Bu gün 20 Yanvar faciəsinin 30-cu ildönümüdür. Bəs 20 Yanvar faciəsi Azərbaycan ədəbiyyatında öz əksini yetərincə tapıbmı?
Moderator.az-a açıqlama verən xalq şairi Sabir Rüstəmxanlı bu barədə çox əsərlərin yazıldığını vurğulasa da, yazılmayan məqamların da mövcudluğuna diqqət çəkdi:
“Bu faciə ilə bağlı ədəbiyyatımızda çox yazılar yazılıb. Yəqin ki, bundan sonra da yazılacaq.
20 Yanvar təbii ki, bizim millətimizin başına gətirilən böyük bir facidir. Bu, həm də bir dövlətin öz millətinə qarşı ən ağır cinayətidir və ədəbiyyatımzıda da bununla bağlı kifayət qədər yazılıb. Bu barədə bir çox fikirlər səsləndirib. Lakin bunun bütövlükdə Ermənistan-Azərbaycan münaqişəsi fonunda baş verdiyi, Moskvanın ermənipərəst qüvvələrin mövqeyinin bu məsələdə hansı rol oynadığı hələ ki, yazılmayıb. Təbii ki, bu da nə vaxtsa yazılacaq”.
Seymur ƏLİYEV