Cəlilabadda avtomobil aşıb: 1 nəfər ölüb, 2 uşaq xəsarət alıb - FOTO
222
16:58, Bu gün

Cəlilabadda avtomobil aşıb: 1 nəfər ölüb, 2 uşaq xəsarət alıb - FOTO

Cəlilabadda baş verən ağır yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, iki azyaşlının xəsarət alması ilə nəticələnib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, qəza yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, Astara istiqamətində hərəkətdə olan "Kia" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb.
 
Hadisə zamanı sürücünün həyat yoldaşı Qaratil Əbdürrəhmanova aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər