Məkkəyə velosipedlə gedən səyyah:
266
08:42, Bu gün

Məkkəyə velosipedlə gedən səyyah: "Pulum qalmasa, Türkiyədə işləyib yoluma davam edəcəyəm" - VİDEO

Yorulanda dayanır, bir qədər piyada gedir, dincəlir və yenidən yoluna davam edir… Azuqəsi də elə velosipedinin üzərindədir.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, Özbəkistandan velosipedlə Ümrə ziyarətinə yola düşən zəvvar, Şirvan şəhərindən keçərkən təsadüfən yerli sakinlərlə qarşılaşıb.
 
Səyyah Qəhrəman Eşmirzəyev bildirib ki, məqsədi velosipedlə Səudiyyə Ərəbistanına - Məkkəyə çatmaqdır. O, ilkin olaraq Tacikistan, Əfqanıstan və İran marşrutu ilə hərəkət etməyi planlaşdırsa da, sərhədlərdəki məhdudiyyətlər səbəbindən marşrutunu dəyişmək məcburiyyətində qalıb. Bu dəyişiklik səyyahın təxminən 40 gün vaxt itirməsinə səbəb olub.
 
Yolboyu azərbaycanlılarla tanış olan səyyah, yerli sakinlərin onu səmimi qarşıladığını və süfrələrinə qonaq etdiyini bildirib. Qəhrəman Eşmirzəyev milli mətbəximizin yeməklərini xüsusilə bəyəndiyini qeyd edib.
 
Səyyahın sözlərinə görə, Türkiyəyə çatdıqda maddi vəsaiti tükənərsə, orada çalışaraq pul qazanacaq və yoluna davam edəcək.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər