Yaşayış binalarında tullantılarla bağlı qadağa -
237
08:35, Bu gün

Yaşayış binalarında tullantılarla bağlı qadağa - "Qaydanı pozan 300 manat cərimələnəcək" - VİDEO

Mənzillərdən çıxan təmir tullantılarını və köhnə əşyaları zibil qutusuna, onun ətrafına atmaq qadağandır.
 
Bu qaydanı pozan şəxslər 300 manat məbləğində cərimə ediləcək.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir xəbərdarlıq Xırdalan şəhəri ərazisində qeydə alınıb.
 
Son günlər bəzi zibilqabılarının üzərində belə xəbərdarlıqlar qoyulub. Sakinlər bu plakatları son zamanlar gördüklərini və həmin qablara yalnız məişət zibillərini atdıqlarını deyirlər.
 
Bəs bu plakatları əraziyə kim yerləşdirib?
 
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətləri İdarəsinin baş mühəndisi İlham Qasımov bildirib ki, həmin binalar və zibilqabılar özəl şirkətə məxsusdur. Qaydaları da onlar tərtib ediblər.
 
Binaların komendant köməkçisi Elxan Hümbətovun sözlərinə görə, qadağan olunan hal aşkarlanarsa, hüquq mühafizə orqanlarına məlumat verilir.
 
Həmin zibillərin daşınması isə sakinlər tərəfindən yox, binanın öz əməkdaşları tərəfindən həyata keçirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər