“Azərbaycan xalqı çox minillik tarixində yeni millət və dövlət təqviminin birinci ilini qeyd edir”
Oxunub: 1711
28 Sep 2021 | 12:01
“Azərbaycan xalqı çox minillik tarixində yeni millət və dövlət təqviminin birinci ilini qeyd edir”
Vətən müharibəsinin bir ili qarşısında memorial.az-yaddaş kitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir. 2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladlarıdır.Adları, təvəllüdləri, ulduzları fərqlidir, lakin hamısı bir bayrağın ulduzuna çevrilib Vətən üçün eyni mərtəbəyə yüksəliblər.Dünən Bakının baş meydanında prezident İlham Əliyev və hörmətli Mehriban xanımın başı üzərində qaldırdığı şəhidlər göyün üstündə olduqlarını sübut etdilər.
Bəli, Azərbaycan xalqı çox minillik  tarixində yeni dövlət və millət təqviminin birinci ilini qeyd edir. Milad və hicri təqvimi kimi 44 gün bir millətin yenidən yaradılışı, Dirilişidir! Qara haşiyəyə alınmış tarix və məğlubiyyət səhifələri artıq qapanıb, 27 sentyabr Anım günü ilə Zəfərin mövludu başlayıb.
 27 sentyabr 2020-ci il tarixi milli səfərbərliyin ən yüksək zirvəsi, xalqımızın çoxəsrlik arzularının gerçəkliyə çevrildiyi dönüş anıdır. Ulu öndər Heydər Əliyev  deyirdi:“Azadlığa nail olmaq üçün milli ruhun canlanması lazımdır ”. 1993-cü ilin xilaskarlıq missiyası 27 ildən sonra ölkəmizə yeni qələbələr gətirdi.Prezident İlham Əliyevin 17 ildə Ermənistanın başı üzərində tutduğu siyasi, iqtisadi, mədəni, diplomatik Dəmir Əl  27 sentyabrda Silahlı Yumruğa çevrilərək düşməni məğlub etdi və təkcə torpaqlarımızı deyil, yaşadığımız regionu da millətçi faşizmdən və separatizmdən qurtardı. Azərbaycanın  və azərbaycanlıların dünyada formalaşan yeni nümunəsi-ədalətsizliklə barışmayan və sonda qalib gələn xalq və dövlət obrazı xarici işğallar altında qalan islam ölkələri, o cümlədən, separatizmdən əziyyət çəkən dövlətlər üçün bir simvola çevrildi.Heç şübhə etmirik ki, dünyanı və regionumuzu dəyişdirən 44 günün əks-sədası hələ uzun sürəcək. Lakin ən böyük nəticə Haqqın təntənəsidir. Azərbaycanın hərbi Zəfəri dünyada ədalət istəyən hər bir xalqın və dövlətin qələbəsidir. Ona görə də 27 sentyabr tarixində verilən döyüş əmri Ali Baş Komandanın qərarları sırasında hər zaman öncüllüyünü qoruyacaq! Eləcə də, Birinci şəxsin diplomatik, siyasi, informasiya səngərində savaşı, xüsusilə dünən olduğu kimi xalqa müraciətləri dünyada müharibə liderliyini öyrənənlər üçün qiymətli mənbə olacaq. 
Gəlin bir daha vurğulayaq ki, son 30 ildə Şəhidlər Xiyabanı millətimizin təkcə azadlıq simvolu, əbədi ziyarət yeri deyil, həm də düşmənə qarşı mənəvi səfərbərlik və milli birlik ünvanı oldu.Ona görə Şəhidlər Xiyabanı həm də Zəfər Abidəsidir, çünki müqəddəs amalları və əməlləri qalib gəlib!
Biz döyüş meydanlarında canını verən oğulları anarkən, Gəncə və Bərdəyə, Tərtər və digər şəhərlərə vurulan zərbələrə sinə gərənləri də eyni ehtiramla anırıq.Min illərdir bir xalqa, mədəniyyətə, dilə və məsləkə malik olanların sırasından qurban gedənlərin hamısı  dəyərlidir, unudulmazdır, ehtirama layiqdir. Qələbəmizin bir ili qarşısında hesabat verərkən, “Böyük Qayıdış”, “Böyük Quruculuq” və “Böyük Azərbaycan” idealını fərəhlə qeyd edirik.Əgər Qayıdış başlanırsa, bir daha o torpaqlardan millətimizi heç bir qüvvə çıxara bilməyəcək!
İndi qətiyyən şübhə yoxdur ki, düşmən hansısa partiyanı, hakimiyyəti, siyasi şəxsi deyil, məhz dövlətimizin məhvini, millətimizi özünə tabe etməyi hədəf seçmişdi.Lakin Azərbaycan xalqı döyüş meydanlarında bir qüvvəni-erməni faşizmini məğlub etdi.
 Bir il əvvəl hamı nəfəs saxlayıb Ali Baş Komandanın hər qarış Vətən torpağı üçün xoş müjdələrini gözləyirdi.Suqovuşandan Xudafərinə, Ağbənddən Şuşa zirvəsinə qədər hər yerdə torpağa sancılan Azərbaycan bayraqları əcdadlarmızın ayaq izləri ilə gedən oğulların “böyük qayıdış” nişanıdır! Bəli, Şəhidlər millətin kimlik pasportu, tanıtım şəklidir! Əgər Dövlət və Bayraq varsa, şəhidlər də yaşayır, demək! Ali Baş Komandanın və hörmətli Mehriban xanımın ordumuzla çiyin-çiyinə addımlaması, onların qürur və itkisini qəlbən yaşamaları, analara ürək söykəyən Birinci xanımın sonsuz mərhəmət hissi əsil dövlət, ailə və nəciblik nümunəsidir. 
Bəli, ordumuzun içərisində on minlərlə döyüşçü can atdıqları şəhər və kəndlərdə, evlərdə bir dəfə də olmamışdılar, o yerləri görməmişdilər, lakin Vətənə və Torpağa məhəbbət, düşmənə nifrət hissi onları birləşdirdi.On illər boyu, beynəlxalq arenalarda rəqiblərinə qalib gələn, istər tatami üzərində, istərsə də siyasi meydanlarda düşməni məğlub edən, eləcə də Kosovadan, İraqdan Əfqanıstana qədər xilaskarlıq missiyasında iştirak edən oğullar 70 mindən artıq orden və medalı daşıyan güclü və qalib Qafqaz ordusu olduqlarını hamıya sübut etdilər.
Gəlin, birlikdə deyək: şəhidlərimiz vahiddir! Müharibədə siyasi və sosial, etnik və milli fərqlər, yaş və coğrafiya ayrılıqları yox olduğu üçün şəhidlər millətimizin birlik simvoludur.Onları partiyalara, regionlara, sosial statuslarına görə deyil, bir məqsədə-Vətən amalına görə tanımalı və təbliğ etməliyik.Bəli, xalqımızın II Qarabağ müharibəsindəki qəhrəmanlığının dərin tarixi kökləri var.İki dəfə Fəxri legionçu adını almış Əliağa Şıxlinskidən ikiqat Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovadək, düşmən qarşısında məğrur dayanan Şirin Mirzəyevdən yenilməz Polad Həşimovadək, başını dik tutan Əliyar Əliyevdən göylər qartalı Zaur Nudirəliyevə qədər hamısı vahid bir xalqın ümumiləşmiş obrazıdır.1-ci Qarabag müharibəsinin simaları, 2016-cı ilin aprel döyüşünün abidəyə çevrilən böyük adları, ən nəhayət, 8 noyabr Zəfərini yaradan və yazan oğullar bir millətə və dövlətə mənsubdur.
 Ötən il bu vaxt arxa və ön cəbhə birləşdi.Millətin düşmənə qarşı səngəri vahid oldu-tikəsini əsgərlə bölüşən hər bir insan, yaralıya qanını verən istənilən soydaşımız, evini və isti ocağını paylaşan hər bir ailə  ordumuzla eyni sırada döyüşdü. Müharibə başlayanda onun nə qədər sürəcəyi bəlli deyildi.Ona görə də savaş təkcə gənclərimizi deyil, həmçinin onların quracağı yeni ailələri, doğulacaq sabahkı övladları da əlimizdən alıb.Lakin qanını torpağa verən oğulların əvəzinə vətən və azadlıq, sevinc və bütövlük doğulub.Ona görə də 8 noyabr həm də yeni müstəqillik günümüzdür.Çünki Azərbaycan xalqı öz azadlığını tam ərazi bütövlüyü çərçivəsində elan edə bilməmişdi.
İndi düşmənin 90-cı illərdə azərbaycanlıları öldürdüyünə görə qəhrəmana çevirdiyi minlərlə işğalçı əsgər və zabiti Ermənistan siyasi liderlərinin avantüralarına qurban gedən şəxslər kimi əvvəlki yüksək status və titullarını itiriblər.26 sentyabra qədər igidliklərindən bəhs edənlərin geri sayımı başlayıb.Prezident İlham Əliyevin, o adamlara “çıxarın ordenləri” çağırışı məhz ədalətsiz qələbə ilə öyünənlərə verdiyi tarix dərsidir. Erməni xalqını 1915-ci ildə saxlamağa çalışanlar yüz ildən sonra da irəliyə və barışa deyil, daimi məğlubiyyətə aparan siyasətin önündə gedirlər və dünən İrəvanda anım mərasiminə toplamışdılar.   
Bir daha tədbirimizə qayıdaraq, ölkə rəhbərinin “tarixi yaddaş” siyasəti haqda dediklərini unutmayaq. Sitat:”bu gün bizim yaşadığımız günlər, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.Biz tarix yazırıq. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq.Bu, Zəfər tarixidir”.Bəli, ötən minillikdən miras qalan müharibəni XXI əsrdə qazanmaq, qalib dövlət statusunu əldə etmək, işğala məruz qalan ölkələr üçün inam simvoluna çevrilmək Qələbəni əvəzsiz resursa çevirməyi tələb edir. 
Lakin qələbəmizə qəsd planları müstəqilliyimizin 30  və Zəfərimizin bir ili qarşısında milli ruhun görünməmiş yüksəlişini və qurucu enerjisini azaltmaq cəhdləri hər gün artır. Müharibədən çıxan bir ölkənin üzləşdiyi bütün problemləri siyasiləşdirmək, Qələbənin müqəddəsliyinə kölgə salmaq və onu kiçiltmək  səyləri geniş vüsət alır.Döyüş meydanlarında qazandığımız qələbəni mənəvi, siyasi, informativ və digər platformalarda oğurlamağa cəhd edirlər. 
 Qalibiyyət tarixi “yaddaş siyasəti” ilə qorunub hifz olunur.Tarixi yaddaşın əksi-unutanlıqdır. Ona görə də müharibələrin xalqın mənəvi-siyasi kimliyinə göstərdiyi misilsiz təsir gücünü nəzərə alan dövlətlər tarix, anım, hərbi qələbələrin daşlaşdırılması və gələcək nəsillərə ötürülməsini bir nömrəli məsələyə çevirir.İndi yaradılan elektron resurs bu yöndə xeyirxah təşəbbüsdür!
Zəfər tariximizin yüz illər sonrakı gələcəyimiz üçün yaddaşlara yazılması ilə bağlı Prezidentin çağırışına cavab olaraq “Tarixi Yaddaş Mərkəzi”ni yaradılması məqsədəuyğun olar.Azad olunmuş torpaqlarda yaddaş məkanlarının seçilməsi müstəsna əhəmiyyət kəsb edir. Prezidentin Şuşada hər daşa, abidəyə tarixin yadigarı kimi həssas münasibəti təkcə Vaqifin, Üzeyirin, Bülbülün öz mərtəbələrinə qayıdışı deyil, itirilmiş tariximizin  bərpası deməkdir.  
Yekunda bir daha vurğulayaq ki, Şəhidlər bizim bu torpaqda yaşamaq, yaratmaq haqqımızı, azərbaycanlı adlanmaq, bu adla və soyadla tanınmaq hüququmuzu gerçəkləşdirdlər.Ona görə də biz qəhrəman oğulları unuda bilmərik. Keçmişini  unudan onu yenidən yaşamağa məhkumdur.Xatırlandqıca, ehtiram göstərildikcə, deməli, biz də varıq, yaşayırıq və həmişə qalib gələcəyik.
Bir sözlə, özünün min illik tarixində xalqımızın verdiyi qurbanlar, o cümlədən, Azərbaycan Demokratik respublikasının istiqlaliyyəti uğrunda və 20 yanvar müstəqllik yolunda həyatını itirənlər, “26 fevral Xocalı”dan 10 noyabr Zəfər gününə  gətirən qüvvələrə qədər hamısı qürurlu tariximiz arasında dərin qan bağları yaradan insanlardır.
Müharibələr göstərdi ki, bizim bir vətənimiz, bir dövlətimiz və bizi Qələbəyə gətirən bir liderimiz var!
İnanırıq ki, hər bir azərbaycanlı Zəfərimizin möhkəmləndirilməsi, onun yeni hədəflərə çatmasında Vətən müharibəsi şəhidlərini özünə ideal seçəcəkdir!
 
Zahid Oruc, Millət vəkili, STM rəhbəri
Oxşar xəbərlər
16:02, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - FOTO
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:49, Bu gün
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirildi - YENİLƏNİB + FOTO
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
GÜNLÜK
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər