"İsrail özü durmayınca, durduracaq güc isə hələ ki, üfüqdə görünmür"
Oxunub: 1108
17 May 2021 | 12:49
Azərbaycan savaşda ona görə arzularımızdan da irəli nəticəyə vardı ki, ortada həm də yaxşıya doğru dəyişən Türkiyə-Rusiya münasibətləri var idi. Bu münasibətlər ortaq maraqları müəyyənləşdirməkdə işə yaradı və tarixin bu dönəmində Azərbaycana öz problemini həll etməyə imkan yaratdı.
 
Təbii ki, Azərbaycan liderinin iradəsi və çevik diplomatik zəkası həlledici amil idi, təbii ki, Azərbaycan ordusunun fədakarlıq motivasiyası möhtəşəm idi, ancaq bunun arxasında tamamlayıcı amil məhz bu regional güc mərkəzlərinin bir-biri ilə maraqlarını soyuq başla müzakirə etmək fürsəti dururdu. Münasibət qaydasında olmayanda müzakirə də mümkünsüz olur. Türkiyə ordusunun savaş başlamadan öncə Azərbaycanda birgə təlimlərdə iştirakından tutmuş, savaş sürəcində veriən dəstəyə qədər, ardınca da Rusiya hərbçiləri ilə birlikdə müşahidəçi statusunda bölgəyə yerləşməsi faktı da yuxarıda qeyd olunanların təsdiqi kimi anlaşıla bilər.
 
Fələstin məsələsinə də bu baxış bucağından boylanmaq daha doğru olmazdımı? Kimsəyə sirr deyil ki, “Hamas”ın ən böyük hərbi-texniki dəstəyi İrandan və “Hizbullah”dan gəlir. Din təəssübkeşliyi baxımından bunlara irad bildiriləsi hansısa məqam olmasın gərək. Türkiyə də  həm rəsmi səviyyədə, həm də müsəlman həmrəyliyi nümunəsi olaraq “Hamas”a və Qəzza anklavına siyasi dəstək verir. Burada da anlaşılmaz bir şey yox. Ancaq İsraillə Fələstinin siyasi, hərbi, infrastruktur fərqlərinin nə qədər böyük olduğunu anlatmağı da burada artıq sayıram. Elə son hadisədə gözlənildiyi kimi “Hamas”ın atdığı çoxsaylı raketlərdən yalnız bir neçəsi İsrailə zərər yetirə bildi. Sirli günbəzi yarıb keçməyəcəyi öncədən də bəlli idi. Həmi günbəzin dəyərini Bakıda rahat mürgüləyənlər deyil, Gəncədə xarabazarı görənlər daha yaxşı bilirlər.
 
Əvəzində isə İsrailin qurudan, dənizdən, havadan vurulan raket zərbələri ilə Qəzza yerlə-bir olmağa başladı. Bu məsələdə əlbəttə, İsrailin göstdiyinə “ölçüsüz güc istifadəsi” deyilir və bəlkə də insanlıq nöqteyi nəzərindən əsaslandırılması çətin məsələdir. Bununla belə, adamların öz baxış bucağı var və ölkələri üçün təhlükə saydıqları hər bir addıma onqat ağırlıqla cavab verməyi dövlət siyasətinin “olmazsa olmazı” deyə görürlər. Anlaşılan budur ki, İranın qızışdırıb işə saldığı “Hamas”ın vəziyyətdən çıxış imkanı yoxdur, eləcə də Türkiyənin gündəmə gətirdiyi “İsraili durdurmaq” çağırışları uzaqdan səslənən söyüşdən və təsəllidən başqa bir iş yaramamaqdadır. İsrail özü durmayınca, durduracaq güc isə hələ ki, üfüqdə görünmür. BMT-zad boş şeydir, beş ölkənin əlində oyuncaq qurum kimi ayrılan büdcəni iclaslara xərcləyib öz məmurlarının komfortunu təmin etməklə yetinir. Həmin BMT-dir ki, bizə də dörd qətnaməsini təsəlli üçün göndərmişdi, Ermənistan kimi cuppulu dövlət belə bu kağız parçasına sonadək əhəmiyyət vermədi. Məcbur olduq özümüz həmin qətnaməni icra etməyə. İndiyədək Fələstin məsələsi ilə bağlı onlarla qətnamə qəbul edib, bircə bəndini belə reallaşdıra bilməyiblər. On minlərlə insanın evsiz-eşiksiz qalması, yüzlərlə insanın ölümü sadəcə bir müsəlman olaraq deyil, insan olaraq içimizi sızladır, ancaq əlimizdən gələn bir iş də yox. 
 
Burada doğru siyasətin nə olduğunu daha dərindən anlamış olursan. Düşünək ki, bölgədə əsas güc mərkəzləri olan Türkiyə ilə İsrail çox yaxın münasibətlərə malikdir. Hadisələr bu masştabda baş verərdimi? Əlbəttə, kiçik insidentlər bu barışmaz iki toplum arasında həmişə mövcud olmuş və olacaqdır. Ancaq bu qədər ölümünə yox etmə iddiasını önləmək üçün dialoq qapısı bütün hallarda açıq olacaqdı. Yaxşı münasibət, həm də maraqların vaxtli-vaxtında qarşılıqlı çatdırılması və qorunması deməkdir. Türkiyə İsrailə söz deyə bilmir, İran İsrailə söz deyə bilmir, üstəlik də sahədə məsələyə müdaxilə etməyə də imkanları yetmir. Əvəzində isə ildən-ilə Fələstin problemi daha ciddi şəkildə düyünlənir. Yeni siyasətə keçid, reallıqlara uyğun davranış da mənimsənilmədiyinə görə, bombaların altında insanların gələcəyi məhv olmağa davam edir. Bir yanda da iqtisadi, texnoloji baxımdan çiçəklənən İsrail reallığı gözlərinin önünə dikilir. Vaxtinda fürsətlərin doğru dəyərləndirilməməsinin yekunu belə də olmalıydı. Məsələnin oradan-buradan qızışdırmaqla deyil, gedən can fələstinlinin canıdır, onu qeyri-bərabər savaşın qurbanına çevirməklə nə Qüdsün, nə də Məscidi-Aksanın taleyində bir dəyişiklik etmək mümkündür. İndi görün ki, doğru proqnozlaşdırılmayan bir siyasət nə deməkdir. 
 
Türkiyə bizim qardaşımız, İsrail də, Fələstin də bizim dostumuzdur. Bir az aşırı olaraq bəziləri ermənipərəst Fələstin obrazı yaratmağa çalışırlar, əslində bir neçə ermənipərəstlik epizodunu yəhudilərin də içində tapmaq mümkündür. Bunu ümumi şəkildə Fələstinin bizə qarşı davranışı kimi təqdim etmək ədalətsizlikdir. Bir də biz məzlumun haqqını tanımazdan gələn bir davarnışı da özümüz üçün məqbul saya bilmərik. Bu məzlum müsəlman olmaya da bilər, enində-sonunda Qəzzada evi dağılan, qətlə yetirilən insandır axı... 
 
Eyni zamanda biz Türkiyə ilə İsrailin qarşıdurma, nifrət ritorikasında bir-birini linç etməsini qətiyyən arzulamırıq. Bu bizm də ziyanımızadır. Hansı ki, bir neçə il öncə Türkiyə-Rusiya münasibətlərində gərginliyin pik həddinə çatmasından ən çox narahatçılıq keçirən ölkə Azərbaycan idi. Məhz bu münasibətlərin qaydaya salınması nəticəsində böyük bir tarixi problemimizin həlli üçün fürsətlər yarandısa, bu baxış bucağından da Türkiyə-İsrail münasibətlərinə yanaşmamız daha məntiqli olmazmı?
 
Bizdə yanlış düşüncə əsasən harada özünü büruzə verir? Biz dövlətlərə insan və ya xalq kimi yanaşmağa çalışırıq. Halbuki, heç bir dövlət bütövlükdə hansısa insanın və ya xalqın duyğuları ilə idarə olunmur. Rusiyada idarəedicilər arasında başlayıb özbəöz rus axtarsan xeyli çətinliklə qarşılaşacaqsan. Rusiya mütləq şəkildə başlayıb rus xalqının iradəsini gerçəkləşdirsə, o zaman gərək məmləkətdə rusdan başqa millət yaşamasın. İsraildə də yəhudilərlə bərabər ərəblər və başqa dindən olan insanlar yaşayır. Eləcə də Azərbaycanda olduğu kimi mozaik və etnik kültür əksər dövlətlərdə, o cümlədən Türkiyədə də bir reallıqdır. Demək ki, dövlətlərə öz dövlətinin marağı kontekstindən yanaşmalısan. Yəni ilk növbədə bizdə Aərbaycan mərkəzli yanaşma olmalıdır. Necə ki, biz də İrana da, İsrailə də belə yanaşırıq. Əks halda İranda yaşayan milyonlarla hüquqsuz azərbaycanlının marağından yanaşsaq, o halda gərək bu qonşu dövlətlə münasibətlərimizdə hər zaman gərginliklər yaşansın. Biz torpağı işğal altında olan dövlət statusumuzu yenicə dəyişmişik və haqlı olaraq dövlətlərə münasibətlərdə üç baxış bucağını önə çəkirdik:  düşmənimizə dəstək verənlər, bizə dəstək verənlər və neytral qalanlar. Bizə dəstək verən ölkələrin başında heç şübhəsiz qardaşımız, canımız-qanımız bir olan Türkiyə gəlirdi və gəlir. Bununla yanaşı bizə həm savaş, həm də informasiya platformasında dəstəyini əsirgəməyən az sayda dövlətdən biri də İsraildir. Kiminsə dini baxışı haqlı və ya haqsız formada yəhudu antipatiyası üzərində qurula bilər, ancaq biz İsraillə yəhudi dövləti kimi deyil, bizə dəstək verən, yeni texnologiya silahlarını satan və savaşda qalib gəlməmizdə rolu olan bir dövlət kimi baxırıqsa və buna görə dost dövlət hesab ediriksə, qafası qonşu ölkələrdən idarə olunanların məqsədyönlü təbliğatına alət olanlar bir daha bu mövzuda ciddi düşünməlidirlər.  
 
"Bu məsələdə biz kimin yanında olmalıyıq?" sualına çox zaman cavab verirlər ki, əlbəttə, ədalətin yanında olmalıyıq. Ancaq etiraf edək ki, biz də bəri başdan məsələyə müsəlman təəssübkeşliyi ilə və ya yəhudi antipatiyası ilə yanaşmaqla ədalətli olduğumuza özümüzü inandırmamalıyıq. İnsan ədaləti ilə İlahi ədalətin nisbilik və mütləqlik fərqini anlamadan ədalət qoruyucusu olmaq iddiasına aludəçiliyin insanlığa bir faydası olmaz. Stefan Sveyq böyük dühaydı və “Erazm Roterdamskinin triumfu” əsərinə bu iqtibasla başlayırdı: “Erazm kimin yanında idi?” soruşurdular. Yəni o zaman alovlanan Papa və Lüther davasında mövqedən söhbət gedirdi. Müdriklər cavab verdilər ki, “o, həmişə olduğu kimi özüyləydi”. Duyğularımız nə olursa olsun, siyasətdə Azərbaycanla olmalıyıq, yəni özümüzlə. 
 
Məhz Azərbaycandan boylanaraq "Allah bütün məzlumlara yardımçı olsun, zalımları da islah etsin", deyirik.
 
Fazil Mustafa, Millət vəkili
Oxşar xəbərlər
N.Tusi adına Klinika
09:13, Bu gün
"Paşinyanın Azərbaycan və Türkiyəyə münasibətinin çox da dəyişəcəyi qənaətində deyiləm”
09:13, Bu gün
Sürprizlər ola bilər: "Yenidən qapanmaya gedə bilərik"
09:09, Bu gün
Bu gün terrorçu silahlı birləşmənin üzvü olan daha 13 erməninin məhkəməsi başlayır
08:25, Bu gün
Məkkədə Zəm-zəm suyunu robotlar satmağa başladı...-FOTOLAR+VİDEO
07:39, Bu gün
"Allah bu adamlar üçün cəhənnəmi elə bu dünyada hazır edər..."
00:35, Bu gün
Cəbrayılın gələcəyi – Onu belə görmək istəyirik...
00:28, Bu gün
""Fulya" filmində Azərbaycanın şəhid jurnalistləri yaddan çıxmayacaq, xatırlanacaq"
21 Jun 2021 | 23:19
"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
21 Jun 2021 | 23:12
Goranboyda gənc qadın dərmandan zəhərlənib
21 Jun 2021 | 23:11
İranın yeni prezidenti Baydenlə görüşdən imtina etdi
21 Jun 2021 | 22:36
Niderlanddan darmadağın, Avstriya 1/8 finalda
21 Jun 2021 | 22:04
Moderator.az-ın redaktoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müsabiqəsində birinci oldu
21 Jun 2021 | 22:00
Paşinyanın tərəfdarlarının mitinqində ABŞ bayrağı qaldırıldı - VİDEO
21 Jun 2021 | 21:59
Xankəndində  gərginik - ermənilər Araikin istefasını tələb etdi…-FOTOLAR+VİDEO-YENİLƏNİB
21 Jun 2021 | 21:57
Niyam Salami restoranında toy etdi, 5 min cərimələndi
21 Jun 2021 | 21:54
Bakıda çoxmərtəbəli binada dəhşətli yanğın - VİDEO
21 Jun 2021 | 21:52
"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"
21 Jun 2021 | 21:12
Van Dammın oğlu nikahından yeni fotolar paylaşdı - FOTO
21 Jun 2021 | 21:09
Generalımız Moskva səfərinin əhəmiyyəti: “Qarabağın təhlükəsizliyində... ”
21 Jun 2021 | 21:01
“Caliber” Ermənistandakı parlament seçkilərinin nəticələri barədə... – VİDEO
21 Jun 2021 | 21:00
Ərdoğan: “Yaxın zamanda Azərbaycanla bir çox anlaşma imzalayacağıq”
21 Jun 2021 | 20:34
Şoyqu Arutyunyanla Zəngəzuru müzakirə etdi
21 Jun 2021 | 20:27
"İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir"
21 Jun 2021 | 20:23
İsrail XİN başçısının BƏƏ-yə tarixi səfəri gələn həftə olacaq
21 Jun 2021 | 20:16
DİN əməliyyat keçirir, İcra Hakimiyyətinin işçiləri dindirilir
21 Jun 2021 | 19:54
Sarkisyan əvvəlki idarəetmə formasına qayıtmağı təklif edir
21 Jun 2021 | 19:50
Consondan korona açıqlaması: Ayın 19-da son nöqtəni qoyuruq
21 Jun 2021 | 19:48
Balakəndə polis əməkdaşı xidməti silahla özünü öldürüb - RƏSMİ
21 Jun 2021 | 19:06
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
21 Jun 2021 | 19:03
“Ermənistanın nicat yolu Azərbaycan və Türkiyə ilə normal münasibət qurmaqdan keçir”
21 Jun 2021 | 18:59
“Putin-Bayden görüşündə Ermənistan məsələsi ilə bağlı aliş-veriş olmuşdu...”
21 Jun 2021 | 18:49
MTRŞ internet TV-lərin lisenziya almadan fəaliyyət göstərib-göstərə bilməyəcəyinə aydınlıq gətirib
21 Jun 2021 | 18:46
İsrail PUA-ları “ələ keçirən” lazer sistemini sınaqdan keçirib - FOTO
21 Jun 2021 | 18:43
ABŞ hərbçiləri bomba ilə zəlzələ yaratdılar - VİDEO
21 Jun 2021 | 18:36
Qarabağsız “Qarabağ klanı” kimə lazımdır?
21 Jun 2021 | 18:16
“Azəriqaz” qazi və şəhid ailəsinin müraciətini təmin edib - VİDEO
21 Jun 2021 | 18:11
Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu
21 Jun 2021 | 18:01
Deputat AŞPA-ya səsləndi: "Bilməlisiniz ki, Qarabağı sıfırdan yaradıb, qururuq"
21 Jun 2021 | 17:51
Qorbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi...
21 Jun 2021 | 17:49
Azərbaycanda daha 28 nəfər COVID-19-a yoluxub
21 Jun 2021 | 17:48
Prezidentdən xüsusi, hərbi və diplomatik rütbələrlə bağlı FƏRMAN
21 Jun 2021 | 17:42
“Vurduğum erməni zabitinin oğlu demişdi ki, atamın qisasını alacam…” -  “Vur, komandir, vur”un qəhrəmanı…
21 Jun 2021 | 17:41
İranın yeni Prezidenti: “ABŞ bütün sanksiyaları ləğv etməyə borcludur”
21 Jun 2021 | 17:38
Berlində nasist terrorunun tarixi ilə bağlı yeni qurum yaradılır
21 Jun 2021 | 17:31
“Paşinyan bunu etməsə, ağır zərbələr alacaq”
21 Jun 2021 | 17:28
BMT-nin və nüfuzlu media qurumlarının Nyu-Yorkdakı binaları önündə azərbaycanlı jurnalistlər yad edilib
21 Jun 2021 | 17:28
Səməd Seyidov AŞPA-nı sərt tənqid edib
21 Jun 2021 | 17:26
Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ
21 Jun 2021 | 17:22
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edildi
21 Jun 2021 | 17:18
Rusiya XİN rəhbəri ATƏT-in baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edib
21 Jun 2021 | 16:59
Ruhani: “İran-Azərbaycan sərhədində xeyli müsbət dəyişiklik baş verəcək”
21 Jun 2021 | 16:55
Şəhid və qazi ailələrinin daha 11 üzvü Azərbaycan vətəndaşlığına qəbul edilib
21 Jun 2021 | 16:54
Yaşı 16-ya qədər 143 şəxsin adına əmək müqaviləsi mövcuddur - ƏƏSMN
21 Jun 2021 | 16:51
BDU-da “Qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair” təlimlər keçirilib
21 Jun 2021 | 16:49
ADU nəzdindəki Konfutsi İnstitutunda Çin mədəniyyəti müsabiqəsi keçirilib
21 Jun 2021 | 16:44
“Nar” “Breyn Rinq” yarışının çempionu oldu
21 Jun 2021 | 16:42
Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI
21 Jun 2021 | 16:33
Zakir Həsənov Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - FOTO
21 Jun 2021 | 16:31
“Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyirik”
21 Jun 2021 | 16:29
MEDİA-nın seminarları davam edir
21 Jun 2021 | 16:27
Хəzər dənizində 100-dən çox nərə balığı tutan şəxslər saxlanıldı - FOTO
21 Jun 2021 | 16:26
Rəisi ilk mətbuat konfransını keçirdi: “İran xalqı dəyişiklik tələb edir”
21 Jun 2021 | 16:24
Seçkidən sonra Ermənistan başında “Dəmir yumruq” görmək istəmirsə.... – ŞƏRH
21 Jun 2021 | 16:19
“20 iyun parlament seçkilərinin nəticəsi 44 günlük müharibənin özü ilə gətirdiyi məcburiyyətdən meydana çıxıb”
21 Jun 2021 | 15:48
“Zabit kimi döyüşçülər bir millətin bütün dünyada hörmətini yüksəldən adamlardı…”
21 Jun 2021 | 15:45
"Azərbaycanda anomal istilər olacaq, temperatur 44 dərəcəyədək yüksələcək..."
21 Jun 2021 | 15:23
Torpaqlarımızdakı erməni hərbçilər Xocavənddəki Bağırxan məbədimizdən nicat umdular... - FOTOLAR
21 Jun 2021 | 15:10
"Niyə ağbirçəklər, ağsaqqallar 13-14 yaşında qızları 30-35 yaşlı kişilərə elçiliyə gedirlər?"
21 Jun 2021 | 15:08
Almaniyada Rusiya xüsusi xidmət orqanlarında çalışdığı iddia edilən rus saxlanılıb
21 Jun 2021 | 15:05
Buşehr nüvə stansiyası texniki problem səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırdı
21 Jun 2021 | 15:01
“Paşinyanın məxməri inqilabdan polad inqilaba keçirik deməsi bununla əlaqədardı…”
21 Jun 2021 | 14:57
“Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam...” - Xalq şairindən maraqlı şeir...
21 Jun 2021 | 14:22
Bakıda 2 məktəb söküləcək
21 Jun 2021 | 14:19
Bakıda 19 məktəb direktoru işdən çıxarılıb
21 Jun 2021 | 13:58
Türkiyəli nazirdən Azərbaycanla birgə PUA istehsalı barədə AÇIQLAMA
21 Jun 2021 | 13:34
Laçının Qalaça kəndi - VİDEO
21 Jun 2021 | 13:34
"Mən xaraktercə unutqan insanam, amma Qarabağla bağlı heç nəyi unutmadım..."
21 Jun 2021 | 13:33
Ekspert: “İran anlayır ki, Azərbaycan Cənubi Qafqazda liderdir”
21 Jun 2021 | 13:31
Paşinyanın yenidən baş nazir seçilməsi Azərbaycan üçün nə deməkdir?
21 Jun 2021 | 13:25
Mələkxanım Əyyubovanın qızı nişanını qaytardı
21 Jun 2021 | 13:23
İlham Əliyev Pakistanın Quru Qoşunlarının komandanını qəbul etdi
21 Jun 2021 | 13:23
“Real” Madrid əfsanəvi kapitanına əvəz tapdı
21 Jun 2021 | 13:20
Mədəniyyət Nazirliyinin sabiq xidmət rəisinin həbs müddəti uzadıldı
21 Jun 2021 | 12:59
“Yəqin ki, “Vağzalı” səsi eşidəndə koronavirus qıcıqlanıb, camaatın üstünə cumur…”
21 Jun 2021 | 12:42
Paşinyan uddu, vecsiz və mənasız rus təbliğatı isə... - Kuznetsov
21 Jun 2021 | 12:29
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlandı
21 Jun 2021 | 12:11
Təşəbbüsün reallaşması üçün onun dəstəklənməsi də az rol oynamır – Nadir İsrafilov
21 Jun 2021 | 12:07
“Qafqazda savaşlar və köçlər” mövzusunda Beynəlxalq Konfrans keçirildi
21 Jun 2021 | 12:03
Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub
21 Jun 2021 | 12:00
“Təəssüf ki, o, Qarabağın işğaldan azad edilməsini görmədi…”
21 Jun 2021 | 11:50
“Biz toy olsun deməklə bizə kim qulaq asır ki?” - "Toylar kralı" gileyləndi...
21 Jun 2021 | 11:16
Britaniya şirkəti işğal dövründə Ağdamdakı minaları təmizləməklə məşğul olubsa? - XƏRİTƏ...
21 Jun 2021 | 11:06
“Ermənilər sadəcə bizi deyil, bütün türksoylu xalqları özlərinin düşməni hesab edir”
21 Jun 2021 | 10:59
Bərdədə bir inqilabçı xanım peyda olub: Rayonda təhsilalan da razı, təhsilverən də...
21 Jun 2021 | 10:51
"Bandotdel" sosial şəbəkələrdə onlayn yolla narkotik satan 27 nəfəri saxladı
21 Jun 2021 | 10:48
"Bu, Nikolun parlamentdə təkbaşına ağalıq etməsi deməkdir"
21 Jun 2021 | 10:47
Nazirlik 266 saxta əlillik sənədini Baş Prokurorluğa təqdim etdi...
21 Jun 2021 | 10:44
Azərbaycanda növbəti yumşalmaların vaxtı AÇIQLANDI - VİDEO
21 Jun 2021 | 09:57
Azərbaycana yay fəsli gəldi
21 Jun 2021 | 09:55
Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb
GÜNLÜK
21 Jun 2021 | 10:59
Bərdədə bir inqilabçı xanım peyda olub: Rayonda təhsilalan da razı, təhsilverən də...
21 Jun 2021 | 15:23
Torpaqlarımızdakı erməni hərbçilər Xocavənddəki Bağırxan məbədimizdən nicat umdular... - FOTOLAR
21 Jun 2021 | 11:16
Britaniya şirkəti işğal dövründə Ağdamdakı minaları təmizləməklə məşğul olubsa? - XƏRİTƏ...
21 Jun 2021 | 14:57
“Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam...” - Xalq şairindən maraqlı şeir...
21 Jun 2021 | 21:59
Xankəndində  gərginik - ermənilər Araikin istefasını tələb etdi…-FOTOLAR+VİDEO-YENİLƏNİB
21 Jun 2021 | 12:00
“Təəssüf ki, o, Qarabağın işğaldan azad edilməsini görmədi…”
21 Jun 2021 | 11:50
“Biz toy olsun deməklə bizə kim qulaq asır ki?” - "Toylar kralı" gileyləndi...
21 Jun 2021 | 11:06
“Ermənilər sadəcə bizi deyil, bütün türksoylu xalqları özlərinin düşməni hesab edir”
21 Jun 2021 | 13:31
Paşinyanın yenidən baş nazir seçilməsi Azərbaycan üçün nə deməkdir?
21 Jun 2021 | 12:59
“Yəqin ki, “Vağzalı” səsi eşidəndə koronavirus qıcıqlanıb, camaatın üstünə cumur…”
HƏFTƏLİK
18 Jun 2021 | 07:59
Ərdoğan Baydenlə görüşə hicablı tərcüməçi ilə qatıldı…-O xanım kimdir?..-FOTOLAR
21 Jun 2021 | 08:24
"Mən sülhə səs verən erməni xalqına təşəkkür edir, Nikol Paşinyanı isə təbrik edirəm..."
17 Jun 2021 | 17:06
“Bəlkə onun Baş nazir olmağım haqdakı təklifinə qəti razılıq versəydim, belə olmazdı...”
20 Jun 2021 | 07:43
"Koçaryan hakimiyyəti zəbt etsə, dərhal Laçın dəhlizində sərhəd qoşunlarını yerləşdirməliyik"
16 Jun 2021 | 16:48
Toy gecəsi intim münasibət zamanı bədbəxt hadisə
16 Jun 2021 | 12:28
"Mənə gün ərzində müştərilərlə ən azı səkkiz görüş təşkil edirdi" - 16 yaşlıdan inanılmaz etiraf
17 Jun 2021 | 13:27
“Oktyabrın 21-də Rusiya dedi ki, 102-ci bazadan 6 “Buk-M1” verməyə hazırdır, amma 5-i xarab idi”
16 Jun 2021 | 17:14
Bacısı ilə eyni gün, eyni yaş və hətta eyni çarpayıda vəfat edib, əsla evlənməyən alim... - VİDEO
17 Jun 2021 | 17:44
Yazıçılar İttifaqından qovuldu, peyğəmbərə görə ölüm fətvası verildi, küçədə qətlə yetirildi...
17 Jun 2021 | 09:12
Atası azərbaycanlı olan general Ağacanyan seçkilərdə Paşinyanı dəstəkləyir…
AYLIQ
21 Jun 2021 | 10:59
Bərdədə bir inqilabçı xanım peyda olub: Rayonda təhsilalan da razı, təhsilverən də...
21 Jun 2021 | 15:23
Torpaqlarımızdakı erməni hərbçilər Xocavənddəki Bağırxan məbədimizdən nicat umdular... - FOTOLAR
21 Jun 2021 | 11:16
Britaniya şirkəti işğal dövründə Ağdamdakı minaları təmizləməklə məşğul olubsa? - XƏRİTƏ...
21 Jun 2021 | 14:57
“Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam...” - Xalq şairindən maraqlı şeir...
21 Jun 2021 | 21:59
Xankəndində  gərginik - ermənilər Araikin istefasını tələb etdi…-FOTOLAR+VİDEO-YENİLƏNİB
21 Jun 2021 | 12:00
“Təəssüf ki, o, Qarabağın işğaldan azad edilməsini görmədi…”
21 Jun 2021 | 11:50
“Biz toy olsun deməklə bizə kim qulaq asır ki?” - "Toylar kralı" gileyləndi...
21 Jun 2021 | 11:06
“Ermənilər sadəcə bizi deyil, bütün türksoylu xalqları özlərinin düşməni hesab edir”
21 Jun 2021 | 13:31
Paşinyanın yenidən baş nazir seçilməsi Azərbaycan üçün nə deməkdir?
21 Jun 2021 | 12:59
“Yəqin ki, “Vağzalı” səsi eşidəndə koronavirus qıcıqlanıb, camaatın üstünə cumur…”