Milli Məclisin deputatları Almaniyaya səfər edəcəklər
Siyasət
136
12:15, Bu gün

Milli Məclisin deputatları Almaniyaya səfər edəcəklər

Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələrə üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, qrupun üzvləri Kamal Cəfərov, Gülşən Paşayeva və Nigar Arpadarai aprelin 19-da Almaniyanın Berlin şəhərinə səfər edəcəklər.

Moderator.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə parlament dostluq qrupunun rəhbəri Mirze Edisin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində deputatlar Almaniya Bundestaqında olacaqlar, burada görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər aprelin 23-də başa çatacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər