Allah dərgahında gerçək şəhid sayılmaq üçün hansı şərtlər olmalıdır?..
Cəmiyyət
Oxunub: 1403
20 Jan 2022 | 08:31
Allah dərgahında gerçək şəhid sayılmaq üçün hansı şərtlər olmalıdır?..
 “Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra dünyaya geri dönməyi şəhidlərdən başqa heç kim arzulamaz..."-Peyğəmbərimiz(s.ə.s.)
 
Şəhid sözü ərəbcə bir kəlmədir. Mənası öz gözləri ilə görən, şahidlik edən deməkdir. Bu söz Quranda 50 yerdə keçir. Şəhid sözünün Allah yolunda canından keçən mənası da var ki, bu Hz. Peyğəmbər tərəfindən işlədilmişdir: “Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”.[1] Termin olaraq isə, Allah yolunda canından keçən müsəlmana şəhid deyilir. Şəhid sözünün kəlmə mənası ilə termin mənası haqqında müxtəlif izahlar mövcuddur. Bunlardan bəziləri,
 
Mələklər şəhidin Cənnət əhli olduğuna şahidlik edəcəyi üçün belə deyilmişdir.[2]
 
Onlar Allahın əmrində haqq uğrunda şahidlik elədiklərinə və bunun üçün canlarından keçdiklərinə görə bu ada layiq görülmüşlər.[3]
 
Şəhidlərin zahirən dünyadan imanla köçdüklərinə və ən gözəl şəkildə öldüklərinə şahidlik edildiyinə görə belə adlandırılmışlar.[4]
 
Ali-İmran surəsindəki şəhidlər haqqında olan ayənin səbəb-nüzulu (nazil olma səbəbi) belədir: Uhud müharibəsindən sonra Rəsulullah (s.ə.s) Cabir ibn Abdullahla qarşılaşdı. Onu kədərli görüb:
 
– “Niyə belə kədərlisən? Buna səbəb nədir?”, – deyə soruşdu. Cabir:
 
– “Atam şəhid oldu. Baxıma ehtiyacı olan uşaqları və borçları qalıb. Bunun üçün kədərliyəm.” – dedi. Rəsulullah (s.ə.s) ona:
 
– “Allahın atanı necə mükafatlandırdığını sənə xəbər verimmi?” – dedi. Cabir: “Bəli”, – deyincə, Rəsulullah (s.ə.s) belə buyurdu:
 
– “Allah, atan xaricindəkilərlə pərdə arxasından danışdı. Lakin atanla heç bir pərdə olmadan danışaraq ona belə dedi: “Ey bəndəm! Məndən nə istəyirsən dilə sənə verim. Abdullah ibn Cahş: “Ey Rəbbim! Məni yenidən dirilt ki, sənin yolundan yenidən canımdan keçə bilim”, – dedi. Allah ona: “Dünyada ölən kəsləri yenidən dünyaya qaytarmayacağımı əvvəlcədən bildirmişdim. Buna görə səni geri dünyaya qayıtmağın mümkün deyil.” – buyurdu. Abdullah ibn Cahş: “Ey Rəbbim! Onda mənim halımı və mənə lütf elədiyin nemələri mənim kimi şəhid olanlara da bildir.” – dedi. Bunun üzərinə Allah Ali imran surəsinin 169-cu ayəsini nazil etdi.”[5]
 
Uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik  rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.”( Ali-İmran, 3/169-171.)
 
Hz. Peyğəmbər (s.ə.s) isə şəhidlər haqqında belə buyurmuşdur: “Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra dünyaya geri dönməyi şəhidlərdən başqa heç kim arzulamaz. Yalnız şəhidlər qiyamət günündə gördükləri lütflərin çoxluğuna görə yenidən dünyaya qayıtmağı arzularlar.”[6]
 
“Məhəmmədin nəfsi qüdrət əlində olan Allaha and olsun ki, Allah yolunda savaşmaq və öldürülmək, sonra savaşmaq və yenə öldürülmək, sonra yenə savaşmaq və öldürülmək istərdim.”[7]
 
Quranda şəhidlərin günahlarının bağışlandığı bildirilmişdir: “Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin (şəhid olanların) günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”( Ali İmran, 3/195)
 
Peyğəmbərimiz (s.ə.s) də peyğəmbər olmağına baxmayaraq şəhid olmağı arzulamış və bir hədisində, “…Muhammədin (s.ə.s) canı qüdrət əlində olan Allaha and olsun ki, nə qədər arzu edirəm, Allah yolunda səfərə çıxan hər orduya qoşulum, hər döyüşə gedən orduya qatılım və layiqincə mücahidə edəndən sonra öldürülüm. Sonra Allah məni yenidən diriltsin, yenə öldürülüm, sonra yenə diriltsin, yenə öldürülüm”.[8]– buyurmuşdur.
 
Şəhidləri üç qrupa ayrılır: 1. Həqiqi şəhid, 2. Dünya şəhidi, 3. Axirət şəhidi.[9]
 
Həqiqi şəhid
 
Həqiqi şəhidə dünya və axirət şəhidi də deyilir. Bu qrupa qeyri-müsəlmanlarla və ya quldurlarla döyüşdə, malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən, zülm və haqsızlıqla öldürülənlər aiddir. Müharibədə yaralanan və bu yara səbəbilə (başqa yerə aparılmadan) elə həmin yerdə ölənlər də bu qrupa aiddir.[10] Bunlar həqiqi şəhidlərdir. Heyz, nifas və cünubluqdan təmiz olaraq şəhid olanların üstündəki kürk, palto, gödəkcə, silah, məst və buna oxşar şeylər çıxarılır cənazəsi yuyulmur, kəfənlənmir və qanlı paltarları ilə dəfn olunurlar. Hədisdə: “Şəhidləri yumayın. Çünki hər yara və hər qan damlası qiyamət günü ətrafa müşk qoxusu saçar.”[11]– buyrulmuşdur. Hz. Peyğəmbərin əmri ilə Uhud şəhidləri yuyulmamış, qanlı patlarları ilə dəfn olunmuş və onlara cənazə namazı[12] da qılınmamışdır.[13]
 
Həqiqi şəhid sayılmaq üçün aşağıda sadalanan şərtlər olmalıdır:
 
Müsəlman olmaq.
 
Mükəlləf olmaq.
 
Təmiz olmaq.[14]
 
Zülmə məruz qalaraq öldürülmək.
 
Yaralandığı yerdə şəhid olmaq.
 
Qan bədəlinin olmaması.
 
Dünya şəhidi 
 
İnsanların şəhid bildiyi hər kəs əslində şəhid deyildir. Allah yolunda mübarizədə iştirak eləməyinə baxmayaraq, Allah rizası üçün yox, hər hansı başqa məqsəd üçün öldürülənlər dünya şəhidi sayılır. Ancaq onların həqiqətən şəhid sayılıb sayılmadığını Allah bilir. Dünyəvi olaraq şəhid statusunda olduqlarına görə, həqiqi şəhidə aid hökmlər dünya şəhidi üçün də keçərlidir. Bu cür şəhid olanların həqiqi məqsədini ancaq Allah bilir. Əgər məqsədləri həqiqətən Allah rizasını qazanmaq olmayıbsa həmin şəhidlər axirət müafatından məhrum olarlar. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurur: “Qiyamət günü ilk hesaba çəkilən bir şəhid olacaq. Hesaba çəkilmək üçün Allahın hüzuruna gətiriləcək. Allah-Təala verdiyi nemətləri ona xatırladacaq, o da bunların verildiyini etiraf edəcək. Allah: “Yaxşı, bütün bunların əvəzində sən nə etdin?” – buyuracaq. O da: “Şəhid olanacan Sənin yolunda cihad etdim”, – deyə cavab verəcək. Bu zaman Allah buyuracaq:
 
– Yalan deyirsən! Sən, sənə “necə igid adamdır” desinlər deyə vuruşdun və elə də dedilər”.
 
Sonra əmr edəcək ki, onu Cəhənnəmə atsınlar…[15]
 
Allah Rəsuluna (s.ə.s) müharibdə iştirak edən şəxslərin haqqında soruşmuşlar. “Bəzi insanlar qənimət, bəziləri məşhur olmaq, bəziləri göstəriş üçün vuruşur, bunların hansı Allah yolundadır? Allah Rəsulu (s.ə.s) “Kim Allahın adının ucalması uğrunda döyüşə iştirak edərsə o, Allah yolundadır.”[16]
 
 Axirət şəhidi
 
Həqiqi şəhidlərdə olan şərtlərdən ən az birini daşımayan və dünya şəhidi qrupuna aid olmayan şəhidlər axirət şəhidi sayılırlar. Döyüşdə yaralanan və həmin yerdə ölməyən, yeyib-içdikdən, dərman qəbul etdikdən və üstündən bir namaz vaxtı keçdikdən sonra başqa yerdə həyata göz yumanlar bura daxildir. Müxtəlif hədislərdə Allah Rəsulunun (s.ə.s) xəbər verdiyi, müəyyən səbəblərdən ölənlər də bu qrupa daxildir. Axirət şəhidlərinə cənazə üçün lazım olan bütün qaydalar tətbiq olunmalıdır. Yəni yuyulmalı, kəfənlənməli, cənazə namazı qılınmalı və dəfn olunmalıdır.
 
(Davamı var)
 
Mənbələr:

[1] Buxari, Cənaiz, 75; Məğazi, 26.

[2] Əzhəri, Təzhibul-lüğa, VI, 73.

[3] Zəbidi, Tacul-arus, VIII, 255.

[4] Zəbidi, Tacul-arus, VIII, 255.

[5] Tirmizi, Hakim, İbni Macə, İbn-Hüzeymə, Təbərani, Beyhəqi.

[6] Buxari, Cihad, 6; Müslim, İmarə, 108, 109; Nəsai, Cihad, 33.

[7] Buxari, İman, 26; Müslim, İmarə, 103, 107; Nəsai, Cihad, 18, 30.

[8] Müslim, İmarə,103.

[9] Vehbe Zühayli, İslam fıkhı ansiklopedisi, III, 106.

[10] Hz. Ömər və Hz. Əli yaralanandan sonra başqa yerə aparılmış və aparıldıqları yerdə vəfat etmişlər. Bu səbəbdən onların cənazəsi yuyulmuşdur. Hz. Osman isə yaralandığı yerdəcə şəhid olmuş, buna görə də onun cənazəsi yuyulmamışdır. (Mehmed Zihni, Nimetil-İslam, 618).

[11] Əhməd ibn Hənbəl, Müsnəd, III, 299.

[12] Maliki, Şafei və Hənbəli məzhəblərinə görə şəhidlərin cənazə namazı qılınmır. Hənəfi məzhəbinə görə isə qılınır.

[13] Əhməd ibn Hənbəl, Müsnəd, III, 299, V, 431; Nəsai, Cənaiz, 82, Cihad, 37.

[14] Hənəfi məzhəbinə görə cünub, aybaşı və nifas halında ölənlər həqiqi şəhid sayılmır, belə şəxslərin cənazəsi yuyulmalıdır. Digər məzhəblərə görə isə, şəhidlik insanın mənəvi kirlərini də təmizləyicidir. Bu səbəbdən bu vəziyyətlərdə şəhid olanların cənazəsini yumağa ehtiyac yoxdur.

[15] Müslim, İmarə, 152; Nəsai, Cihad, 22.

[16] Buxari, Cihad, 15; Tövḥid, 28; Müslim, İmarə, 149-151

 
Meneviyyat.az
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər