Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Nijni Tagil şəhərində təxminən üç il əvvəl baş vermiş rezonanslı cinayət işi üzrə hökm çıxarılıb. Söhbət iki azyaşlı azərbaycanlı tərəfindən bir qızın döyülməsi hadisəsindən gedir.
Moderator.az Lent.az-a istinadla bildirir ki, ittiham yerli sakin olan həmin uşaqların anasına qarşı irəli sürülüb.
Hadisə 29 dekabr 2023-cü ildə baş verib. Təqsirləndirilən qadın dərsdən sonra 2011 və 2012-ci il təvəllüdlü oğullarını qarşılamaq üçün məktəbin qarşısına gəlib. Qadın oğlanları ilə dalaşan məktəbli qızı döyüb.
Həkimlər 2012-ci il təvəllüdlü qızda qapalı kəllə-beyin travması (beyin silkələnməsi), hematoma və üz nahiyəsində sıyrıqlar aşkarlayıblar.
13 aprel 2026-cı il, bazar ertəsi Tagilstroyevski Rayon Məhkəməsi təqsirləndirilən qadını Rusiya Cinayət Məcəlləsinin 213.2-ci maddəsi (zor tətbiqi ilə, bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) üzrə təqsirli bilib.
Məhkəmə ona 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verib və 1 illik sınaq müddəti təyin edib.
Bundan əlavə, məhkəmə zərərçəkənin qanuni nümayəndəsinin iddiasını təmin edib və məhkum edilmiş qadından zərərçəkənin xeyrinə mənəvi zərərin ödənilməsi üçün 300 min rubl tutulmasına qərar verib.
Nəzarət orqanından bildirilib ki, hökm cinayət-prosessual qanunvericilik ilə nəzərdə tutulmuş 15 gün ərzində apellyasiya üçün əsasların olub-olmaması baxımından prokurorluq tərəfindən araşdırılacaq.