"Gülüstan" faciəsi nədən yarandı?
Araşdırma
Oxunub: 4321
13 Oct 2015 | 00:37
Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən "Gülüstan" müqaviləsinin ildönümüdür. Ötən müddətdə Azərbaycan tarixi torpaqlarının 80 faizini itirib. Tarix ”“ tarixdir. Vaxtilə baş verənlərə millətimiz nə qədər təəssüflənsə də, sonradan səhvləri düzəltmək çox çətin olur. Millətimizin aqibətində bir olmaq, bütövləşmək imkanı həmişə olub, ancaq bu imkanımıza yetə bilməmişik.
Tarix boyunca başımıza gələn çoxsaylı faciələrin içərisində artıq 200 illik müddətdə Azərbaycan-Türk xalqını iki yerə ayıran "Gülüstan" dəhşətli hadisəyə şahidlik edib.
*** 
"Gülüstan" müqaviləsi ilə fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən ulusumuzun aqibətinə hələlik davam edən əbədi ayrılıq, parçalanma yazıldı. Farslarla ruslar torpaqlarımızı aralarında dədə malı kimi böldülər.  410 min kvadrat kilometrlik ərazisi olan dövlətçilik imkanımız,  tarixi ərazilərimiz əlimizdən çıxdı. "Gülüstan" müqaviləsindən sonra ardıcıl olaraq Azərbaycan böyük faciələrə tuş gəlməkdədir. Müqavilədə bircə dəfə də olsun, "Azərbaycan" adına rast gəlinmir. Rusiya və İran yurdumuza sahiblənmək üçün  Azərbaycanın adını bilərəkdən müqaviləyə salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. 11 maddədən ibarət müqavilə ilə bölüşdürülən, parçalanan yurdumuzda ”“ öz aralarında düşmənçiliyə son qoymaq üçün bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz verdilər.
***
"Gülüstan" sülhünün şərtlərinə görə, Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyası tərkibinə qatıldı. Beləliklə, Bütöv Azərbaycan iki yerə parçalandı. Azərbaycandan, yəni məğlub xalqdan heç kəs orada iştirak etmədi. Abbasqulu Bakıxanov isə həmin müqavilə imzalanan vaxt Rusiya dövlətinin nümayəndə heyətinin tərkibində sadəcə, tərcüməçi vəzifəsini yerinə yetirirdi. Olduqca fəlakətli, utancgətirən məqamdır. Hər bir Azərbaycan vətəndaşı yurdumuzun necə tikə-parça olduğunu bilməlidir.
*** 
"Gülüstan" faciəsini yaradan səbəblər nə idi? Başlıcası, Türk xalqının bir olmaması! Tarixən qılınca sarılan, ancaq idrakının gücünə arxalanmayan türkləri dünya təkləyə bildi. Şah İsmayıl Xətayinin ölümündən sonra onun qurduğu dövlət yavaş-yavaş farslaşmağa üz qoydu, Şah Abbasın çağında farsçılar istəklərinə çatdılar. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri o dövrdə vahid dövlət əvəzinə xanlıqlar şəklində mövcudluğumuz idi. Azərbaycanı bir əldə birləşdirən güc olmadı, təəssüf ki, meydana çıxmadı.  Üstəlik, xanlıqların balaca maraqları (tayfaçılıq, bölgəçilik, hakimiyyətçilik) ucbatından birlik alınmadı. "Gülüstan"ın yaranmasının ən başlıca səbəbi isə Türk xalqlarını siyasi, iqtisadi, mənəvi baxımdan birləşdirəcək İnamın ”“ dünyabaxışın olmaması idi. Hətta Azərbaycan xanları Gəncə xanı Cavad xanın başına gələn faciədən sonra da ayılmadılar. Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı əsrlərdə, xüsusən Səfəvilər dönəmində türklərin biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür. Bu dövrdə Rusiya artıq bir əsrə yaxın idi ki, imperiya kimi qurulmuşdu, əməlli-başlı oturuşmuşdu. Anlayırdı ki, uzun müddət ayaqda qalması üçün ona yeni-yeni torpaqların işğalı gərəkdir.
***
İmperiyaçılıq ”“ fürsətcillikdir, qətiyyən insaniliyə, vicdana, mərhəmətə əsaslanmır. Yurdumuzda, bölgədə erməni məsələsinin tüğyanı "Gülüstan" faciəsi ilə başlandı. Erməni məkri rus imperializminin işinə gözəl yaradı, bu gün də yarımaqdadır. Bu dönəmdə İran da güclənirdi. Azərbaycan aqibəti "Gülüstan" adlı andlaşmaya birdən-birə gəlib çıxmadı. Heç bir faciə birdən-birə yaranmır. Xəlqi faciələri mahiyyətcə fərdi faciələr yaradır. Yüzillərlə babalarımızın buraxdığı səhvlər bir yerə yığışdı və "Gülüstan" faciəsi yarandı. "Gülüstan" Türkmənçayın faciəvi başlanğıcı oldu. 
Dərindən fikirləşməliyik. Görəsən, Azərbaycanın "bölünmüş  xalq" statusunu dünyaya necə anlatmalıyıq?  Başqa yandan da siyasi dünya Azərbaycanın durumunu, tarixi keçmişini, harada səhv etdiyini, nələri itirdiyini çox gözəl bilir.
***
Ümumiyyətlə, yağılarımız bizi bizdən də yaxşı tanıyırlar. Biz isə hələ də tarixi düşmənlərimizi yaxşı tanımamışıq. Bircə faktı diqqətə çatdıraq. 1945-ci ildə Azərbaycanın Güneyində Pişəvərinin başçılığı ilə hökumət quruldu, ancaq bir ildən sonra amansızcasına boğuldu, soydaşlarımıza divan tutuldu. Belə bir çağda yaradılan BMT qarışıq məqamları "qanuniləşdirdi". Bir yandan millətlərin hər birinin öz müqəddəratını təyin etmək hüququ qorunur, başqa yandan hər bir dövlətin ərazisinin toxunulmazlığı təsbit edilir. Azərbaycanın Quzeyinin SSRİ əsarətində olduğu bir dönəmdə səsimizin çıxmağı mümkün deyildi. Ancaq bu gün müstəqilliyimizin 24 yaşının tamamında da sözügedən məsələlərə çox hallarda susqun münasibət bəsləməyi üstün tuturuq. Çoxu deyir ki, Qarabağ dərdimizin olduğu bir çağda Güney Azərbaycan dərdindən danışmaq yersizdir. Türk dünyası Güney dərdimizə bələdlik səviyyəsində belə hələ yanaşmır. Qardaş Türkiyədə bu mövzuda adda-budda kitablar çıxsa da, ciddi yanaşma hiss olunmur. Bu tarixi fəlakətin özümüzə bilgi səviyyəsində belə tam aydın olmasını da öz əlimizlə əngəlləyirik. Çağdaş dünya siyasətində bölünmüş xalqlara münasibət ikilidir. SSRİ dağılanda Almaniya birləşdirildi. Görəsən, bu gün dünyada bölünmüş xalqlar içərisində Azərbaycan türkləri kimi 200 ildir ki, ayrılıq əzabını dadan varmı? Dərinə gedəndə Şimali və Cənubi Koreyanın birləşməməsi bu xalq üçün dəhşətli fəlakət deyil. Baxmayaraq ki, bu birləşməyə də əngəl törədilir. Ancaq Bütöv Azərbaycanın yaranması dünyaya qətiyyən sərf eləmir. Siyasi dünya Azərbaycanın bütövlüyünü özünün ağalıq iddialarına qarşı ən böyük əngəl hesab edir. Azərbaycanın bütövləşmək istəyi qarşısıalınmaz olduğu dərəcədə bu istəkdə, milli iddiada, haqda olan hər birimizdən gərgin, ardıcıl axtarışlarla dolu millətsevər, insansevər həyatı yaşamaq tələb olunur. Hadisələrin gündən-günə gərginləşdiyi bir çağda türkə qarşı bir-birinə düşmən olanlar da birləşirlər. Azərbaycan dərdinin həll olunması bir günün işi deyil. Hər şeydən qabaq dünyanın gedişatını daha təpərli, ayıq, yetkin fərdlər olaraq bilməyimizi tələb edir.  
***
Tarix boyunca Azərbaycanın başına gələn faciələrin sayını artıq unutmuşuq. Ancaq sözün əsl mənasında bir millət olaraq mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi dərindən bilməli və dərs almalıyıq. Faciəsini unudan millət var olmur. Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması zaman-zaman dünyanın türkü sevməməsilə bağlıdır. Azərbaycanın başına gələn faciələr bütün Türk Dünyasının faciəsi hesab olunmalıdır. "Gülüstan"ın ardınca gələn "Türkmənçay" müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv.km ərazisi İrana, 130 min kv.km. ərazisi isə Rusiyaya qatıldı. Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Həmin ədalətsiz bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik.
"Türkmənçay" müqaviləsi bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüzün, yırtıcılığın davamı idi. Bu müddətdə türk xalqlarının başına çoxlu fəlakətlər gəldi. Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə Türk Dünyasının xilası da olmayacaq. Türk xalqları bunu gözəl anlamalıdırlar. Əlbəttə, burada ilk növbədə özümüz məsuliyyətimizi anlamalıyıq.  Əgər bu gün Azərbaycanın hər bir vətəndaşı, ilk növbədə isə türklər xalqımızı iki yerə bölən "Gülüstan" və "Türkmənçay" fəlakətləri ilə bağlı geniş bilgiyə, eləcə də bundan çıxan məntiqi nəticəyə malik deyillərsə, o zaman itirdiklərimizin ölçüsü, mənəvi fəlakətlərimizin sayı daha da artacaq.
*** 
"Türkmənçay" müqaviləsi Azərbaycan türklərinin şərə qarşı inadcıl, bütöv mübarizəsinin olmaması üzündən baş tutdu. Əgər o zaman sözün böyük anlamında birliyə nail olsaydıq, bu fəlakət başımıza gəlməyəcəkdi.  
Bir millət olaraq dərdlərimiz çoxdur. Ancaq hər halda dünyanın sonu da deyil. Başımıza gələnlər bizə onu deyir ki, bundan sonra qətiyyən çaşmaq, sarsılmaq olmaz.  Dövlətçilik ənənəmizi dəyərləndirməli, qədimliyimizlə, olmuşlarla yanaşı, həm də ömrümüzdə daim yeni-yeni ümidli üfüqlər yaratmalıyıq.

İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

Oxşar xəbərlər
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
GÜNLÜK
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
25 Apr 2024 | 10:49
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
25 Apr 2024 | 10:58
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Apr 2024 | 10:56
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
25 Apr 2024 | 10:49
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
25 Apr 2024 | 10:58
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Apr 2024 | 10:56
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO