Uzunmüddətli kosmos uçuşları qırmızı qan hüceyrələrinə mənfi təsir göstərir
Nüfuzlu “Nature Medicine” elmi jurnal Ottava alimlərinin araşdırmasının nəticələrini dərc edib. Bu, təkcə reabilitasiya təbabəti üçün deyil, həm də Marsa gələcək uzunmüddətli kosmik uçuşlar üçün çox vacibdir. Məlum olub ki, belə səfərlər zamanı astronavtlar Yerdəkindən 54% çox eritrositlər və ya qırmızı qan hüceyrələri itirirlər.
Moderator.az bildirir ki, tədqiqatda 14 astronavt iştirak edib. Onların hamısı Beynəlxalq Kosmik Stansiyaya altı aylıq uçuşlar zamanı kosmik anemiya adlanan xəstəlikdən əziyyət çəkiblər. Əvvəllər hesab olunurdu ki, bu növ anemiya müvəqqəti vəziyyətdir və astronavtların kosmosda uyğunlaşmasından sonra onların orqanizmləri qırmızı qan hüceyrələrinin sayının bərpası ilə uyğunlaşır. Guya uyğunlaşmış bir orqanizm mikroqravitasiya şəraitində özünü kifayət qədər yaxşı aparır.
Ancaq aparılan yeni araşdırma göstərib ki, belə vəziyyət kosmos uçuşu boyunca davam edir. Astronavtlar hər saniyədə 3 milyon qırmızı qan hüceyrəsini itirirlər ki, bu da Yerdəkindən iki dəfə çoxdur. Araşdırmanın nəticələri 11 kişi və 3 qadın üçün eyni olub. Qeyd edək ki, insanın Marsa missiyası kosmosda bir neçə il çəkə bilər və bəzi elm adamlarının hesab etdiyi kimi, qan dövranı sisteminə bu cür yüklənmə kritik ola bilər. Ona görə də planlaşdırılan uçuş qeyri-müəyyən müddətə təxirə salınmalı olacaq.
Miraslan