Azərbaycan ilə Rusiya arasında münasibətlər daha da inkişaf edəcək - VİDEO
267
14:11, Bu gün

Azərbaycan ilə Rusiya arasında münasibətlər daha da inkişaf edəcək - VİDEO

“Azərbaycanın son onilliklər ərzində beynəlxalq hüquqa söykənərək bir sıra uğurlar əldə edib. Hadisənin baş verdiyi ilk gündən Azərbaycanın mövqeyi birmənalı olub.Rusiya, keçmiş müttəfiq respublikalardan birinin suverenliyini tanımaqla, bir daha Azərbaycanın müstəqilliyini qəbul etmiş olur.  Rusiya bu addımları atmaqda gecikərək beynəlxalq hüquqa uyğun davranmağa məcbur qaldı”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Real Telelviziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
 
Millət vəkili qeyd edib ki,  qarşılıqlı münasibətlərin gələcək inkişafında da müsbət irəliləyişlərin olacağını, çünki Azərbaycanın müstəqilliyinə zərər vermədən münasibətləri davam etdirmək istədiyini ifadə etdi.
 
“Beynəlxalq hüquq çərçivəsində inkişaf edən bu dialoq, iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşməsinə imkan tanıyacaq.Beləliklə, bu razılıq yalnız iki ölkə üçün deyil, regional sabitlik üçün də önəmli bir addım oldu.Ümid edirik ki, bundan sonra Azərbaycan ilə Rusiya arasında münasibətlər daha da inkişaf edəcək və qarşılıqlı anlaşma prinsipi bu münasibətlərin əsasını təşkil edəcəkdir.”- deyə Cavanşir Feyziyev bildirib.
 
Daha ətraflı videoda:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər