Qırmızı planetin cənub qütbünün yaxınlığında maye su mənbəyinin mümkün olması ilk dəfə 2018-ci ildə müzakirə edilmişdi. Ancaq ekspertlər maraqlı tapıntı üçün dəqiq izahatı yalnız indi veriblər.
Əvvəllər elm adamları radarın ötürdüyü məlumatları gördükdən sonra Marsda su olduğunu düşünürdülər. Amma Texas Universitetinin planetoloqları görüntülərin radiolokal əkslərini daha ətraflı öyrəndikdən sonra müəyyən ediblər ki, əslində bu göl deyil, vulkanik mənşəli süxurdur.
Moderator.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazır. NASA-nın maliyyələşdirdiyi tədqiqatlar göstərib ki, buz üzərindən parlayan əkslər Marsın səthinə səpələnmiş vulkanik düzənliklərin əksi ilə üst-üstə düşür. Müəlliflərin fikrincə, bu, 2018-ci ilin kəşfi üçün “daha inandırıcı izahatdır”.
Mütəxəssislərin fikrincə, Marsda hazırkı mövcud şərait suyun maye vəziyyətdə saxlanması üçün çətin ki, uyğun gələ. Planetdə orta temperatur Yerdəkindən xeyli aşağıdır: -63 °C. Marsın atmosferi çox nadir olduğu üçün səth temperaturunda gündəlik dalğalanmaları hamarlaşdırmır. Qütblərdə gecə temperaturu təxminən -153°C-ə düşə bilər. Soyuqdan əlavə, ora çox qurudur, - deyə ekspertlər belə qənaətə gəliblər.
Buna baxmayaraq, uzaq Hesper dövründə (3,5-2,5 milyard il əvvəl) Mars öz təkamülünün zirvəsinə çatıb və daimi hidrosferə sahib olub. O dövrdə planetin şimal düzənliyini həcmi 15-17 milyon km³ və dərinliyi 0,7-1 km olan duzlu okean tuturdu. Müqayisə üçün qeyd edək ki, Yerin Şimal Buzlu okeanının həcmi 18,07 milyon km³-dir.
Miraslan