Nga Kor Minq: Dayanıqlı şəhərlərin qurulmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Siyasət
146
10:18, Bu gün

Nga Kor Minq: Dayanıqlı şəhərlərin qurulmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır

Biz yalnız qlobal mesajlar verməklə kifayətlənməməliyik. Yeni şəhərsalma gündəliyini yerlərdə tətbiq etməli, real nəticələr əldə etməliyik. Bunun üçün həm dövlət, həm də yerli səviyyədə koordinasiyalı fəaliyyət vacibdir.

Moderator.az xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Minq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündəki çıxış zamanı söyləyib.

Nazir qeyd edib ki, qarşıdakı 10 il urbanizasiya siyasətinin uğurlu icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə yüksəksəviyyəli görüşlərin keçirilməsi, mühüm təşəbbüslərin irəli sürülməsi və konkret fəaliyyət planlarının hazırlanması əsas prioritetlərdən biri olacaq.

UN-Habitat Assambleyasının prezidenti diqqətə çatdırıb ki, assambleya şəhərsalma sahəsində ən yüksək qərarverici platforma kimi prosesə istiqamət verir və üzv dövlətlərə müvafiq təlimatlar təqdim edir.

Nga Kor Minq əlavə edib ki, dayanıqlı şəhərlərin qurulması qlobal inkişafın əsas istiqamətlərindən biri olaraq qalır və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər