“Musa Yaqubun görüşünə dostum, şair Ramiz Qusarçaylı, onun dostu Əbülfət və qiraətçi Pünhan İsmayıllı ilə elə bil qanadlarımızla uça-uça getdik. Sözü, əqidəsi, amalı bir, yolundan sapılmayan, həmişə öz sözünü deyən şairin ziyarətində olduq”
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Musa Yaqubun görüşündən qayıdan Əməkdar artist Ağalar Bayramov deyib. A.Bayramov səfərlə bağlı öz xoş təəssüratlarını bizimlə bölüşüb:
Yonqar kimi yonmuş məni dövran, xəbərim yox".
Bu misraları Musa müəllimin qulağına pıçıldayanda başını bullayıb dedi ki, düz deyirsən. Şeirlərimi də alqışlayırdı. Çox xoş təəssüratlarla qayıtdıq. Elə bil ən böyük ziyarətgahı ziyarət edib gəldik. İki saat çox gözəl görüşümüz oldu. Musa Yaqub böyük şairdi. Yazdığı ilə əməlləri arasında uçurum olmayana əsl şair deyirlər. Musa Yaqub da belə şairdi. Onun poeziyası Məmməd Arazla bərabər, repertuarımda çoxdan-çoxdu. Allah ona cansağlığı versin”.
Vasif Əlihüseyn