1539
15 Oct 2024 | 19:35

"Elə səhnəyə çıxanlar var, bilmirsən əynindəki köynəkdir, yoxsa…"

"Heç vaxt tamaşaçı məni belə görməmişdi. Ölkə bir-birinə dəydi".
 
Bu sözləri ARB telekanalında yayımlanan "Günə bax" verilişində müğənni Damla deyib.
 
Sənətçi, görüntülərinin bu qədər maraq doğuracağını gözləmədiyini etiraf edib:
 
"Əslində tamaşaçım məni heç vaxt belə görməmişdi. Bu qədər reaksiya veriləcəyini də gözləmirdim. Ölkə bir-birinə dəydi. Bir anlıq özüm də qorxdum ki, görəsən nə eləmişəm? nə demişəm? Sanki kimisə təhqir etmişəm, alçaltmışam, söymüşəm. Mənə nələr yazmışdılar, bir görsəydiniz... Əziz izləyicilər, bu sadəcə saça taxılan bir parikdir. Bunu bu qədər şişirtməyə nə ehtiyac var idi? Bu sadəcə obrazdır, xoşuma gəlib, etmişəm. Bundan betər saçla, geyimlə səhnəyə çıxanlar var. Heç bilmirsən əynindəki köynəkdir, ya ətək"./azxeber.com
 
Link kopyalandı!
Son xəbərlər