Füzuli Qurbanov akademik Ramiz Mehdiyevin məqaləsini strateji müstəvidə təhlil etdi
Oxunub: 6737
29 Oct 2015 | 13:33
Füzuli Qurbanov akademik Ramiz Mehdiyevin məqaləsini strateji müstəvidə təhlil etdi

Milli Dirçəliş Hərəkatı Partiyasından deputatlığa namizəd, fəlsəfə elmləri doktoru, professor Füzuli Qurbanov akademik Ramiz Mehdiyevin məqaləsinin strateji təhlilini qələmə alıb. Moderator.az-a daxil olan həmin məqaləni oxucuların diqqətinə çatdırırıq:


Akademik Ramiz Mehdiyevin yeni geosiyasi tezisləri və qarşıya qoyulan vəzifələr


Hazırda qlobal miqyasda çox ziddiyyətli, bəşəriyyəti narahat edən və çoxlu sayda ixtilaflarla müşaiyət olunan geosiyasi proseslər gedir. Onların proqnostik təhlili və çıxış yollarının axtarılması təxirəsalınmaz işə çevrilib. Azərbaycan Respublikası Prezidenti Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin dərc olunan “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” adlı məqaləsi bu səbəblərdən olduqca aktualdır. Filosof müasir qlobal geosiyasətin dərin və çox maraqlı təhlilini verməklə yanaşı, yeni tezislər də irəli sürür. Onları geosiyasi nəzəriyyələr üçün qiymətli müddəalar hesab etmək olar. Əhəmiyyətlidir ki, akademik həmin təhlillərə strateji proqnostik mövqedən məzmun verib və ölkəmiz üçün vacib olan bir sıra mühüm məqamlara aydınlıq gətirib. 

Müasir geosiyasətə real baxış: dünya nizamı və idarəedilən xaos

Dünya geosiyasətinin böhran mərhələsində olduğu artıq sirr deyil. Məşhur strateqlər, tanınmış analitiklər və bir çox mütəxəssislərin təhlilləri göstərir ki, bu prosesi inkar etmək deyil, dərindən öyrənib, bəşəriyyətin mövcudluğu naminə ədalətli nəticələr çıxarmaq zamanıdır. Akademik Ramiz Megdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” adlı məqaləsi bu kontekstdə strateji əhəmiyyət daşıyan və son dərəcə vacib bir analiz təsiri bağışlayır. Yazıda müəllif müasir dünyada müşahidə edilən mürəkkəb geosiyasi proseslərin dolğun və obyektiv mənzərəsini yaratmaqla yanaşı, dünya səviyyəsində təhlil verir, proqnostik xarakterli geosiyasi müddəalar irəli sürür. Bunu müasir geosiyasi nəzəriyyələrə çox qiymətli töhfə, azərbaycanlı filosofun gətirdiyi yenilik kimi qiymətləndirmək olar. Biz düşüncələrimizi həmin tezisin sübutu aspektində quracağıq.
Məqalədə keçən əsrin ikinci yarısından başlayaraq qlobal miqyasda özünü göstərən geosiyasi tendensiyaların təhlilinə geniş yer verilir. O dövrdə bir neçə geosiyasi-nəzəri modellər meydana gəldi. SSRİ-nin dağılması ilə dünya siyasətinin hansı məzmun və istiqamətdə inkişaf etdirilməsi kimi vacib bir problemin həllinə fərqli yanaşmalar özünü göstərdi. Qərbdə belə hesab etməyə başladılar ki, artıq yeganə düzgün ideologiya olan liberal demokratiyadan çıxış edərək qlobal miqyasda yeni geosiyasi nizam yaratmaq olar. Akademik R.Mehdiyev bu bağlılıqda F.Fukuyamanın məlum və məşhur fikrini misal kimi göstərməklə məsələnin mahiyyətini lakonik ifadə edib. Doğurdan da, müharibələr və çəkişmələr tarixinin sona yetdiyini iddia edən qərbli alimin fikrinin arxasında reallıqda başqa məqamlar dururmuş. Başda ABŞ olmaqla Qərb dövlətləri sadəcə müharibənin formasını dəyişməyi nəzərdə tutublarmış. Onlar bir neçə gəlişi gözəl, humanizm və ədalətə işarə edən terminlərin arxasında “gizlənərək” imperiya məqsədlərini reallaşdırmağa çalışıblar. Etiraf edək ki, bunu bir müddət ustalıq və bacarıqla həyata keçiriblər. Bu fikrin sübutu hazırda dünya geosiyasətinin faktiki olaraq idarəolunan xaos vəziyyətində olmasıdır. Məhz həmin cənabların “peşəkar təxribatçı” fəaliyyətlərinin nəticəsidir ki, dünyanın sakit regionu demək olar ki, yoxdur. Hər gün bir vaxtlar ən sakit sayılan bölgələrdən belə, ixtilaf, toqquşma, qarşıdurma, dini ayrı-seçkilik, separatizm və sair arzuolunmaz proseslər haqqında informasiyalar alınır.
Məqalədə problemin bu aspekti gözəl nəzəri təhlil edilir, onun üzərində geniş dayanmaq da olar. Lakin məsələnin Azərbaycanla əlaqəli praktiki aspektini o qədər vacib hesab edirik ki, diqqəti ona yönəltməyi lazım bilirik. Məsələ ondan ibarətdir ki, Qərbin illərdir həyata keçirdiyi psevdodemokratik geosiyasət müxtəlif regionlarda kifayət qədər mürəkkəb problemlər yaradıb. Onların həlli zamanın tələbidir, lakin yenə həmin qüvvələr yeni-yeni maneələr yaratmağa çalışırlar. Əslində, burada bir sıra nəzəri izah vermədən keçinməm mümkün deyil. Geosiyasi aspektdə “qlobal miqyasda idarəolunan xaos vəziyyəti” ifadəsi elmi idrakdan törəmə ifadədir. Bu anlayış müasir sintetik elm sahələrində, məsələn sinergetikada daha çox işlənir. O, hər hansı mürəkkəb sistemdə mövcud qanunlarla izah oluna bilməyən, dayanıqlı və nizamlı strukturun müşahidə edilmədiyi durum başa düşülür. Bu zaman həmin prosesin “sifarişçisi”nin mövcudluğu sətiraltı qəbul edilir. Sinergetiklər həmin faktoru “idarəetmə parametri” adlandırırlar. Bu elmi müddəaları geosiyasi müstəviyə reduksiya etsək (bəlkə, “proyeksiya” daha düzgün ifadədir?! ”“ müəllif), onda hazırda qlobal xaotik geosiyasi durumun gizli sifarişçilərinin, “idarəetmə parametrləri”nin mövcudluğunu da nəzərə almalı oluruq. Məhz bu məqamın akademik R.Mehdiyevin məqaləsinin nəzəri-metodoloji karkasının ana xəttini təşkil etməsi, sevindirici elmi faktdır. Müəllif tam əsaslı şəkildə həm “xaos və müharibələrin sifarişçilərinin ünvanını göstərir, həm də bu vəziyyətin törədə biləcəyi fəsadların siyasi-nəzəri təhlilini verir.

“Xaos yaradıcıları”: gizli siyasətin açıq tərəfləri

Məqalədə vurğulanır ki, dünya birqütblü sistemə keçəndən sonra qlobal geosiyasətin məzmununda prinsipial dəyişikliklər özünü göstərməyə başladı. O sırada müharibələri dialoqun, “yumşaq güc”ün (“kiçik” J.Nay), əməkdaşlığın əvəz edilməsi haqqında Qərbdə tez-tez danışılması diqqəti çəkir. İndi məlum olur ki, həmin ibarələr Qərbin yeridəcəyi real siyasəti pərdələmək üçün imiş. Bunun konkret səbəbi olaraq, akademik “müharibə paradoksu”nun yaranmasını göstərir (bax: Мехтиев Р. Об истоках деградации европейских структур, или Политика двойных стандартов в отношении Азербайджана / Бакинский рабочий, 23.10.2015 ////br.az/politics/20151023010444686.html#page999). Məqalədə bu məqam mühüm tezis kimi elmi olaraq irəli sürülür. Onun təsdiqi olaraq ümumilikdə müharibə etmənin üsulunun dəyişməsi göstərilir. Buradan ikinci vacib geosiyasi tezis formalaşır ”“ “güc faktoru dolayı tətbiq forması aldı” (yenə orada). Deməli, “yumşaq güc” kimi ifadələr əslində dolayı yolla tətbiq ediləcək hərbi gücü “gizlətmək”, “onu başqa cür adlandırmaq” üçün ortaya atılıbmış. Bu kontekstdə Z.Bzejinski, S.Hantinqton, H.Kİssincer, J.Nay, C.Fridman, F.Fukuyama və digər analitiklərin yaradıcılığına yeni tarixi-sosial, siyasi, geosiyasi rakursda yanaşmaq üzərində düşünmək ehtiyacı hiss edilir. Şərti olaraq realistlər (realpolitiklər) və idealistlərə (neokonservatorlar) düşərgəsinə bölünən bu strateji təfəkkür sahibləri sadəcə ABŞ-ın (daha geniş aspektdə bütövlükdə Qərbin) dünya hegemonluğunu hansı model üzrə həyata keçirməli olduğunda mövqe fərqlərinə malikdirlər. Bu artıq ayrıca tədqiqat mövzusudur, burada aşağıdakıları qeyd edək. 
Proseslərin gedişi də sübut edir ki, müharibənin yeni formasında (buna “qeyri-konvensional müharibə” deyirlər) “sifarişçilər” kölgədə qalır, hədəf seçilən məkanlarda müxtəlif qrupların qarşıdurması təşkil edilir. Onların ixtilafları kənarda olanların maraqlarını təmin etmək məcrasına yönəldilir və bu prosesdə külli miqdarda silah satılır. Dünyanın müxtəlif regionlarında sınaqdan keçirilən bu üsulla bir sıra dövlətlərin sərhədində, bəzilərinin isə daxilində sonu görünməyən qarşıdurmalar özünü göstərir. Onu vurğulamaq gərəkdir ki, həmin “sifarişçilər” süni radikal qruplar yaradırlar, onları maliyyələşdirib, doğulduqları Vətənin xarabalığa çevrilməsi işinə sövq edirlər. Yaxın Şərqdə baş verənlər bunu əyani sübut edir.
Nəzəri və metodoloji olaraq qeyri-konvensional müharibə (birbaşa iştirak olmadan, ənənəvi müharibə modelindən fərqlənən yeni savaş üsulu) üzərində düşünülməli bir məqamı üzə çıxardır. Söhbət müharibəni törədən qüvvələrin özlərini bu üsulla “xaosdan məsafədə saxlamaq” taktikasından gedir. R.Mehdiyevin məqaləsində həmin özəlliyə fəlsəfi-nəzəri olaraq vurğu vardır. “Xaosdan məsafədə saxlamaq” bir neçə məqsədə çatmağa imkan yaradır. Birincisi, ixtilafların əsl mənbəyi gizli qalır. İkinci, hədəf seçilən ölkədə baş verənlərin daxili faktorlardan qaynaqlandığı görüntüsü yaradılır. Üçüncüsü, kənarda duranlar canlı qüvvə itkisi vermir. Dördüncü, dünyanın müxtəlif regionlarında yeni münaqişələr üçün zəmin hazırlanır ki, onları idarə etməklə strateji niyyətləri reallaşdırmaq şansı yaranır. Beşinci, region dövlətləri və xalqları arasına sonu görünməyən nifaq salınır.
Burada bir haşiyə çıxmağa ehtiyac vardır. Sinergetikada yuxarıda qeyd edilən faktorların istənilən mürəkkəb sistemi kənardan idarə etmək imkanı yaratdığı elmi olaraq sübut olunub. Yəni klassik mənada idarə etmədən idarə etmək mümkün olur. Bunun üçün sadəcə idarəedici parametrlərin göstəricilərini və təsir vektorlarını dəyişmək lazımdır. Problemin bu aspektinin Azərbaycanda tədqiq edilməsinə ciddi ehtiyac görürük. 
Eyni zamanda, onu vurğulayaq ki, Qərbin siyasətində güc faktorunun bu aspektdə təhlili geosiyasət üçün çox vacib məqamdır. Müharibənin formasının dəyişməsi fonunda dünya nizamının hansı mənada yeni nizamlı səviyyəyə keçə biləcəyi hələ öyrənilməli məsələdir. Çünki fəaliyyətin məzmunu yeniləşmirsə, sadəcə sözdə “dialoq”, “şəbəkə diplomatiyası”, “paradiplomatiya”, “sivilizasiyaların əməkdaşlığı” kimi ifadələr işlədilirsə, bunların real olaraq beynəlxalq münasibətlər sisteminin sağlamlaşmasına təsiri olmayacaq. Bu halda da məqalədə vurğulanan kimi Vestfal sazişinin təməl prinsiplərinin krizisi davam edəcək. Hesab edirik ki, bu, məqalədə yer almış üçün əhəmiyyətli geosiyasi tezisdir. 
Nəhayət, bütün bunların əsasında müstəqillik və suverenlik üçün strateji əhəmiyyət kəsb edən dördüncü tezis formalaşdırılır ”“ müstəqil dövlətlər xarici siyasətlərini həmin məqamları nəzərə almaqla formalaşdırmağa məcburdurlar! Akademik R.Mehdiyev prezident İlham Əliyevin bununla bağlı konkret və dolğun fikirlərini nümunə kimi göstərir. Vurğulanır ki, ölkə başçısı Nazirlər Kabinetinin 12 oktyabr tarixli iclasında çıxışı zamanı dünyada qütbləşmənin getdiyini ayrıca qeyd edib. Bu, bizə də müəyyən problemlər yaradır. Çünki böyük güclər öz təsir dairələrini genişləndirməyə can atırlar. Təbii ki, öz mövqeyi olan, müstəqil siyasət yeridən və heç kəsdən çəkinməyən dövlətin mövcudluğu onları qıcıqlandırır. Dövlət başçısı xüsusi vurğulayır ki, “...mənim üçün əsas olanı bizim ölkənin təhlükəsizliyi, inkişafı və stabilliyidir. Ona görə də Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək. Müstəqillik, müstəqil siyasət, milli maraqlar ”“ bizim üçün başlıca məsələ, əsas vəzifə bundan ibarətdir” (bax: əvvəlki mənbəyə). 
Bu xüsusda Qərbin siyasi institutlarının, yüksək dairələrinin fəaliyyətinin analizinin ayrıca vurğulanması olduqca aktual məqama işarədir. R.Mehdiyev haqlı olaraq vurğulayır ki, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti geniş və dərindən təhlil edilməlidir. Bu artıq həm Azərbaycanın humanitar və ictimai elm sahələrində çalışan tədqiqatçılara bir çağırış, onlar qarşısında qoyulan son dərəcə vacib bir vəzifədir. Çünki müasir tarixi mərhələdə dərin və geniş analiz olmadan, proseslər tədqiq edilmədən strateji xarakterli perspektivli siyasi konseptlər, mövqelər, prioritetlər yaratmaq imkansızdır. Nəzərə almaq lazımdır ki, bu, dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biridir. Ölkə prezidenti dəfələrlə çıxışlarında hansı struktura necə inteqrasiya olunmağın dəqiq müəyyənləşdirilməsini strateji məqam kimi vurğulayıb. Düşünürük ki, bu işdə hər bir elm adamı “əlini daşın altına qoymalıdır”. Bunu dövlətçilik, suverenlik və müstəqillik qarşısında mühüm bir vəzifə kimi qəbul etmək gərəkdir. 
Həmin aspektdə Milli Məclisin də üzərinə çox məsuliyyətli vəzifə düşür. Bu ali orqana seçilənlər prezidentin qarşıya qoyduğu bu kimi vəzifələri həm qanunvericilik müstəvisində həyata keçirməli, həm də seçicilərin onları dərk etməsində fəal mövqe tutmalıdırlar. Azərbaycan hakimiyyətinin həyata keçirdiyi və bütün sahələri əhatə edən islahatların əsl məzmununun insanlara izah edilməsi dövlətçiliyə mühüm xidmət olardı. Akademik R.Mehdiyevin məqaləsini hər bir deputat dərindən öyrənməli, onun məğzinə varmalıdır. Bütövlükdə dövlətçilik ətrafında cəmiyyət olaraq yumruq kimi birləşməliyik!
Bütün bunlara görə, məqalədə Azərbaycanın həyata keçirdiyi siyasətin peşəkar təhlilinin yer alması tamamilə məntiqidir. O cümlədən, ölkə rəhbərliyinin suverenlik və müstəqilliyin təmin edilməsini əsas məqsəd kimi həyata keçirməsi yeganə düzgün yoldur. Akademik R.Mehdiyev bunu Aİ, AŞ, AP, ATƏT, Avropanın insan hüquqlarından dəm vuran qurumlarının təhlili əsasında inandırıcı surətdə sübut edir. 

Güclü Azərbaycan uğrunda: mübarizə davam edir 

Məqalədə təsvir olunan şərtlər daxilində müstəqilliyi saxlamaq və dövlətçiliyi inkişaf etdirmək yeni məzmun kəsb edir. Təcrübə göstərdi ki, postsovet məkanında heç də bütün respublikalar optimal inkişaf kursu müəyyənləşdirə bilmədilər. Azərbaycan isə bu yolda uğurlu addımlarını atmaqdadır. İndi bütün cəmiyyətin yeni məqsədlər uğrunda birləşməsi son dərəcə vacibdir. Burada hakimiyyət ”“ cəmiyyət birliyi prinsipial əhəmiyyət daşıyır. Bəzən yanlış olaraq vətəndaşın üzərində düşən məsuliyyəti vurğulamırlar. Əsas məqamları hakimiyyətlə başlamağa çalışırlar. Bu, indiki tarixi mərhələdə tam doğru yanaşma deyil. Müasir elm sübut edir ki, kollektiv reallıq daha çox əhəmiyyət daşıyır. Bu, qətiyyən fərdin hüquqlarının, onun həyatının qiymətinin və azadlığının arxa plana atılması anlamına gəlmir. Sadəcə, dərk etmək gərəkdir ki, müasir dünya həm fərdlərin, həm də cəmiyyətlərin qarşısına elə problemlər çıxarır ki, onların həlli yalnız kollektiv fəaliyyətlə mümkündür. Əgər bəşəriyyətin təkamül tarixinə holistik və sinergetik yanaşsaq, onda deməliyik ki, indi dünyanın birləşməsi mərhələsidir. Qloballaşmadan qaçmaq mümkün deyil. Bu səbəbdən həmin prosesdə ayrı-ayrı ölkələrin tolum olaraq, kollektiv reallıq qismində fəaliyyəti önəm kəsb edir. 
Bunlar onu göstərir ki, akademik R.Mehdiyevin məqaləsinin çox güclü ruhu vardır ”“ o, azərbaycanlıları dövlətçilik, rifah və inkişaf uğrunda fəaliyyəti gücləndirməyə dəvət edir. Hər bir vətəndaş çalışdığı sahədə müstəqil və demokratik Azərbaycana layiq olmalıdır. Bu artıq fərdi və ya subyektiv istək deyil, zamanın tələbidir. Müxtəlif istiqamətlərdən ölkəni və cəmiyyəti parçalamağa, doğru yoldan çaşdırmağa yönəlmiş təsirlər olduqca, vətəndaş da, məmur da qayıq olmalıdır. Yaxın Şərqdə baş verənlərə bu fikirlər prizmasında nəzər salsaq, mənzərə daha konkret cizgilər kəsb edər. Belə ki, əsas təsir hədəfi kimi gənclərin seçildiyi aydın görünür. Onları müxtəlif süni və absurd vədlərlə radikal əhval-ruhiyyəyə gətirirlər və sonra öz dövlətinə qarşı üsyana qaldırırlar. Ən təhlükəlisi odur ki, bunun üçün sözdə demokratik və humanist adlandırılan üsullardan istifadə edirlər. Guya gənclər söz, vicdan azadlığı, təbii haqlar, siyasi plüralizm və s. kimi dəyərlər uğrunda mübarizəyə qoşulurlar. Əslində isə real məqsəd cəmiyyətdə ixtilaf yaratmaq, insanları bir-birinə qarşı qoymaqdır. Digər tərəfdən, ölkələr arasında ayrı-seçkiliyin qoyulması danılmaz faktdır. Məsələn, akademik R.Mehdiyev vurğulayır ki, Avropa Şurası Azərbaycanla bağlı çoxlu sayda qərarlar qəbul etdiyi halda Ermənistanla əlaqədar çox az sənəd qəbul olunub. Halbuki məhz Ermənistan qonşu dövlətin torpaqlarının 20%-ni işğal altında saxlayır, minlərlə əsiri ağır şəraitdə istismar edir (məsələn, Zod mədənlərində), regionda sülhün bərqərar olmasını müxtəlif bəhanələrlə əngəlləyir. Belə bir şəraitdə Avropanın siyasi strukturlarının, insan haqlarından danışan təşkilatlarının ədalətliliyinə və səmimiyyətinə necə inanmaq olar?
Belə çıxır ki, R.Mehdiyev haqlı olaraq Avropa siyasi strukturlarının ciddi islahata ehtiyacı olması haqqında yazdığı fikirlərdə tam haqlıdır. Dolayısı ilə söhbət həm də Avropa İttifaqının gələcək taleyindən gedir. Onun dünya siyasətində konstruktiv rol oynayan gücə çevrilməsi üçün real transformasiyalara ehtiyacı vardır. Təsadüfi deyil ki, bir sıra Avropa analitikləri hətta bu təşkilatın dağıla bilməsi ssenarisini istisna etmirlər. Görəsən, Avropa siyasətçiləri bu məsələlər üzərində ciddi düşünürlərmi? Azərbaycan kimi müsəlman ölkələrinin inkişafına və güclənməsinə qısqanclıqla yanaşmanın perspektivsizliyini anlayırlarmı? Bütövlükdə bu, onların problemidir. Bizə gəldikdə isə...Təbii ki, hər bir vəziyyətdən çıxış yolu vardır. Azərbaycan da müstəqil və milli maraqlara uyğun olan siyasət yeritməyə üstünlük verir. Bu yoldan onun dönməsi mümkün deyildir. Onun perspektivinə qətiyyən şübhə yoxdur
”.



Oxşar xəbərlər
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:50, Bu gün
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib - YENİLƏNİB
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:35, Bu gün
Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
GÜNLÜK
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 12:11
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 12:11
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır