Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşüb - FOTO
Siyasət
1266
18 Apr 2026 | 11:37

Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb.

Görüş Antalyada Diplomatiya Forumu çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsini, iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Bundan əlavə, Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması vasitəsilə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları da nəzərdən keçirilib.

Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşübCeyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşübCeyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşüb

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər