Gürcüstan tarixində ilk: Yeni mükafat azərbaycanlıya təqdim edildi
Siyasət
295
16:10, Bu gün

Gürcüstan tarixində ilk: Yeni mükafat azərbaycanlıya təqdim edildi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı "Şərəf" medalı ilə təltif edib.

Bu barədə Moderator.az "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, Şalva Papuaşvili iki ölkə arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Sahibə Qafarovaya ölkə tarixində ilk dəfə olaraq Gürcüstan parlamentinin "Şərəf" medalını təqdim edib.

Sahibə Qafarova parlamentin yenilənmiş qaydaları əsasında təsis edilmiş yeni mükafatın ilk sahibi olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər