Qırğızıstan vətəndaşları tezliklə şəriət prinsipləri ilə mənzil üçün kredit götürmək imkanı əldə edəcəklər. Dövlət İpoteka Şirkətinin maliyyə dəstəyi ilə ölkədə İslam ipotekalarına start veriləcək. Belə ki, dekabrın 1-də “Mənim evim 2021-
Moderator.az bu barədə şirkətin saytına istinadla xəbər verir.
“Bu Agentlik müqaviləsi çərçivəsində “Dövlət İpoteka Şirkəti” ASC “Bakay Bank” ASC-nin İslam Maliyyə Mərkəzi vasitəsilə mənzil proqramının iştirakçılarına İslam maliyyələşdirmə prinsipləri üzrə ipoteka verilməsi üçün investisiya vəsaitinin ayrılmasını planlaşdırır”, - deyə Qırğızıstan Dövlət İpoteka Şirkəti məlumat yayıb.
“Dövlət İpoteka Şirkəti” Qırğızıstan vətəndaşlarını güzəştli mənzillə təmin etmək üçün dövlət proqramını həyata keçirir, faktiki olaraq ölkə büdcəsindən İslam ipotekasının inkişafı üçün pul ayrılıb. İndi müsəlman qırğızlar faizlə pul buraxılışını qadağan edən İslam qanunlarından yan keçərək, xüsusi şərtlərlə müasir bank xidmətlərindən istifadə edə biləcəklər.
Bəzi Telegram-kanallarda yeni mexanizmin işləməsi ilə bağlı suallara görə Dövlət İpoteka Şirkətinin təşəbbüsü tənqid olunur. “Qırğızıstanda kifayət qədər xristian yaşayır: ruslar, belaruslar, ukraynalılar, almanlar, polyaklar və koreyalılar. Onların mənzil ehtiyacları nəzərə alınacaqmı? Yoxsa şəriətə uyğun ipoteka yalnız müsəlmanlara veriləcək?”, - deyə tənqidçilər mübahisə edirlər.
Miraslan