Trampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək
Dünya
197
13:30, Bu gün

Trampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək

ABŞ-nin Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evin uçurulmuş Şərq qanadının yerində 400 milyon dollarlıq bal zalının inşasını davam etdirməsinə icazə verib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Xəbərə əsasən, Donald Trampın komandasının sözügedən zalı inşa etmək hüququna etiraz edən əsas məhkəmə işinin detalları müzakirə olunmayıb. Vaşinqton hakiminin layihəni dondurmaq barədə qərarının təkrar nəzərdən keçirilməsi məqsədilə növbəti dinləmə iyunun 5-nə planlaşdırılıb.

Xatırladaq ki, Donald Tramp hələ 2025-ci ildə Ağ Evdə 900 nəfər tutumu olacaq yeni bal zalının inşası ilə bağlı fikri olduğunu bəyan edib. Mövcud rəhbərliyin tikinti ərazisini təmizləmək üçün Ağ Evin Şərq qanadını uçurması səbəbindən ABŞ-nin Tarixi Abidələrin Qorunması Milli Fondu ölkə başçısına və bir sıra federal qurumlara qarşı məhkəmə iddiası qaldırıb. İddiaçı tərəf hesab edir ki, 1902-ci ildə inşa edilən və 1942-ci ildə böyüdülən bu tarixi tikilinin sökülməsi üçün administrasiyanın heç bir hüquqi əsası olmayıb. 2026-cı ildə isə federal hakim Riçard Leon tərəfindən Ağ Evdəki sözügedən layihənin icrasının Konqres tərəfindən təsdiqlənənədək dayandırılması barədə hökm çıxarılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər