yaltaqların sayı o qədər çoxalıb ki, sanki gözümüzün qabağında qaynaşırlar. İş yerində, qonşuda, televiziya ekranlarında, sosial şəbəkələrdə, demək olar ki, hər gün rəngarəng yaltaqlara, üzü bu yolda bərkimiş vücudlara rast gəlirik.

Təbii ki, bütün normal insanlarda ikrah hissi doğuran ən peşəkar yaltaq da sözün mənfi yükünə görə özünü bu əməlin sahibi hesab eləmir. Amma hara qaçsan da, bu hərəkətin adı “yaltaq” kəlməsində həkk olunub. Bütün sözlüklərdə, o cümlədən Azərbaycan dilinin izahlı lüğətində də “yaltaqlığ”ın mükəmməl izahı verilib, bu əməl “öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmə, onu riyakarcasına tərifləmə” kimi səciyyələndirilib. Yəni hörmətli Tağı müəllim demişkən, burada burcutmağa yer yoxdur: sən şəxsi maraq güdərək nəyisə və kimisə yalandan tərifləyirsənsə, onu layiq olmadığı şəkildə öyürsənsə, öz təmənnan üçün həqiqəti tapdalayıb riyakarlıq edirsənsə, YALTAQSAN!
* * *

Azərbaycan cəmiyyəti üçün yaltaqlıq yeni şey deyil, məşhur “Şərq yaltaqlığının” bir qolu kimi hələ qədimdən insanların şüuruna və psixologiyasına hopub. Yaltaqlıq saray əxlaqının bir elementi və “dadlı zəhər” kimi uzun əsrlər boyu içimizdə yaşayıb. Sovet dövründə də bu, çoxlarının çörək ağacı olub. Amma müstəqillik illərində yaltaqlıq bizdə görünməmiş bir miqyas alıb. Bəlkə onun “çiçəklənməsi” üçün daha əlverişli şərait yaranıb, bəlkə yayım vasitələri çoxaldığından indi yaltaqlıq və onun “naibləri” daha çox gözə girir.Təbii, bunun səbəblərini hərə bir cür yoza bilər, amma danılmaz faktdır ki, yaltaqlıq cəmiyyətdə təhlükəli sosial bəlaya çevrilib və əxlaqı ciddi şəkildə zədələməkdə davam edir.

Hərdən adama elə gəlir ki, bu gün bütün sahələrdə — mediada, təhsildə, mədəniyyətdə, siyasətdə və s. əməlli-başlı yaltaqlar ordusu yetişib. Görün, ətrafımızda çörəyi yaltaqlıqdan çıxan, ictimai sferada təlxəyə çevrilmiş nə qədər zəhlətökən yaltaq sürüsü var. Aralarında akademikdən tutmuş müəllimə kimi ütülü danışan oxumuşa da, xüsusi istedad və fəhmlə nitq irad edən təhsilsiz pambıqçıya da də rast gələrsiniz. Təbii ki, savadı olan, necə deyərlər “intellektual yaltaqlar” daha qorxuludur, çünki onlar bəzən mötəbər görünərək adamları, qısa müddətə olsa da, yalanlara inandıra bilirlər. Bunlar bir parça çörək və mənsəb üçün və ya sahib olduqlarını əllərində saxlamaq naminə nə oyundan çıxır, hansı yalanları uydurur, həqiqəti necə tapdalayır, ana dilimizin ən gözəl və ülvi sözlərinə necə divan tuturlar-bunu bir Allah bilir.

Şübhəsiz ki, yalmanaraq tikə qazanmağa, mövqeyini qorumağa çalışan yaltaq adam əxlaqsız, ikiüzlü, hiyləgər, əsl buqəlamundur. İslam peyğəmbəri “yaltaqların gözünə torpaq sovurun” deyə cəmiyyəti bu adamlardan uzaq durmağa çağırırdı. Çünki bu adamlar ictimai mühit üçün təhlükədir, sağlam düşüncə və əxlaq üçün qrip virusu qədər qorxuludur. Bu yerdə insanlıq adına ləkə olan həmin çağdaş yaltaqları “vəsf” edən böyük şairimiz Musa Yaqubun misraları yadıma düşür:

Yalmana-yalmana tikə qazanan,
Ah, bu it payına ortaq adamlar!
Tülküyə ayrılmış ruzudan yeyir,
Bu hiylə adamlar, yaltaq adamlar.

Bəli, əxlaqı ayaqlar altına salan yaltaqlar o kəslərdir ki, umacaqlı gözləri həmişə yalandan tərif etdikləri ixtiyar sahiblərinin süfrəsindədir. Həmin umacaq onlar üçün həyat və yaşayış stimuludur, onun xatirinə utanmadan hər cür alçaqlığa və yaramazlığa getməyə hazırdırlar. Yəni bu adamlar vicdan və əxlaq sarıdan axsayanlardır, əslində onlar üçün heç əxlaq və abır-həya anlayışı da yoxdur. Olsaydı, zatən niyə yaltaqlıq edirdilər ki?!
* * *
Xalq arasında yaltaqlığın “ona-buna yarınmaq” kimi tutarlı adı var. Və bu yarınmaq birbaşa nəfsin təhriki ilə, qazanmaq üçün olur. İnsan ləyaqətini alçaldan bu üsulla qazanmaq əxlaqa zidd olduğundan normal cəmiyyətlərdə yaltaqlıqla əxlaq bir arada yaşaya bilmir. Çünki yaltaqlıq əxlaq və mənəviyyat üçün gizli düşməndir. Bu qorxulu düşmən yaşayarsa və cəmiyyəti idarə edənlər yaltaqlığa rəvac verib ondan zövq almağa başlayarlarsa, o zaman insan şərəfi və ləyaqət deyilən dəyər həmişə ayaqlar altında tapdalanar.

Sağlam cəmiyyət həmişə yaltaqlığa qarşı olub, çünki yalan və riyakarlıqdan qidalanan yaltaqlıq, ilk növbədə cəmiyyətin minillik dəyərlərinə və ictimai əxlaqa zərbə vurur. Yaltaqların tirajladığı yalanlar mahiyyət etibarilə beyinləri dumanlandıra, gerçəyi təhrif edə, insanları doğru yoldan azdıra bilir. İngilislərin dahi Şekspir qədər dəyər verdikləri Con Milton hələ XVII əsrdə “Mətbuat azadlığı” (“Areopagitika”) əsərində Britaniya parlamentinə müraciət edərək deyirdi ki, yerində olmayan tərif yaltaqlıqdır, şəxsi təmənna üçün yalan danışıb yaltaqlıq etmək, həm də ölkənin bu günü və gələcəyi üçün təhlükəlidir. Məncə, Miltonun bu xəbərdarlığı yaltaqlıq girdabında çabalayan bizim kimi cəmiyyətlər üçün hələ də öz aktuallığını saxlayır…(Ayna.az)

loading...
loading...
"Mənim könlümü bir çiçəklə də ovsunlamaq olar..."
“Bir çox insanlar islahatı qəbul edə bilmir və müqavimət göstərirlər..." - VİDEO
30 yaşından sonra bu qidaları yeməyin - HƏKİMLƏRDƏN XƏBƏRDARLIQ...
İstədiyi dərmanı yazmadığı üçün həkimin boğazını kəsdi
Şagirdlərinə göstərdiyi şey sosial mediada virus kimi yayıldı - MARAQLI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Təyyarəyə gecikən sərnişin əsəbindən kompüterləri sındırdı - FOTO
Şou-biznes
“Mənim bir villamın və avtomobilimin olması nə böyük şeydi ki?...”
Gündəm
“Silahlı Qüvvələrin gücünə söykənməyən müstəqiliyin ömrü heç vaxt uzun ola bilməz”
Şou-biznes
Samiraldo cavanlıqdakı məsum fotosunu paylaşdı
Cəmiyyət
“Qızımın vəsaiti var idi, ev almaq istəyirdi, amma o pulla sığınacağı tikirik...”
Həftənin ən çox oxunanları
Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
“Suriya ordusu türk ordusu ilə vuruşmayacaq, çünki...”
YPG-PKK komandirləri Türk ordusunun qarşısında ağlayırlar – VİDEO
"Maşın" şouda böyük rüşvət qalmaqalı - Rəqsanə inanılmaz VİDEO paylaşdı
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
Əlində qaşıq tuta bilmir, amma erməniyə diş qıcayır...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247